Əli Məsimli: Bank
sektorunun üç çıxış yolu var
“Dünyada hökm sürən qlobal maliyyə böhranı bank sektorunu olduqca sarsıdıb.
Hətta dünyanın tanınmış iri banklarına belə bu böhran olduqca böyük zərbə vurub.
Bəzi MDB və Baltikyanı ölkələrdə isə bir sıra banklar zəifləyib, bəziləri isə
sıradan çıxaraq bağlanıblar”. Bunu “ANS PRESS”-ə Milli Məclisin İqtisadi siyasət
daimi komitəsinin üzvü, millət vəkili, iqtisadçı-ekspert Əli Məsimli Mərkəzi
Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyevin bankların sayının 46-dan
15-20-yə azaldılması ilə bağlı söylədiyi fikirə münasibət bildirərkən
vurğulayıb.Onun sözlərinə görə, görünür, bu durum artıq bankları vəziyyətdən
çıxış yolları axtarmağa və bu istiqamətdə atılacaq addımlar barədə düşünməyə
vadar edir: “Artıq Mərkəzi Bankda da bu istiqamətdə araşdırmalara başlayıb.
Bilirsiniz ki, dəfələrlə beynəlxalq maliyyə təşkilatları da bunu etiraf ediblər”. AgahMedia.Com portalının
ANS PRESS-ə istinadən məlumatına görə,millət
vəkili düşünür ki, bu vəziyyətdən cəmi üç çıxış yolu var. Onun fikrincə, birinci
çıxış yolu belə ola bilr ki, beynəlxalq maliyyə qurumları, maliyyə bazarları
çətin vəziyyətdə olan banklara ucuz maliyyə resursları verməlidir: “Yaxud
Mərkəzi Bank özü bu tip maliyyə qurumlarına, banklara ucuz maliyyə resurslarının
cəlb edilməsində yardımçı olmalıdır. Amma bu məsələdə açıq-aşkar görünür ki,
Mərkəzi Bankın ucuz maliyyə resursları verməsi, yəni "yardım əli uzatmasına"
qəti həvəsi yodur. Çünki gələcəkdə bu da ayrıca bir problemlər yarada biləcək».
İqtisadçı-ekspertin fikrincə, ikinci çıxış yolu hər şeyin öz axarına
buraxılmasıdır və zamanın hər şeyi öz yerinə qoyacağını, hər şeyi yerbəyer
edəcəyi prinsipini üstün tutmaqdır. Üçüncü çıxış yolu isə bankların
birləşdirilməsidir. "Bu, ölkədə fəaliyyət göstərən bankların, maliyyə
qurumlarının səviyyəsini, nüfuzunu və imicini də artırar. Həm də bu bankların
valyuta ehtiyatlarının da möhkəmlənməsinə gətirəcək", deyə Əli Məsimli
bildirib.Amma bununla belə millət vəkili deyir ki, Mərkəzi Bank bu üç yoldan
birini, daha məqbul olanını və məqbul saydığını seçməlidir. Digər hallarda
onların səsləndirdikləri heç bir söz və ifadələr yerində deyil. Qeyd edək ki,
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev
Azərbaycan üçün hazırda fəaliyyət göstərən 46 bank təşkilatının mövcudluğunun
çox olduğunu və bu kimi ölkələr üçün 15-20 bankın kifayət olduğunu qeyd edib.
Onun sözlərinə görə, hesablaşma, aktivlər və digər göstəricilərə görə, indiki
vəziyyətdə 46 bankdan yalnız 20 bank sistem əhəmiyyətli banklar hesab oluna
bilər. Bu səbəbdən də Mərkəzi Bankın hədəflərindən biri konsolidasiya
strategiyasının hazırlanması və onun həyata keçirilməsidir.
08.03.2010
________________________________________________
Amerikansayağı nisyə dəftəri...

Amerikada nisyə mallar dəbə düşür. Ancaq bizdən fərqli olaraq onlarda nisyə
dəftəri də İnternetdə yerləşdirilib.
AgahMedia.Com portalının
İctimai TV-yə istinadən məlumatına görə,
Amerikanın Kvedit şirkəti üstündə pulu və kartı olmayanlara malların nisyə
satışı üçün yeni sistem yaradıb. Bu sistemə görə, müştəri mağazaya gəlib
istədiyi malı götürüb gedir, bir şərtlə ki, onun pulunu 1-2 həftəyə ödəyəcəyinə
söz versin. Onun borcu avtomatik olaraq şirkətinin internetdəki nisyə dəftərinə
düşür. Kvedit şirkəti borcu ödəmək üçün 2 həftə gözləyir. Borcu həm mal alınan
mağazaya ödəmək, həm də poçt vasitəsilə Kvedit sisteminin ünvanına göndərmək
mümkündür. Mal alanın istəyindən asılı olaraq, onun borcunu başqa adamlar da
ödəyə bilər. Bu sistemin əsas müştəriləri kartı olmaynalar yəni uşaq və
yeniyetmələr olmalıdır. Onların pulunu validenyləri də ödəyə bilərlər. Bu da
valideynlərə uşaqların pulu hara xərclədiyinə nəzarət edə bilmələrinə imkan
yaradır. İlk baxışdan şərait olsa da, Kvedit sistemi dələduzluğa qətiyyən imkan
vermir. Doğrudur, müştəri pulunu qaytarmayanda və ya gecikdirəndə ona qarşı
tədbirlər başlanır. Amma onu qətiyyən axtarmırlar – sadəcə sistem həmin müştəri
barədə dərhal bütün mağazalara xəbər verir. Və həmin adama daha heç kim nisyə
mal vermir. Nisyədən əli üzülən şəxs bundan sonra nağd pulla da mal ala bilmir –
həmin pul dərhal borcun ödənməsinə gedir. Ekspertlərin fikrincə, Kvedit sistemi
tezliklə kredit kartlarına rəqib olacaq. Kredit kartından fərqli olaraq Kvedit
sistemi ilə mal almaq üçün maliyyə imkanların barədə kiməsə məlumat verməyə
ehtiyac yoxdur. Həm də kreditdən fərqli olaraq nisyə üçün faiz hesablanmır.
13.02.2010
________________________________________________
Bankların yerli
filiallarının sayı artır
AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı
məlumata görə, 2010-cu il
yanvar ayının 1-nə bank əməliyyatları aparmaq üçün 142 kredit təşkilatının
lisenziyası olmuşdur. Bunlardan 96-sı bank olmayan kredit təşkilatlarıdır. 1
yanvar 2010-cu il tarixinə respublikada 46 bankın lisenziyası olmuşdur, onlardan
1-i dövlət, 45-i isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank
fəaliyyət göstərmişdir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən
100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini
təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.
Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 626-ya bərabər olub.
Bunların 38-i dövlət, 588-i isə özəl bankların payına düşür. Yerli filialları
olan bankların sayı 40-a, bank şöbələrinin sayı isə 109-a bərabərdir. Bankların
xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı
nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır
11.02.2010
________________________________________________
Azərbaycanda 5 milyon 200
min əmanətçi var
Əmanətlərin sığortalanması fondu ölkə banklarına qoyulan əmanətlərin
sığortalanan və sığortalanmayan hissəsini eləcə də, əmanətçilərin sayını
açıqlayarkən diqqətə çatdırıb ki, fonda üzv banklarda 5 milyon 200 min
əmanətçinin 2,2 milyard manat pulu saxlanır. Bu əmanətlərin 1,5 milyardı qorunur,
qorunan əmanətçilərin sayı isə 5 milyon 80 min nəfərdir. Başqa sözlə qorunan hər
bir əmanətin orta məbləği təqribən 300 manatdır. AgahMedia.Com portalının
İctimai TV-yə istinadən məlumatına görə,
qorunmayan əmanətlərin ümumi məbləği 675 milyon manat. Əmanətçilərin sayı isə
120 min nəfərdən artıqdır. Burda hər bir əmanətin orta məbləği 5600 manat
ətrafındadır. Xatırladaq ki, banka qoyulan əmanətlərin qorunması üçün onlar bəzi
tələblərə cavab verməlidir – ən əsası onların illik faiz dərəcəsi 15 faizdən
yuxarı olmamalıdır. Əmanətlərin sığortalanması fondu əmanətlərin bir hissəsinin
qorunmamasının səbəblərini də açıqlayıb. Beləliklə 675 milyon manatlıq
qorunmayan əmanətin 308 milyon manatının illik faiz dərəcəsi 15% -dən yuxarıdır.
182 milyon manat isə banklara əmanəti qorunmayancaq şəxslər tərəfindən qoyulub.
