Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Siyasət, Ümumi » İranda bəzi bahalı məhsullara qadağa qoyuldu


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

İranda bəzi bahalı məhsullara qadağa qoyuldu

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, İranda valyutaya qənaət və xalqı yerli məhsulları almağa təşviq etmə tədbirləri çərçivəsində bəzi bahalı istehlak maddələrinin idxalı və ixracı dayandırılıb. Nazirlər Kabineti bu çərçivədə qadağan olunan məhsulların siyahısını açıqlayıb.
Qərara görə, mebel, məişət avadanlıqları, kondisioner, avtomobil, oyuncaq, geyim, dizüstü bilgisayar, mobil telefon, kakao, qəhvə, kosmetika məhsulları, saat, motosiklet, xalı və bəzi qida məhsulları ilə inşaat materialları artıq idxal edilməyəcək. Ancaq dizüstü bilgisayar və mobil telefon kimi bəzi məhsullar tələbə görə gələcəkdə siyahıdan çıxarıla biləcək.  İxracatı qadağan olunan məhsulların başında isə ərzaq və kimyəvi maddələr gəlir. Buğda, arpa, qarğıdalı, soya başda olmaqla bir çox taxıl məhsulları, qırmızı ət, süd tozu, yağ növləri, canlı heyvan, xam dəri, avtomobil təkəri, kağız, dəmir və bəzi başqa kimya məhsulları ikinci qərara qədər ixrac edilməyəcək.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*