Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » İqtisadiyyata kredit qoyuluşu 14% artmışdır

İqtisadiyyata kredit qoyuluşu 14% artmışdır

2010-cu il noyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 9065,2 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artmışdır.

Kredit qoyuluşlarının cəmisi 454,0 mln. manatı (5%) vaxtı keçmiş kreditlərin payına düşüb.
AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,Kreditlərin 29,3%-i və ya 2655,8 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2183,8 mln. manat (24,1%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 464,1 mln. manatı (5,1%), sənaye və istehsalın payına isə 662,9 mln. manatı (7,3%) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1036,3 mln. manatı və ya 11,4%-i, kənd təsərrüfatı və emalına 442,4 mln. manatı və ya 4,9%-i, inşaat və əmlak sahəsinə 620,6 mln. manat (6,8%), digər sahələrə isə 47,9 mln. manatı və ya 0,5%-i yönəldilib.
2010-cu il noyabrın 1-nə kreditlərin 2516,9 mln. manatı (27,8%) qısamüddətli, 6548,3 mln. manatı (72,2%) isə uzunmüddətli kreditlər olub.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3938,5 mln. manat (43,4%), özəl banklar tərəfindən 4935,1 mln. manat (54,5%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 191,6 mln. manat (2,1%) kredit qoyulmuşdur.
Kreditlərin 5680,5 mln. manatı və ya 62,7%-i manatla, 3384,8 mln. manatı və ya 37,3%-i xarici valyuta ilə verilmişdir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*