Bunlar bankınidarəetməsində iştirak edən şəxslər, həmin bankdan kredit
götürənlər və bankda sonuncu dəfə audit yoxlaması aparan şirkətin əməkdaşlarıdır.
Qanunla belələrinin həmin banka qoyduğu əmanətlər sığortalanmır. O ki qaldı
əmanətçilərin 5 milyon nəfər olmasına – fonda bildirirlər ki, bunun 3 milyondan
çoxu sovet dövründə əmanətbankda pulu batanlardır, real əmanətçilərin sayı 1
milyon 700 min nəfər ətrafındadır.
08.02.2010
________________________________________________
Bakıda evlərin qiyməti ucuzlaşır
İqtisadi böhranın təsirləri nəticəsində ötən il Azərbaycanın daşınmaz əmlak
bazarında qiymətlər 20 faizə qədər aşağı düşüb. Mütəxəssislərin fikrincə, xarici
ölkələrdən Azərbaycana pul axınlarının azalması və hökumətin investisiya
layihələrini məhdudlaşdırması nəticəsində bazarda mənzil təklifi tələbi
üstələyib.AgahMedia.Com portalının
ANS PRESS-ə istinadən məlumatına görə,ötən
il Bakıda evlərin qiyməti orta hesabla 15,3 faiz aşağı düşüb. Daşınmaz əmlak
bazarını araşdıran “MBA Konsaltinq” şirkətinin rəhbəri Nüsrət İbrahimov deyib ki,
ucuzlaşma ötən ilin birinci yarısında daha sürətli olub. Onun sözlərinə görə,
ilin birinci yarısında daşınmaz əmlak bazarında qiymət azalması 22 faizə yaxın
idisə, ilin sonuna bu rəqəm azalaraq 15,3 faizin üstündə dayanıb: “Ən çox azalma
torpaq bazarında müşahidə olunub. İl ərzində bu rəqəm 23,1 faiz təşkil edib”.
Ötən il yeni binalarda evlərin qiyməti bir il əvvəllə müqayisədə 20 faiz aşağı
düşüb. Bununla yanaşı kommersiya obyektlərinin qiyməti 9,7 faiz
azalıb.N.İbrahimovun sözlərinə görə, ötən il xaricdən, xüsusilə Rusiyadan
göndərilən nəğd vəsaitlərin həcmi əvvəlki illərlə müqayisədə az olub: “Üstəlik,
ötən il Azərbaycan hökumətinin həyata keçirdiyi investisiya layihələri nisbətən
azalıb və bu da öz növbəsində bazarda pul kütləsinin həcminə mənfi təsir edib.
Son nəticədə isə daşınmaz əmlak bazarında təklif tələbi bir neçə dəfə
üstələyib”.N.İbrahimovun sözlərinə görə, qiymət azalması tendensiyası yaxın
aylarda da davam edəcək: “Bu ilin ortalarına doğru bazarda sabitləşmənin, ilin
sonunda isə aktivliyin müşahidə olunacağı gözlənilir. Buna qlobal iqtisadi
böhranın təsirlərinin aradan qalxması imkan verəcək”. Ekspert hesab edir ki, bu
il daşınmaz əmlaka, o cümlədən də mənzillərə təlabat xeyli artacaq.
N.İbrahimovun sözlərinə görə, böhran nəticəsində Azərbaycanda fəaliyyət göstərən
tikinti şirkətlərinin təxminən yarısı işini dayandırıb və bazardan çıxmaq
üzrədir. Yalnız maliyyə problemini qismən həll edə bilən iri şirkətlər inşaat
işlərini davam etdirir.
24.01.2010
________________________________________________
İqtisadiyyata kredit
qoyuluşu 18% artmışdır
AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı
məlumata görə, 2009-cu il dekabr
ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8064,6 mln. manat
təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6%
artmışdır. Kredit qoyuluşlarının 272,9 mln. manatı vaxtı keçmiş kreditlərin
payına düşüb. 2009-cu il dekabrın 1-nə kreditlərin 2296,8 mln. manatı (28,5%)
qısamüddətli, 5767,8 mln. manatı (71,5%) isə uzunmüddətli kreditlər olub.
Qısamüddətli kredit¬lə¬rin 139,3 mln. manatı və ya 6,1%-i, uzunmüddətli
kreditlərin isə 133,7 mln. manatı və ya 2,3%-i vaxtı keçmiş kreditlərdir.Dövlət
bankı tərəfindən iqtisadiyyata 3827,7 mln. manat (47,5%), özəl banklar
tərəfindən 4059,9 mln. manat (50,3%), qeyri-bank kredit təşkilatları tərəfindən
isə 177,0 mln. manat (2,2%) kredit qoyulmuşdur. Xarici kapitalın iştirakı ilə
yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2049,5 mln. manat kredit
yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 25,4%-ə
bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 374,6 mln.
manat (4,6%) kredit vermişlər. Mərkəzi Bankın Mətbuat xidməti bildirilib
ki, kreditlərin 4479,9 mln. manatı və ya
55,6%-i manatla, 3584,6 mln. manatı və ya 44,4%-i xarici valyuta ilə verilmişdir.
13.01.2010
________________________________________________
Əhalinin əmanətlərinin
həcmi 24% artmışdır
AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı
məlumata görə, 2009-cu il
dekabr ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin
ümumi həcmi 4308,2 mln. manat təşkil etmişdir. Bunun 2251,7 mln. manatı əhali
tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə
24,4% çoxdur. Depozitlərin 2056,5 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının
payına düşür.
2009-cu il dekabrın 1-nə banklara qoyulan əmanətlərin 913,7 mln. manatı (40,6%)
manatla, 1338,0 mln. manatı (59,4%) isə xarici valyuta ilə cəlb edilmişdir.
13.01.2010
________________________________________________
Banklar birləşdiriləcək

2010-cu ildə Mərkəzi Bank ölkədə fəaliyyət göstərən bir sıra bankların
birləşməsi tədbirlərini həyata keçirəcəkdir. AgahMedia.Com portalının “İqtisadi forum” jurnalına istinadən məlumatına görə,
bu barədə Mərkəzi Bankının 2010-cu il pul siyasətinin əsas istiqamətləri barədə
bəyanatında qeyd edilir. Bəyanatda deyilir ki, maliyyə sektorunun institusional
inkişafı istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bunun üçün ilk növbədə
bank sistemində konsolidasiyatədbirləri, system əhəmiyyətli banklarda isə
restrukturizasiyahəyata keçiriləcəkdir.Qeyd edək ki, Mərkəzi bankın İdarə Heyəti
sədrinin birinci müavini Alim Quliyev ötən ay mətbuata açıqlamasında 2010-cu
ildə kapitallaşma səviyyəsinin minimal tələbə cavab verməyən bankların
birləşməsi məsələsinə baxılacağını bildirmişdi.Mərkəzi Bankın bankların məcmu
kapitalına qarşı tətbiq etdiyi minimal tələbnamə 10 milyon manat təşkil edir.
Bankların 98%-nin nizamnamə kapitalı 10 milyon manatdan çoxdur. 4 bankın
nizamnamə kapitalı 5 milyondan 10 milyon manatadək, 1 bankın nizamnamə kapitalı
isə 3,5 milyondan 5 milyon manatadək təşkil edir. Qlobal maliyyə böhranı
Azərbaycan banklarına da təsirsiz ötüşməyib. Artıq zərərlə işləyən bankların
sayı artıb. 2009-cu ilin noyabr ayının 1-i vəziyyətinə olan məlumata görə, 10
bank və ya ölkə üzrə bankların 22%-i zərərlə işləyir. İqtisadiyyata kredit
qoyuluşu əsasən yeganə dövlət bankı olan Beynəlxalq Bank hesabına artır.
İqtisadiyyatın müxtəlif sahələrinə yatırılan kreditlərin artımı neft sektorunun
hesabına baş verir. Mərkəzi Bank bir sıra addımlar artması, o cümlədən uçot
dərəcəsini 15%-dən 2%-ə salması kredit faizlərində təsir etməmişdir. Buna görə
də bankların birləşməsi və restrukturizasiyası məsələsi gündəmə gəlib. Bu
günlərdə Moody's Investors Service beynəlxalq reytinq agentliyi hazırladığı
illik hesabatında MDB, o cümlədən Azərbaycan banklarının kredit və depozit
portfellərində fərdi müştərilərin ən yüksək konsentrasiyası mövcud olduğu
bildirmişdi. Agentliyə görə, bu vəziyyət bankları yüksək kredit və likvidlik
risklərinə məruz qoyur. Agentlik hesab edir ki, vəziyyətin bu həddə gəlib
çıxmasına səbəb MDB ölkələrində bank sisteminin aşağı inkişaf səviyyəsinə malik
olmaları, risklərin adekvat idarəçiliyi olmadan yüksək riskli inkişaf
strategiyası həyata keçirmələri, o cümlədən konsentrasiya səviyyəsini azaltmağa
imkan verən normativ bazanın zəifliyidir. Artıq Rusiya da bankların
birləşdirilməsi işinə start verib. Hesablamalara görə, 2010-cu ilin yanvarın
1-dən etibarən bankların kapitalına qoyulan minimal tələbin 90 milyon rubla ($3
milyon) qaldırılması 140 kredit təşkilatının lisenziyasının geri alınması ilə
nəticələnə bilər. Çünki Bankın məlumatına görə, məhz 140 bankın nizamnamə
kapitalı 90 milyon rubldan azdır. Qeyd edək ki,
hazırda Azərbaycanda 46 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 45-i
özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.
