Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » İqtisadiyyata kredit qoyuluşu 9% artıb
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

İqtisadiyyata kredit qoyuluşu 9% artıb

2011-ci il yanvar ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 9 milyard 163,4 milyon manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,0% artmışdır. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, kredit qoyuluşlarının 492,9 milyon manatı (5,4%) vaxtı keçmiş kreditlərin payına düşüb.

Kreditlərin 29,5%-i və ya 2 milyard 700,8 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 milyard 206,8 milyon manat (24,1%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 454,4 milyon manatı (5,0%), sənaye və istehsalın payına isə 682,4 milyon manatı (7,4%) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 984,0 milyon manatı və ya 10,7%-i, kənd təsərrüfatı və emalına 441,3 milyon manatı və ya 4,8%-i, inşaat və əmlak sahəsinə 660,6 milyon manat (7,2%), digər sahələrə isə 46,0 milyon manatı və ya 0,5%-i yönəldilib.
2011-ci il yanvarın 1-nə kreditlərin 2 milyard 567,1 milyon manatı (28,0%) qısamüddətli, 6 milyard 596,3 milyon manatı (72,0%) isə uzunmüddətli kreditlər olub.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3 milyard 901,9 milyon manat (42,6%), özəl banklar tərəfindən 5 milyard 069,9 milyon manat (55,3%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 191,6 milyon manat (2,1%) kredit qoyulmuşdur.
Kreditlərin 5 milyard 865,3 milyon manatı və ya 64,0%-i manatla, 3 milyard 298,1 milyon manatı və ya 36,0%-i xarici valyuta ilə verilmişdir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*