Home » Beynəlxalq, Ümumi » İran səfirliyi qarşısında piket keçirildi

İran səfirliyi qarşısında piket keçirildi

İyunun 29-da GAMOH, GADP, VHP və Dalğa Gənclər Təşkilatının bir qrup fəalı İranın Azərbaycandakı səfirliyinin qarşısında icazəsiz aksiyaya cəhd edib.

AgahMedia.Com portalının “Olaylar”agentliyinə istinadən məlumatına görə,aksiyada İranda həbs edilən azərbaycanlı siyasi fəallara azadlıq tələb olunub. Təxminən 40 nəfərə yaxın fəalın iştirak etdiyi aksiya polis tərəfindən dağıdılıb. 6-sı güneyli olmaqla 14 nəfər həbs edilib. Aksiyaçılar İran səfirliyinin qarşısında Güney Azərbaycan bayrağı qaldırıblar.
İranda azərbaycanlı siyasi fəallara təzyiqlər səngimir. Tanınmış ziyalılardan biri mühəndis Həsən Raşidi, Əlirza Sərrafi və Səid Muğanlı iyunun 22-də Tehranın İnqilab məhkəməsində dindiriliblər. İclasın baş tutmadığını əsas göstərən hakim hərəkatçıları təkrar Evin həbsxanasına göndərib. İranın təhlükəsizlik qüvvələri Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təzyiqləri artırıb. ETTELAAT Təbriz universitetində nəzarəti gücləndirib. Tələbələr dinlənilir və casuslar tərəfindən izlənilir. Müvəqqəti saxlama kameralarına, ETTELAAT-ın universitet bölmələrinə aparılan tələbələrdən bir daha aksiyaya çıxmamaq barədə iltizam alınır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*