05.01.2010
________________________________________________
Çin-ASEAN azad ticarət
sazişinin tətbiqinə başlanıldı
Yeni il dünyanın ən geniş azad ticarət dövriyyəsinin başlaması ilə qeyd olunur. AgahMedia.Com portalının “Amerikanın səsi”-nə istinadən məlumatına görə, artıq Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının 6 təsisçi üzvü və Çin idxal və ixrac olunan əmtəənin 90 faizinin tariflərinin aradan qaldırılması razılığının tətbiqinə başlayıb. Rəsmən Çin-ASEAN azad ticarət ərazisi kimi tanınan yeni ticarət blokuna Çinlə yanaşı, Bruney, İndoneziya, Malasiya, Filippin, Sinqapur və Tayland daxildir. 1.9 milyard insanın bu razılıqdan faydalanmaq imkanı olduğu üçün bu, dünyanın əhali baxımdan ən geniş blokudur. Çinlə ASEAN üzvləri arasında ticarət dövriyyəsinin 200 milyard dollar təşkil edəcəyi gözlənilir.
03.01.2010
________________________________________________
Rusiya Avropa İttifaqını yenə hədələdi
Avropanın üç ölkəsinə
neft ixracı dayandırıla bilər
AgahMedia.Com portalının BBC-yə
istinadən məlumatına görə,Rusiya
Avropa İttifaqına xəbərdarlıq edib ki, Ukrayna ilə qiymət mübahisəsi səbəbindən
Avropanın üç ölkəsinə neft ixracını dayandırmalı ola bilər. Bu haqda Slovakiya
hökuməti xəbər verib. Düzdür, bir İttifaq rəsmisi bildirib ki, Avropa belə
hadisələrə hazırdır və ehtiyatda kifayət qədər neftə malikdir. Dünən Rusiyanın
baş naziri Vladimir Putin Şərqi Sibir - Sakit Okean neft xəttinin təntənəli
şəkildə işə salıb. Bildirilir ki, Rusiya son dərəcə vacib Asiya Sakit Okean
bazarına bununla çıxış alır və onun müştəri bazası müxtəlifləşir. Düzdür, bəzi
ekspertlərə görə, bu xəttlə neft nəqli çox baha başa gələcək və yaxın müddət
ərzində kəməri tam doldurmaq üçün lazımi həcmlər olmayacaq. Şərqi Sibirdəki
Rusiyanın neft yataqlarını Sakit Okeanla birləşdirən xəttin 1 hissəsinin ümumi
uzunluğu təxminən 2700 kilometrdir. Xəttin ötürüçülük qabiliyyəti ildə 30 milyon
tonndur. Dünən baş nazir Vladimir Putinin iştirakıyla istifadəyə verilən xəttlə
neft Amur vilayətinə gətiriləcək və buradan neft okeana artıq qatarla daşınacaq.
İkinci mərhələ zamanı birbaşa okean sahillərinə təxminən 2000 kilometr
uzunluğunda xətt çəkiləcək. Habelə birbaşa Çin sərhəddinə də ayrı xəttin inşası
nəzərdə tutulur. Baş nazir Vladimir Putin şərq marşrutunun ilk mərhələsinin
istifadəyə verilməsinin Rusiya üçün əhəmiyyətini belə açıb: "Bu Rusiya üçün
həqiqətən də ciddi layihədir. Bu strateji layihədir, beləki o bizə tamamilə yeni
bazarlara, artan və perspektivli olan Asiya Sakit Okean bölgəsi bazarlarına
çıxış imkanı verir", deyib baş nazir Vladimir Putin. Layihə tərəfdarlarının
zənnincə, şərq marşrutu Rusiyaya öz müştəri bazasını müxtəlifləşdirməyə imkanı
da verəcək və Moskva tək Avropa bazarından asılı olmayacaq. Həmçinin qeyd olunur
ki, gələcəkdə bu marşrutla neft satışı çox mənfəətli olacaq. Düzdür, bununla
razı olmayanlar da var. Belələrinin zənnincə, sözügedən marşrutla neft nəqli son
dərəcə məsrəflidir və real mənfəət neftin 1 barrelinin qiymətinin 100 dollardan
xeyli artıq olmasından sonra mümkündür. Habelə tənqidçilər deyirlər ki, 30
milyon tonluq kəməri doldurmaq üçün lazımi həcmlər yoxdur. İddia edildiyinə
görə, kəmərin Şərqi Sibirdəki mənbələrindəki gələn ilki hasilat 18 milyon tonu
keçməyəcək.
29.12.2009
________________________________________________
Hərraca 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq
AgahMedia.Com portalının Mərkəzi Bankın Mətbuat xidmətinə istinadən məlumatına görə, 24 dekabr 2009-cu il tarixində BFB-də Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq. İstiqrazlar cari qiymətlə (100,0917) satışa çıxarılacaqdır. İstiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər. İstiqrazların ödənmə tarixi – 10 may 2016-cı ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankı. Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 29 may 2009-cu il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 55 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə gəlirlilik 3% təşkil edir. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək. Bildiririk ki, bu istiqrazların yerləşdirilməsinə 16 iyun 2009-cu il tarixində başlanılmışdır və hərraca bu günədək 44 000 000 AZN həcmində istiqraz yerləşdirilmişdir. İstiqrazalr üzrə ilk faiz ödənişi 14 dekabr 2009-cu il tarixində (ödəniş günü 13 dekabr 2009-cu il tarixi qeyri iş gününə təsadüf etdiyindən, əməliyyat növbəti günə keçirilmişdir) həyata keçirilmişdir.
