Home » Beynəlxalq, Siyasət, Ümumi » İranın sabiq xarici işlər naziri ölkə prezidentini suçladı

İranın sabiq xarici işlər naziri ölkə prezidentini suçladı

İranın sabiq xarici işlər naziri Mənuçöhr Mottəki özünün işdən çıxarılmasını təhqir və islama zidd hərəkət adlandırıb. Mottəkinin vəzifəsindən azad edilməsi barədə qərar prezident Mahmud Əhmədinejad tərəfindən ötən həftə verilmişdi.

Həmin vaxt xarici işlər naziri Afrikaya səfərdə idi. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Mottəki deyib ki, işdən çıxarılacağı barədə ona heç bir xəbərdarlıq edilməyib və diplomatik missiyada olan hökumət nazirini işdən çıxarmaq düzgün qərar deyil.
Onun işdən çıxarılmasının səbəbləri aydın deyil. Beləki prezident Əhmədinejad heç bir izahat verməyib. Lakin müşahidəçilər Mottəkinin İran siyasətində Əhmədinejadın rəqibi sayılan Əli Ləricaninin düşərgəsinə mənsub olduğunu, son aylar ərzində prezidentin bir sıra qərarlarını sual altına aldığını deyirlər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*