Home » Beynəlxalq, Ümumi » İranın sanksiyalardan qaçmaq üçün xarici bankdan istifadə etdiyi bildirildi
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

İranın sanksiyalardan qaçmaq üçün xarici bankdan istifadə etdiyi bildirildi

“Wall Street” Journal qəzetinin yazdığına görə, Hamburqda fəaliyyət göstərən sözügedən bank BMT, Avropa Birliyi və Birləşmiş Ştatların qara siyahısında olan şirkətlərin adından iş görüb.

AgahMedia.Com portalının “Amerikanın səsi”-nə istinadən məlumatına görə, Almaniyanın maliyyə rəsmiləri Hamburqda fəaəliyyət göstərən bankın İrana raket və nüvə proqramları ilə əlaqədar sanksiyalardan boyun qaçırmağa kömək edib-etmədiyi ilə bağlı tədqiqat apardıqlarını bildirirlər.Maliyyə nazirliyinin sözçüsü deyib ki, Berlin Avropa-İran Ticarət Bankı AG-nin fəaliyyətlərində bir yanlışlıq olduğu haqda xəbərdar deyil, lakin Almaniya rəsmiləri iddialara baxırlar. Wall Street Journal qəzetinin yazdığına görə, bank BMT, Avropa Birliyi və Birləşmiş Ştatların qara siyahısında olan şirkətlərin adından iş görüb. Qəzet bildirir ki, bank İranın raket və nüvə sahəsində fəaliyyətlərilə bağlı olduğu deyilən şirkətlər də daxil olmaqla, silah təchizatı ilə məşğul olan İran şirkətləri ilə iş görüb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*