22.12.2009
________________________________________________
Kredit təşkilatları haqqında yeni qanun
layihəsi qəbul olunub
Milli Məclisdə "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsi qəbul
olunub. Qanun layihəsi parlamentə prezident İlham Əliyevin qanunvericilik
təşəbbüsü qaydasında daхil olub. Dünyanın aparıcı ölkələrində geniş yayılan bank
olmayan kredit təşkilatları istiqamətində Azərbaycanda ilkin addımlar Milli
Məclisin "Poçt haqqında" qanuna etdiyi əlavə və dəyişikliklərdən sonra
başlanılıb. Bu qanuna edilən əlavə və dəyişikliklər nəticəsində poçt şöbələrinə
bank хidməti göstərmək hüququ verildi. Poçt şöbələrinə bank хidmətinin göstərmək
səlahiyyətinin verilməsi əslində müsbət addım kimi dəyərləndirmək olar. Çünki
hazırda ölkə regionlarında 66 bank filialı olsa da faktiki olaraq bu filiallar
bütün yaşayış məntəqələrini əhatə etmək iqtidarında deyil. Bunun nəticəsi idi ki,
vətəndaşlar pul köçürmələrində müəyyən problemlərlərlə üzləşməli olur. Bu hal
vətəndaşların mənafelərinə хidmət edən hərəkətdir. Sözügedən qanun layihəsinin
qəbulu isə həmin sahədə olan bəzi boşluqların aradan qaldırılmasına rəvac
verməlidir. Qeyd edək ki, "Bank olmayan kredit təşkilatları" haqqında qanun
layihəsi 26 maddədən ibarətdir. Bu sənəd ölkənin maliyyə resurslarının düzgün
tənzimlənməsində, regionların inkişafında əhəmiyyətli rol oynayacaq. Bu mənada,
sözügedən qanunun qəbulu da ölkə iqtisadiyyatının inkişafında özünəməхsus rolu
ola bilər. Belə ki, hazırkı qlobal maliyyə böhranı nəticəsində böhranın
Azərbaycanda ciddi təsir göstərdiyi sahələrdən biri də bank sektoru olduğundan
kommersiya banklarının tam gücü ilə işləyə bilmir. Bu üzdən yeni qəbul olunan
qanun layihəsinin ölkənin maliyyə bazarına müsbət təsiri qaçılmazdır. Bank
olmayan kredit təşkilatlarının adi banklardan fərqinə gəlincə, sözügedən
qurumların sahibkar və fermerlərlə daha peşəkar olmasıdır. Onların faiz
dərəcələri bir qədər yüksək olsa da, bu təşkilatlar kifayət qədər yaхşı inkişaf
etmiş əməliyyat aparatına malik olur. Dünyanın bir sıra inkişaf etmiş
ölkələrində "Kənd bankı" layihəsi həyata keçirilib. Bunun nəticəsində bank
olmayan kredit təşkilatları vasitəsilə istər fermerlər istərsə də yerli
sahibkarlar iqtisadi uğurlar əldə edib. Ümumilikdə qanunvericiliyə görə
BOKT-lərin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi,
"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun, Azərbaycan
Respublikasının digər qanunları və normativ hüquqi aktları, Mərkəzi Bankın
normativ хarakterli aktları və Azərbaycan Respublikasının tərəfdar çıхdığı
beynəlхalq müqavilələrlə tənzimlənir. Onlar dövlət hakimiyyəti və bələdiyyə
orqanlarından asılı deyil. BOKT-ları ümumi mənafelərinin təmsil və müdafiə
edilməsi məqsədilə birlik və assosiasiyalar yarada bilər. Birlik və
assosiasiyalar isə öz fəaliyyətini həyata keçirərkən antiinhisar
qanunvericiliyinin tələblərinə riayət etməlidir. BOKT-lər Azərbaycan
Respublikasının və хarici dövlətlərin fiziki və hüquqi şəхsləri, beynəlхalq
təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq
kommersiya və ya qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulmuş təşkilati
hüquqi formada təsis edilə bilər. Хarici ölkə ərazisində yaradılan və fəaliyyət
göstərən BOKT-lər isə Azərbaycanda yalnız girov əmanəti qəbul etmək hüququ
olmayan filiallar təsis edə bilər. Belə filiallara lisenziyaların verilməsi,
fəaliyyətinin tənzimlənməsi və fəaliyyətləri üzərində nəzarət bu qanunla girov
əmanəti qəbul etmək hüququ olmayan BOKT-lər üçün müəyyən edilmiş qaydada həyata
keçiriləcək. Yeni yaradılan və fəaliyyətdə olan BOKT-lərin nizamnamə (şərikli)
kapitalının minimum miqdarı, habelə qeyri-kommersiya hüquqi şəхs kimi yaradılan
və fəaliyyətdə olan BOKT-lərin formalaşdırdıqları ilkin əmlaka dair minimal
tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunacaq. BOKT-lər özləri üçün filial
və nümayəndəliklər aça bilər. Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin
filialları isə qabaqcadan Mərkəzi Bankdan icazə almaqla açıla bilər. Girov
əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialları isə əvvəlcədən Mərkəzi
Banka yazılı məlumat verilməklə açıla bilər. BOKT qanunla nəzərdə tutulmuş
fəaliyyətini həyata keçirmək üçün Mərkəzi Bankdan lisenziya almalıdır. Girov
əmanəti qəbul etmək hüququ ilə fəaliyyəti həyata keçirmək üçün BOKT-nin
lisenziyasında bu barədə хüsusi qeyd yazılır. BOKT-lərə lisenziyasında müvafiq
qeyd olmadan girov əmanəti qəbul etməsi qanunla qadağan olunur. BOKT-lərə
lisenziyalar yazılı formada və müddətsiz olaraq verilir. BOKT-larının girov
əmanəti məsələsinə gəlincə BOKT-ları tərəfindən verilən kredit müqaviləsində
veriləcək kreditin girov əmanəti ilə təmin edilməsi nəzərdə tutula bilər. Girov
əmanətinin məbləği təmin olunan kredit üzrə əsas borcun qalığı və ona
hesablanacaq faiz məbləğindən, müddəti isə kreditin müddətindən artıq ola bilməz.
BOKT qəbul etdiyi hər bir girov əmanətinin fərdi uçotunu aparmalıdır. Uçot
məlumatları borcalanı və girov əmanəti ilə təmin edilmiş krediti tam
eyniləşdirməyə imkan verməlidir. Kredit müqaviləsi ilə nəzərdə tutulan hallarda
BOKT girov əmanəti üzrə hesablanmış faizləri ödəməlidir. Borcalan kredit üzrə
borcu ödəyə bilmədikdə, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda, BOKT
həmin borcu mübahisəsiz qaydada girov əmanəti hesabından tuta bilər. BOKT girov
əmanəti hesablarında yerləşdirdiyi vəsait hesabına kreditlər verə və digər
maliyyə хidmətləri göstərə bilməz. Girov əmanətlərinin yerləşdirildiyi hesabdan
dövlət qiymətli kağızları və mərkəzi bankların qiymətli kağızları alındıqda
istifadə edilə bilər. BOKT-lərin fəaliyyətinə nəzarəti onun nizamnaməsində
müəyyən edilmiş səlahiyyətli idarəetmə orqanı həyata keçirir.
"Olaylar"İnformasiya Agentliyi
11.12.2009
________________________________________________
Vergilər Nazirliyi nəzarəti artıracaq
Yeni ildən etibarən Vergilər Nazirliyi kassa aparatlarını sözün əsl mənasında
birbaşa nəzarətə götürəcək. AgahMedia.Com portalının
İ TV-yə istinadən məlumatına
görə, Nazirlər Kabinetinin yeni qərarına görə, ölkə ərazisində
istifadə olunan nəzarət kassa aparatları birbaşa vergilər nazirliyinə
birləşdiriləcək. 2010-cu ilin yanvarın 1-dən qüvvəyə minən qərara əsasən, indi
istifadə olunan kassa aparatlarına xüsusi məsafədən ötürmə qurğuları qoşulacaq.
Bu elektron qurğular kassa apparatı ilə Vergilər Nazirliyinin mərkəzi serveri,
yəni məlumat bazası arasında birbaşa əlaqə yaradacaq. Nəticədə kassada aparılan
istənilən əməliyat həmin anda Vergilər Nazirliyin də qeydə alınacaq. Vergilər
Nazirliyində qərardan razı qalıblar. Burda bildirirlər ki, bu dəyişiklik vergi
nəzarətini dəfələrlə gücləndirməyə imkan verəcək. Yəni indiyədək bəzi
sahibkarların vergidən yayınmaq üçün kassaların yaddaşını silmək fəndi artıq
mümkün olmayacaq. Məsələn, Bakının hansısa ərzaq mağazasında kassaya pul
vurulanda həmin əməliyat və onun məbləği barədə məlumat bu qurğu vasitəsilə
Vergilər Nazirliyinin serverinə ötürüləcək. Yəni bu əməliyyat kassanın yaddaşı
ilə yanaşı, Vergilər Nazirliyinin serverində də qeydə alınacaq. Sonra həmin
vergi ödəyicisi hesabat verməyə gələndə onun təqdim etdiyi göstəricilərlə
Vergilər Nazirliyinin serverindəki məlumatlar tutuşdurulacaq. Və bilinəcək ki,
sahibkar düz məlumat verir, yoxsa kassanın yaddaşını silib.
Amma iş təkcə kassanın yaddaşının silinməsi ilə bitmir. İstənilən əməliyyatın
Vergilər Nazirliyində qeydə alınması nazirliyə vergi ödəyicilərinin dövriyyəsini
nəzarətdə saxlamağa və burda baş verə bilən şübhəli dəyişiklikləri izləməyə və
təhlil etməyə imkan verəcək. Çünki burda qurulacaq proqram dövriyyənin kəskin
dəyişməsini dərhal qeydə alacaq. Hələlik bu prosesin nə vaxt və haradan
başlanacağı bilinmir – qərara əsasən bunu nazirlik özü müəyyən edəcək. Bir şey
məlumdur ki, bu qurğular ilk növbədə vergidən yayındığı şübhə doğuran
obyektlərdə quraşdırılacaq. Yeni qurğular Vergilər Nazirliyinin hesabına
quraşdırılacaq. Amma bunun üçün bəzi texniki məsələləri həll etmək lazım gələcək
– əvvəla, indi istifadə olunan kassa aparatlarının bəzilərində bu qurğuları
quraşdırmaq mümkün olmayacaq. Bunun üçün ya kassanın özü, ya da hansısa hissəsi
dəyişdiriləcək ki, yeni qurğular bununla işləyə bilsin. Kassa aparatlarının
dəyişdirilməsinin xərcini sahibkarlar özləri çəkəcək.
