Home » Beynəlxalq, Siyasət, Ümumi » İranın siyasətinə Türkiyədə də etiraz edildi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

İranın siyasətinə Türkiyədə də etiraz edildi

Türkiyənin İstanbul şəhərində İran konsulluğunun qarşısında etiraz aksiyası keçirilib. AgahMedia.Com portalının “SƏS” İnformasiya Agentliyinə istinadən məlumatına görə, aksiyada Beynəlxalq Diaspor Mərkəzinin (BDM) İstanbul təmsilçiliyi ilə yanaşı Türkiyədəki Azərbaycan dərnəkləri, tələbələr və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Aksiya iştirakçıları İranın Azərbaycanın daxili işlərinə qarışmasına və İran tərəfindən Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı yardımlar göstərilməsinə etiraz ediblər. Aksiyada “Azərbaycandan əl çək”, “İşğalçıya yardım etməyin”, “Ermənistana yardım edib, onlara cəsarət verməyin”, “İran, şaşırma, sabrımızı daşırma”, “Qarabağ türkündür” kimi şüarlar səsləndirilib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*