İqtisadiyyata kredit qoyuluşu 20% artmışdır
|
2010-cu il avqust ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8656,2 mln. manat təşkil etmişdir. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artmışdır. Kredit qoyuluşlarının 400,0 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Kreditlərin 29,6%-i və ya 2560,6 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2029,0 mln. manat (23,4%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 442,8 mln. manatı (5,1%), sənaye və istehsalın payına isə 620,8 mln. manatı (7,2%) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1073,5 mln. manatı və ya 12,4%-i, kənd təsərrüfatı və emalına 415,8 mln. manatı və ya 4,8%-i, inşaat və əmlak sahəsinə 609,6 mln. manat (7,0%), digər sahələrə isə 50,2 mln. manatı və ya 0,6%-i yönəldilib.
2010-cu il avqustun 1-nə kreditlərin 2401,5 mln. manatı (27,8%) qısamüddətli, 6249,7 mln. manatı (72,2%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kredit¬lə¬rin 176,8 mln. manatı və ya 7,4%-i, uzunmüddətli kreditlərin isə 223,2 mln. manatı və ya 3,6%-i vaxtı keçmiş kreditlərdir.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3829,1 mln. manat (44,2%), özəl banklar tərəfindən 4644,7 mln. manat (53,7%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 182,4 mln. manat (2,1%) kredit qoyulmuşdur.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2185,8 mln. manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 25,3%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 454,0 mln. manat (5,2%) kredit vermişlər.
Kreditlərin 5357,6 mln. manatı və ya 61,9%-i manatla, 3293,6 mln. manatı və ya 38,1%-i xarici valyuta ilə verilmişdir.
Bu kontentin portalımızda yayınladığı tarix : 09/09/2010
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