08.12.2009
________________________________________________
Roma Papası azərbaycanlı ekspertin
fikirlərinə istinad etdi
AgahMedia.Com portalının "Olaylar" agentliyinə istinadən məlumatına
görə, Roma Papası qlobal maliyyə böhranı ilə əlaqədar müraciətində
Qərb dövlətlərini İslam bankçılığının üstün elementlərindən istifadə etməyə
çağırıb. O hesabatında azərbaycanlı iqtisadçı Vüqar Bayramovun fikirlərinə
istinad edib. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən verilən məlumata
görə, Vatikan hesabatında V.Bayramovun söylədiyi İslam Bankçılığının Qərb
ölkələrində mümkünlüyü və bunun tətbiqi yollarından danışıb. Azərbaycanlı
iqtisadçıya istinadən bunun tətbiqinin konkret yolları göstərilib. V.Bayramovun
tədqiqatlarına istinadən qeyd edib ki, islam iqtisadiyyatı maliyyə vəsaitinə
malik olan insanları investisiya qoymağa sövq edir ki, bu da real sektoru
inkişaf etdirir. Bununla belə kapitalist sisteminin bütövlükdə islam sisteminə
keçməsi asan deyil. İslam bankçılığının elementlərini tam olaraq Qərb sisteminə
tətbiq etmək mümkün olmasa da inkişaf etmiş ölkələrdə "qarışıq maliyyə sistemi"
dünyanı proqnozlaşdırılmayan qlobal böhrandan xilas edə bilər. Qeyd edək ki,
hesabat italyan və ingilis dillərində yayımlanıb.
04.12.2009
________________________________________________
Noyabr 2009, Arxiv
Dubay sınaq qarşısında...
Dünya iqtisadiyyatı yeni böhran təhlükəsi ilə üzləşib, özü də bu dəfə problem heç kimin gözləmədiyi tərəfdən –indiyədək investisiya baxımından ən təhlükəsiz yer və turizm mərkəzi sayılan Dubaydan gəlir. Dubay Əmirliyinə məxsus «Dubay İnvestisiya» fondu elan edib ki, öz borclarını ödəyə bilmir. Bu Dubayın investisiya zonası kimi sonu və indiyədək bura pul qoyan minlərlə investorun külli miqdarda zərərə düşməsi deməkdir. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Dubay Əmirliyinin vəliəhdinin başçılıq elədiyi «Dubay World» fondu dünyanın ən böyük və varlı investisiya fondlarından biridir. Bu qurum bütün dünyada limanlarına, daşınmaz əmlaka, başqa biznes obyektlərə sahib idi. İndi isə fond elan edib ki, qarşıdakı 6 ay ərzində öz borclarını ödəyə bilməyəcək. Xatırladaq ki, fondun ümumi borcu 60 milyard dollardır. Fondun bu vəziyyətə düşməsinin əsas səbəbi Ərəb Əmirliklərinin daşınmaz əmlak bazarının çökməsidir. Son bir ildə burda qiymətlər 50 % düşüb. Amma hətta bundan sonra da Dubayda əmlak almaq istəyən çox azdır. Məsələn bir qədər əvvəl burda yaradılan Palma Adasına görə çox milyardlıq kreditlər götürülsə də, hələlik bu layihə özünü doğrultmur. Nəticədə adada tikilən bahalı villaların qiyməti hər ay 150 min dollar aşağı düşür. Bütün bunlar isə fondun gəlirlərini və ödəmə qabiliyyətini azaldıb. İndiyə qədər bu fonda pul qoymağa və pullarını onun vasitəsilə artırmağa çalışan investorların hamısı ziyana düşüb. Ziyana düşənlər arasında məşhur hollivud ulduzları, Şumaxer və Ouen kimi varlı idmançıların, hətta rəhmətlik Maykl Ceksonun da adı çəkilir. Ödənişlərin dayandırılacağı barədə məlumatlar yayılan kimi, beynəlxalq reytinq agentlikləri Dubayın və onunla əlaqəsi olan qurumların reytinqinin kəskin aşağı düşdüyünü elan ediblər. Əgər Dubay müflis olsa, bu 2001-ci ildə Argentinada baş verən hadisələrldən sonra ən böyük defolt olacaq. Doğrudur, Dubaya başqa bir əmirlik – Abu Dabi kömək edə bilər. Bu əmirliyin 630 milyard dollarlıq ehtiyatı var. Amma ekspertlərin fikrincə, hətta bu kömək baş tutsa belə, Birləşmiş Ərəb Əmirliklərinin imici artıq korlanıb. Dubay artıq dünyanın ən yaxşı invetsiya zonası sayılmır.Dubayın müflis ola biləcəyi barədə məlumatlar dünya iqtisadiyyatını sarsıdıb, investorlar böhranın ikinci dalğasının başlanacağından qorxuya düşüblər. Nəticədə Avropa və Asiya birjalarında indekslər son 7 ayda ən aşağı həddə düşüb. Neftin və qızılın qiyməti də kəskin azalıb.
30.11.2009
________________________________________________
«FlyDubai» aviaşirkəti artıq Bakıda
Bu gündən etibarən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «FlyDubai» aviaşirkəti Bakı-Dubay marşrutu ilə birbaşa sərnişin aviareyslərini yerinə yetirməyə başlayır Şirkətdən verilən məlumata görə, noyabrın 20-dən etibarən uçuşlar Bakıdan hər gün saat 23:30-da «Boeing-737» tipli avialaynerlə yerinə yetiriləcək: «Bakıdan Dubaya uçuş müddəti 2 saat 55 dəqiqə təşkil edəcək. Hər iki istiqamətə bir aviabiletin qiyməti toplam 229 manat təşkil edir». AgahMedia.Com portalının "Xəzər" TV-yə istinadən məlumatına görə, Azərbaycan MDB ölkələrindən ilk dövlətdir ki, «FlyDubai» buraya aviareyslər yerinə yetirəcək.Qeyd edək ki, hazırda Bakı-Dubay marşrutu ilə sərnişin aviareysləri həftənin hər günü «Boeing-757» tipli təyyarə ilə həmçinin «Azərbaycan Hava Yolları» QSC (AZAL) tərəfindən yerinə yetirilir. Bu şirkətlə Bakı-Dubay-Bakı reysinə bir biletin toplam qiyməti 216 manat təşkil edir.Xatırladaq ki, ilkin kapitalı 68 mln. ABŞ dolları olan «FlyDubai» aviaşirkəti 2008-ci ilin mart ayında fəaliyyətə başlayıb.
23.11.2009
________________________________________________
5,3 milyard dollarlıq sifariş…
Avropanın nəhəng təyyarə istehsalçısı olan “Airbus” qeyri-adi sifariş alıb. AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, şirkətə Dubaydan 5,3 milyard dollarlıq sifariş gəlib. Bu isə "Boeing"ə edilən 800 milyon dollarlıq məhsul sifarişi ilə müqayisədə 6,5 dəfə çoxdur. Şirkət rəhbərliyindən verilən məlumata görə, Dubayın avia-şouları olduqca uğurlu alınır və "Airbus" sifarişçinin ümidlərini doğruldub. Bu üzdən də şirkətə 15 təyyarə sifariş edilib. Qeyd edək ki, Dubayın 11-ci aviasalonu qonaqların sayına görə tarixdə ən irimiqyaslı aviasalon hesab edilir. Avia-şouya dünyanın 47 ölkəsindən 890 iştirakçı gəlib
21.11.2009
________________________________________________
Aİ zonasnda siqaret üçün aksiz vergisi 30
faiz çoxaldılacaq
Avropa İttifaqına daxil olan ölkələrin maliyyə nazirlərinin Brusseldə keçirilən
iclasında tütün məhsullarına vergilərin artırılması barədə qərar qəbul edilib.
Yeni qərara görə siqaret üçün aksiz vergisi 30 faiz çoxaldılacaq.AgahMedia.Com portalının
İ TV-yə istinadən məlumatına
görə, sözügedən qərar isə Avropa İtifaqına üzv ölkələrin
əksəriyyətində 2014-cü ildən qüvvəyə minəcək. Rəsmilər hesab edir ki, bu qərarın
icrasından sonra Avropada siqaret çəknlərin sayı kəskin azalacaq və əhalinin
sağlamlığına müsbət təsir göstərəcək. 2006-cı ilin statistikasına görə,
avropalıların 25 faiz siqaret çəkir.Lakin aparılan tədirlər nəticəsində bu
göstərici bir qədər müsbətə doğru dəyişib.
