Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » İqtisadiyyata kredit qoyuluşu 37 faiz artmışdır

İqtisadiyyata kredit qoyuluşu 37 faiz artmışdır

2010-cu il iyul ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8840,7 mln. manat təşkil etmişdir.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,8% artmışdır. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, kredit qoyuluşlarının 408,6 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Kreditlərin 28,4%-i və ya 2507,8 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2014,8 mln. manat (22,8%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 450,2 mln. manatı (5,1%), sənaye və istehsalın payına isə 604,5 mln. manatı (6,8%) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1394,8 mln. manatı və ya 15,8%-i, kənd təsərrüfatı və emalına 408,2 mln. manatı və ya 4,6%-i, inşaat və əmlak sahəsinə 604,1 mln. manat (6,8%), digər sahələrə isə 50,7 mln. manatı və ya 0,6%-i yönəldilib. 2010-cu il iyulun 1-nə kreditlərin 2347,8 mln. manatı (26,6%) qısamüddətli, 6492,9 mln. manatı (73,4%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kreditlərin 183,6 mln. manatı və ya 7,8%-i, uzunmüddətli kreditlərin isə 225,1 mln. manatı və ya 3,5%-i vaxtı keçmiş kreditlərdir.Dövlət bankı tərəfindən iqtisadiyyata 4046,4 mln. manat (45,8%), özəl banklar tərəfindən 4611,9 mln. manat (52,2%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 182,4 mln. manat (2,1%) kredit qoyulmuşdur. Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2184,3 mln. manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 24,7%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 450,9 mln. manat (5,1%) kredit vermişlər.
Kreditlərin 5311,3 mln. manatı və ya 60,1%-i manatla, 3529,4 mln. manatı və ya 39,9%-i xarici valyuta ilə verilmişdir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*