Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » İqtisadiyyata kredit qoyuluşu 15% artmışdır

İqtisadiyyata kredit qoyuluşu 15% artmışdır

2010-cu il oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8936,6 mln. manat təşkil etmişdir.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% artmışdır. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, kredit qoyuluşlarının cəmisi 448,5 mln. manatı (5%) vaxtı keçmiş kreditlərin payına düşüb. Kreditlərin 29,4%-i və ya 2631,2 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2080,7 mln. manat (23,3%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 463,0 mln. manatı (5,2%), sənaye və istehsalın payına isə 660,0 mln. manatı (7,4%) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1061,8 mln. manatı və ya 11,9%-i, kənd təsərrüfatı və emalına 435,2 mln. manatı və ya 4,9%-i, inşaat və əmlak sahəsinə 623,7 mln. manat (7,0%), digər sahələrə isə 52,7 mln. manatı və ya 0,6%-i yönəldilib.
2010-cu il oktyabrın 1-nə kreditlərin 2486,5 mln. manatı (27,8%) qısamüddətli, 6450,1 mln. manatı (72,2%) isə uzunmüddətli kreditlər olub.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3930,9 mln. manat (44,0%), özəl banklar tərəfindən 4823,6 mln. manat (54,0%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 182,2 mln. manat (2,0%) kredit qoyulmuşdur.
Kreditlərin 5562,1 mln. manatı və ya 62,2%-i manatla, 3374,6 mln. manatı və ya 37,8%-i xarici valyuta ilə verilmişdir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*