16.11.2009
________________________________________________
2010-cu ilə 4-5 faiz inflyasiya proqnozlaşdırılır
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev jurnalistlərə açıqlamasında 2009-cu ildə 2 faizlik inflyasiya qeydə alındığını deyib. Komitə sədri 2010-cu ilə 4-5 faiz inflyasiya proqnozlaşdırıldığını vurğulayıb. AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə,bu il istehlak mallarının qiymətində orta hesabla 0,4 faiz artım olduğunu deyən A.Vəliyev bəzi ərzaq məhsullarının bahalaşmasını onların xaricdən gətirilməsi, həmçinin ölkədə tələbatın artması ilə bağlayıb.Əhalinin siyahıya alınması haqqında danışan komitə sədri deyib ki, may ayında ilkin nəticələr elan olunub: “İndi bütün göstəricilər üzrə nəticələr işlənir. Bu proses gələn ilin ortalarında başa çatacaq. Bundan sonra nəticələr kitabça formasında çap olunacaq”. A.Vəliyev kəndlə müqayisədə şəhər əhalisinin daha çox artdığını deyib. Onun verdiyi izahata görə, kəndlər inkişaf edərək qəsəbələrə çevrilir və onların əhalisi şəhər əhalisi kimi qeydiyyata düşür. Komitə sədri onu da bildirib ki, son vaxtlar kənddən şəhərə axın yoxdur: “Hazırda əks meylillər qeydə alınır”.
12.11.2009
________________________________________________
Dərnəgül yolundakı obyektlər sökulməyə başlanıldı
AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişinə əsasən, noyabrın 3-dən paytaxtın Ziya Bünyadov prospektində (keçmiş Dərnəgül şossesi), asfaltdan 100 metr sağda və 100 metr solda yerləşən, tikinti materiallarının satışı ilə məşğul olan obyektlərin yığışdırılmasına başlanıb. Məlumatı Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov verib.Ə.Bağırov bildirib ki, sözügedən ticarət obyektləri qanunsuz fəaliyyət göstərir: “Bu obyektlərin yığışdırılması da elə onların qeyri-qanuni fəaliyyəti ilə bağlıdır. Digər tərəfdən, həmin obyektlər təkcə intensiv şəhər nəqliyyatına deyil, eyni zamanda piyadaların gediş-gəlişinə mane olur və buna görə Ziya Bünyadov prospekti boyunca yaşayan vətəndaşlar şəhər icra hakimiyyətinə dəfələrlə şikayət ediblər. Bakı Şəhər İcra Hakimiyyəti başçısının noyabrın 3-də verdiyi göstəriş həm də əhalinin şikayətlərinə əsaslanır”.Ziya Bünyadov prospekti ətrafında tikinti materiallarının satıldığı obyektlərin sahiblərinə bununla bağlı əvvəlcədən xəbərdarlıq edildiyini söyləyən Ə.Bağırov sahibkarlara Lökbatan qəsəbəsi ərazisində, “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yaxınlığında yer təklif olunduğunu da vurğulayıb. Ə.Bağırov xatırladıb ki, H.Abutalıbovun göstərişi ilə həyata keçirilən tədbir Ziya Bünyadov prospektindəki tikinti mallarının satışı bazarına yox, yalnız yol boyunca yerləşən qeyri-qanuni obyektlərə aiddir. Prosesin tez bir zamanda başa çatdırılacağı bildirilir.
05.11.2009
________________________________________________
Bakıda "Mərkəzi
Asiya örtükləri" sərgisi keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət İncəsənət Muzeyinin
təşkilatçılığı ilə Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun
kolleksiyasından "Mərkəzi Asiya örtükləri" sərgisi keçiriləcək.("Olaylar" İA)
Noyabrın 5-də keçiriləcək sərgidə Mərkəzi Asiyanın 58 adda müxtəlif məqsədli
geyimləri və örtükləri nümayiş olunacaq. Qeyd edək
ki, Şərqlə Qərb arasında ticarətin inkişafını təmin edən Böyük İpək yolu bu
ərazilərdə Mərkəzi Asiya incəsənətinin zənginləşməsinə şərait yaradıb. Sərgidə
bu incəsənətin Raunun kolleksiyasında yer alan nümunələri təqdim ediləcək.
03.11.2009
________________________________________________
Oktyabr 2009, Arxiv
Taner Yıldız: . Biz dost və qardaş Azərbaycanla anlaşacağımıza inanırıq
.jpg)
“Türkiyə və Azərbaycan arasında qaz məsələsi yaxın iki həftə ərzində
müzakirəyə çıxarılacaq”. Enerji və təbii sərvətlər naziri Taner Yıldız
jurnalistlərə belə deyib. AgahMedia.Com portalının “Media
forum”a
istinadən məlumatına görə,
türkiyəli nazir əvvəlcə texniki çərçivədə müzakirələrin
aparılacağını, sonra yetkililərin qərar verəcəklərini söyləyib. “Razılaşma
yaxındır, yoxsa yox” sualına isə nazir belə cavab verib: “Mən razılaşmaya hər
zaman yaxın olduğumuzu əvvəl də söyləmişdim. Bu qədər texniki məsələnin hər
baxımdan və ticari çərçivədə dəyərləndirilməsi lazımdır.Nəticədə qaz alırsınız,
qarşılığında da pul verirsiniz. Bunun dəyəri azalıbsa və ya müqavilələr,
sənədlər köhnəlibsə, yeniləyə bilərsiniz. 2008-ci ilin aprelindən bu tərəfə
yenilənmə haqqı var, indi onu müzakirə edirik. Biz hər zaman azərbaycanlı
qardaşlarımıza münasibətdə müsbət, konstruktiv, pozitiv yanaşma ortaya qoymuşuq.
Yenə eyni şəkildə davam edəcəyik. Buna rəğmən nəticə olub-olmayacağını da
müzakirələrin sonunda görəcəyik”.
T.Yıldız müzakirələrdə nəticə olmayacağı halda da Türkiyənin çarəsiz
qalmayacağını deyib: “Biz bu müqavilənin olmasını istəyirik. Amma olmasa da,
çarəsiz qaldıq deyə bir şey olmayacaq. Hər ölkənin təbii qaz tədarükü və
marşrutu ilə bağlı alternativləri var. Biz dost və qardaş Azərbaycanla
anlaşacağımıza inanırıq”.
31.10.2009
________________________________________________
Azərbaycanda
yeni tikilən evlərin qiyməti şişirdilir
İş adamlarının fikirincə, canlanma ən çox xidmət sektorunda baş verir. Tiknitidə
isə durğunluq davam edir. Yeri gəlmişkən, sahibkarlar bildirir ki, hətta indi də
ölkədə evlərin qiymətləri xeyli şişirdilib.(İ TV) Müasir
texnologiyalardan istifadə etməklə qiymətləri 20-25 % aşağı salmaq olar. Artıq
bəzi sahələr maliyyə böhzranının təsirindən çıxmağa başlayıb. Mütəxəssislər iki
ildir davam edən maliyyə böhranının artıq səngidiyini və bəzi sahələrdə canlanma
yarandığını bildirirlər. Böhrandan əziyyət çəkən sahələrdən ən tez durğunluqdan
çıxanı xidmət sektorudur. İş adamı Əli İhsan Gənc: «Xidmət sektorunda bir
canlanma olduğunu söyləmək mümkün. Hizmət sektoru - təhsildir, eyitimdir,
turizmdir, digər sahələrdir. Bu sahələrdə bir canlanma söz konusu». Başqa
ölkələrlə müqayisədə Azərbaycan böhrandan az əziyyət çəksə də, bəzi sahələr –
xüsusən tikinti və sənayedə geriləmə müşahidə olunmuşdu. Ona görə də ekspertlər
xidmət sektorunun böhrandan çıxmasını yetərli saymırlar. Hesab edirlər ki,
bütövlükdə ölkə iqtisadiyyatının canlanması üçün inşaat sektoru işə düşməlidir.
İnşaat sektorunun işə düşməsini sürətləndirən amil isə bu sahəyə güzəştli
kreditlərin verilməsi ola bilər. Ümumiyyətlə iş adamlarının fikrincə, bu gün
Azərbaycanın tikinti bazarında qiymətlər şişirdilib. Əli İhsan Genc: «Bu gün bir
kvadrat metrə evi hələ tamirsiz vəziyyətdə almanız için ən azı 300-400 manat
vermək durumundasınız. Bazi yerlər var 1500-2000 manata satılır».
Halbuki, mütəxəssislərin fikrincə, torpaq xərcələrini çıxmaqla yeni tikilən
binaların 1 kvadratmetri 250-300 manatdan baha olmamalıdır. Müasir
texnologiyalardan istifadə etdikdə isə qiymətlər bundan da 20-25 % ucuz ola
bilər. Yəni indi 400-500 manata satılan evlər 300 manata düşməlidir. Tikinti
sektorunun işə düşməsi isə bütün sənayenin canlanması deməkdir.
26.10.2009
________________________________________________
Zahir Abdullayev: Hazırkı şəraitdə inflyasiya qorxulu yox, yardımçı məqam hesab olunur
"Ölkədə baş verən qiymət artımı inflyasiyanın həcminin yüsəlməsinə təsir göstərə bilməyəcək". Bunu deyən iqtisadçı ekspert Zahir Abdullayevin sözlərinə görə, hələ ki, istehlakın tempi arzuolunan səviyyədə deyil ki, inflyasiyaya təsir göstərsin: "Əslində hazırkı şəraitdə inflyasiya qorxulu yox, yardımçı məqam hesab olunur.("Olaylar" İA) Ona görə, ölkələr çalışır ki, ağıllı inflyasiya yaratsınlar ki, əhali pulu özündə saxlamasın. Bu baxımdan ölkələr inflyasiyaya yox, deinflyasiyaya qarşı mübarizəyə qurşanıblar. Azərbaycanda Mərkəzi Bank tərəfindən uçot dərəcələrinin aşağı salınması da məhz insanların aktivliyinin artmasına hesablanıb". Ekspertin fikrincə, işsizliyin səviyyəsinin aşağı düşməsi, insanların alıcılıq qabiliyyətinin zəifləməsi deinflyasiya yaradan amillərdir: "Bu baxımdan əminəm ki, cari ilin sonuna qədər ən pis halda birrəqəmli inflyasiya dərəcəsi saxlanılacaq. Çünki istehlak lazımi sürət yığmayıb. Artım tempi bəzii mallar üzrə qeydə alınsa da ümumilikdə inflyasiya səviyyəsinə təsir edə bilməyəcək. İnflyasiya dərəcəsinə ən çox təsir edə biləcək məqam əmlakların qiymətidir ki, bu sahədə də vəziyyət durğunluq həddinədir. Bu sahədə qiymət artımı müşahidə olunmur, əksinə azalma gözləntiləri var".
23.10.2009
________________________________________________
Taner Yıldız: Azərbaycanla razılığın qarşısında elə də böyük sayda maneə yoxdur
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Türkiyənin energetika naziri Taner Yıldız deyib ki, Ankara və Bakı Azərbaycan qazının Türkiyədən keçərək Avropaya nəqlinə dair sazişə yaxındırlar. Cənab Yıldız əlavə edib ki, Azərbaycan alternativ marşrutların mümkünlüyünü araşdıracağını deyəndən sonra, bu istiqamətdə xeyli tərəqqi əldə edilib. Azərbaycan qazının nəqlinə dair saziş planlaşdırılan Nabukko qaz kəməri layihəsinin həyata keçirilməsi üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Nabukkodan danışarkən, Türkiyənin energetika naziri "Röyters" agentliyinə deyib ki, Fransanın GDF Suez şirkətinin qaz kəməri layihəsinə yeddinci partnyor kimi qoşulmasını dəstəkləyir. "Bizə elə gəlir ki, Azərbaycanla razılığın qarşısında elə də böyük sayda maneə yoxdur." O iki ölkənin qiymətləri müzakirə etdiklərini və danışıqlarda bir çox məsələlərin həll edildiyini bildirib. “Röyters” yazır ki, bundan əvvəl Ankara Fransanın Nabukko layihəsində iştirakına qarşı çıxırdı. Buna səbəb isə Fransada ermənilərin qətliamını inkar üçün cəza nəzərdə tutan qanunun qəbul edilməsi idi. Bundan başqa Taner Yıldız Türkiyənin İranla qaz sahəsində 3.5 milyard dollar dəyərində olan planlarını davam etdirmək əzmində olduğunu və bu məsələlərin baş nazir Erdoğanın Tehrana səfəri zamanı müzakirə ediləcəyini deyib.
22.10.2009
________________________________________________
2014-cü ildən Azərbaycan Nabukko vasitəsilə Avropa Birliyinə üzv ölkələrə qaz ixrac edəcək
Nabukko qaz boru kəməri üzrə qaz ixracatçıları və idxalçıları arasındakı
müqavilə 2010-cu ilin birinci yarısında imzalanacaq. SİA-nın məlumatına görə, bu
barədə Almaniyanın “RWE Gas Midstream” şirkətinin prezidenti Ceremi Elilis
bildirib. Nabukko layihəsinin birinci mərhələsinin sona çatmasından sonra
2014-cü ildən Azərbaycan və Xəzər hövzəsi qazı Nabukko boru kəməri vasitəsi ilə
Avropa Birliyinə üzv ölkələrə ixrac ediləcək. Qeyd edək ki, Nabukko layihəsinə
əsasən Xəzər qazının Türkiyə vasitəsilə dünya bazarlarına çıxarılmasına qərar
verilib.
21.10.2009
________________________________________________
Azərbaycan bankları təhlükədə?
Mərkəzi Bank «Fitch»in hesabatı ilə razı deyil

Mütəxəssislər deyirlər ki, beynəlxalq normalara görə, problemli kreditlərin
həcminin beş faizi keçməsi «həyəcan təbili» üçün kifayətdir«Azərbaycan
banklarının aktivlərinin keyfiyyəti 2009-cu il ərzində pisləşib, bu da həm bank
sektorunda, həm də ümumi iqtisadiyyatın zəifliyini qabardıb». Bu haqda məlumatı
mərkəzi Nyu-Yorkda yerləşən «Fitch Ratings» beynəlxalq reytinq agentliyi
Azərbaycan haqda hazırladığı xüsusi hesabatda verib. "Azadlıq"
Radiosun məlumatına görə, agentlik hesab edir ki,
baxmayaraq ki, ümumi Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranına özü ilə
eyni səviyyədə olan ölkələrdən daha davamlıdır, bu böhran dövründə Azərbaycan
bankları risklərin idarəolunması ilə bağlı aşağı səviyyəli iş nümayiş etdirə
bilərdilər və bəzi istisnalar nəzərə alınmasa, bankların kredit portfelinin
idarə olunması təcrübəsi aşağıdır. Qeyd edək ki, Mərkəzi Bank bankların
mərkəzləşdirilmiş maliyyəsinə ayırdığı vəsaitin həcmini axır bir ildə 10 dəfədən
də çox artırıb. Bu maliyyələşmə dövlət vəsaiti hesabına aparılır.Bəzi yerli
eskpertlər hesab edirlər ki, kommersiya banklarının pis idarə edilməsindən
itirilən vəsaitin dövlət vəsaiti hesabına örtülməsi düzgün deyil.
Bir müddət əvvəl prezident İlham Əliyev demişdi ki, qlobal maliyyə
böhranı Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyib.
«Fitch Ratings» bildirir ki, Azərbaycanın ən böyük bankı olan Azərbaycan
Beynəlxalq Bankında problemli kreditlərin həcmi – müştərinin geri qaytarmaqda
problem yaratdığı kreditlərinin həcmi 27.8 faizdir.
Azərbaycan Beynəlxalq Bankında bu kreditlərin 18.6 faizi
vaxtı keçmiş kreditlərdir, yəni, nəzərdə tutulan vaxtdan 90 gün keçməsinə
baxmayaraq bank bu pulları hələ də geri ala bilməyib.
Yerdə qalan banklarda ümumilikdə problemli kreditlərin həcmi belədir:
Texnikabank- 38.8 faiz,
Kapital bank - 7.7 faiz,
Unibank -17.2 faiz,
Accessbank -1.0 faiz,
Azərdəmiryolbank -6.0 faiz,
Azəriqazbank -12.5 faizdir
Mütəxəssislər isə deyirlər ki, beynəlxalq normalara görə, problemli kreditlərin
həcminin beş faizi keçməsi «həyəcan təbili» üçün kifayətdir.
Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Əsgərov isə «Fitch»in
rəqəmləri razılaşmır, deyir ki, agentliyin Beynəlxalq Bankla bağlı bu rəqəmləri
verməsi üçün əlində kifayət qədər məlumat yoxdur: «Bu ümumi bir hesabatdır, «Fitch»in
nümayəndələri bu yaxınlarda Bakıya gələcək və biz bu məlumatları birlikdə təhlil
edəcəyik». Cahangir Əsgərov əlavə edir ki, öz qiymətləndirmələrinə görə,
Beynəlxalq Bankda problemli kreditlərin həcmi «Fitch»in rəqəmlərindən iki dəfə
azdır. Beynəlxalq Bankın rəsmi internet saytında yazılıb ki, «Fitch Ratings»
onun reytinq qiymətləndirmə tərəfdaşıdır. «Fitch Ratings» isə hesabatında qeyd
edib ki, təhlili bankların özünün yerli və Mərkəzi Bank IFRS - «Electronic
International Financial Reporting Standards» - Beynəxlalq Maliyyə Hesabatı
Standartları, menecerlərin açıqlaması, «Fitch»in özünün qiymətləndirmələri
əsasında hazırlayıb.Azərbaycan Mərkəzi Bankının baş direktoru Xaqani Abdullayev
bu məsələni "Azadlıq" Radiosuna
şərh edərkən bildirib ki, Mərkəzi Bank «Fitch»in Azərbaycan banklarının
vəziyyəti ilə bağlı dedikləri ilə razı deyil:«Azərbaycan bank sistemi kifayət
qədər dayanıqlıdır. Mən bilmirəm ki, «Fitch Ratings» bu məlumatları hansı
metodologiya ilə hazırlayıb?! Mərkəzi Bankın rəsmi göstəriciləri stress-testlər
vasitəsilə izləyirik və hansısa likvidlik problemi yaranarsa, biz tədbirlər
görəcəyik». Amma «Fitch»in Moskva ofisində maliyyə təşkilatları üzrə direktor
Vladimir Markelov «Turan» informasiya agentliyinə bildirib ki, Mərkəzi Bank
özünün stress-testlərinin metodologiyasını açıqlamır deyə, onun obyektivliyini
qiymətləndirmək çətindir». «Fitch Ratings»in dünyanın 50-dən çox ölkəsində ofisi
var, təşkilat 150-dən çox ölkədə yerli bazarların vəziyyətini öyrənir, dünya
kredit bazarını müstəqil araşdırmalarla təchiz edir.
16.10.2009
________________________________________________
BVF: Azərbaycan qlobal
böhrandan daha tez çıxır
Azərbaycan regionun digər enerji ixrac edən ölkələri ilə müqayisədə birlikdə
global maliyyə böhranından daha tez çıxır.
AgahMedia.Com portalının BBC-yə
istinadən məlumatına görə,
bu haqda Beynəlxalq Valyuta Fondunun Qafqaz və Mərkəzi Asiyaya aid “Regional
iqtisadi perspektiv” adlı hesabatında deyilir. Sənəddə habelə bildirilir ki,
regionun neft idxal edən dövlətlərində iqtisadi tənəzzüldən tezliklə çıxma
əlamətləri nəzərə dəyimir. Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri Koba
Qvenetadze deyir ki, təbii ehtiyatlarını istismar edib dünya bazarlarına ixrac
edən bölgə dövlətləri iqtisadi baxımından "daha çevik davranırlar". Bu mənada
Azərbaycan, Qazaxstan, Özbəkistan böhranın təsirini azalda biliblər.Beləki, son
illər neft və qaz satışından əldə etdikləri iri maliyyə ehtiyatları bu ölkələrə
əlavə iqtisadi dayanıqlıq verib. Amma regionun Ermənistan, Gürcüstan, Tacikistan
kimi ölkələri belə imkanlara malik olmadıqlarına görə, bu ölkələrdə iqtisadi
durum və perspektivlər ürəkaçan deyil. "Bu mənada Ermənistana böhran dəha ciddi
təsir edib", - deyilir hesabatda.BVF-nin “Regional iqtisadi perspektiv”
sənədində gələn il üçün Azərbaycanda Ümumi Daxili Məhsulun 7 faiz civarında
olacağı deyilir. Bu, son illərin anoloji göstəricilərindən az olsa da böhran
şəraitində və digər dövlətlərin daxili məhsul səviyyəsi ilə müqayisədə yaxşı
göstərici hesab olunur. İnflyasiyanın isə 5 faizdən artıq olmayacağı güman
olunur.Fondun nümayəndəsi deyir ki, bəzi dövlətlərin böhran qarşısnda uğurla,
digərlərinin isə nisbətən uğursuz duruş gitərməsi bir sıra amillələ də izah
olunur. Ermənistan, Gürcütsan, Tacikistan və digərləri son illər ölkə
kənarındakı "əməkçi miqrantlarından iri maliyyə köçürmələri alırdılar". Bu
miqrantların böyük hissəsi isə Rusiyada cəmləşib. Qlobal maliyyə böhranı isə
Rusiyanı çox ağır vurub. Ona görə də bu ölkədə işgüzar fəallıq və iqtisadi
perspektivlər zəifləyib və təbii ki, bu ölkədən pul köçürmələrinin həcmi azalıb.
BVF-nin hesabtında yaxın 1-2 il ərzində Azərbaycan, Qazaxstan və digər ölkələrdə
yoxlluq səviyyəsinin azalmağa meylli olduğu deyilir. Bu ölkələrdə habelə milli
valyutaların məzənnəsi də öz sabitliyi ilə seçiləcək
09.10.2009
________________________________________________
Prezident “Caspian Agro-2009” sərgisində iştirak edib

Oktaybrın 6-da prezident İlham Əliyev Heydər Əliyev adına İdman-Konsert
Kompleksində “Caspian Agro-2009” kənd təsərrüfatı və ərzaq məhsullarının
istehsalı, emalı və qablaşdırılması beynəlxalq sərgisi ilə tanış olub.(“Azərtac”)Dövlət
başçısı əvvəlcə kompleksin həyətində Minsk və Gəncə avtomobil zavodlarının,
habelə dünyanın nüfuzlu şirkətlərinin kənd təsərrüfatı texnikasına baxıb.
İqtisadi İnkişaf və KəndTəsərrüfatı nazirliklərinin rəsmi dəstəyi, Ticarət və
Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgi ilə tanışlıq zamanı
məlumat verilib ki, məqsəd ölkədə istehsal olunan kənd təsərrüfatı və emal
sənayesi məhsullarının nümayişi ilə yanaşı, bu sahələrə xarici şirkət və
sərmayədarların diqqətini cəlb etmək, aqrar elmin təcrübəsini öyrənməkdir.
Sərgidə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Türkiyə, İtaliya, Belarus, Suriya,
İsrail, Litva, Latviyanın 80-dən artıq şirkəti təmsil olunur.İ.Əliyev
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının,
Azərbaycan Dövlət Aqrar Universitetinin, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Litva, İtaliya, Latviya,
İsrail, Suriya və Belarusun milli pavilyonları, quşçuluq, şərabçılıq, kənd
təsərrüfatı texnikası pavilyonları ilə tanış olub.
07.10.2009
________________________________________________
Kredit qoyuluşu 18%
artıb
AgahMedia.Com
portalının Mərkəzi Bankın Mətbuat xidmətinə istinadən məlumatına görə,
2009-cu il sentyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit
qoyuluşları 7629,8 mln. manat təşkil etmişdir. 2008-ci il avqustun 1-nə nisbətən
18,2% artmışdır. Kredit qoyuluşlarının 274,9 mln. manatı vaxtı keçmiş
kreditlərin payına düşüb. 2009-cu il sentyabrın 1-nə kreditlərin 2133,2 mln.
manatı (28,0%) qısamüddətli, 5496,6 mln. manatı (72,0%) isə uzunmüddətli
kreditlər olub. Qısamüddətli kredit-lə¬rin 151,5 mln. manatı və ya 7,1%-i,
uzunmüddətli kreditlərin isə 123,4 mln. manatı və ya 2,2%-i vaxtı keçmiş
kreditlərdir. Dövlət bankı tərəfindən iqtisadiyyata 3632,7 mln. manat (47,6%),
özəl banklar tərəfindən 3815,1 mln. manat (50,0%), qeyri-bank kredit
təşkilatları tərəfindən isə 182,0 mln. manat (2,4%) kredit qoyulmuşdur. Xarici
kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına
1995,2 mln. manat kredit yönəldilmişdir ki, bunun da ümumi kredit qoyuluşlarında
xüsusi çəkisi 26,2%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən
banklar isə 347,8 mln. manat (4,6%) kredit vermişlər. Kreditlərin 4245,7 mln.
manatı və ya 55,6%-i manatla, 3384,2 mln. manatı və ya 44,4%-i xarici valyuta
ilə verilmişdir.
07.10.2009
________________________________________________
Bankomatlar və Pos-terminallar artır
AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı
məlumata görə, 2009-cu il sentyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə
bankomatların sayı 1617 ədəd olmuşdur. Bu göstərici ötən ilin müvafiq dövrü ilə
müqayisədə 175 ədəd çoxdur. Cari ilin sentyabrın 1-nə bankomatların 915-i Bakı
şəhərində, 702-si isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan
Respublikası üzrə Pos-terminalların sayı 8481 ədəd olmuşdur. Bu göstərici ötən
ilin müvafiq dövrü ilə müqayisədə 1204 ədəd çoxdur. Cari dövrdə
pos-terminalların 7698-i Bakı şəhərində, 783-ü isə digər regionlarda yerləşir.
07.10.2009
________________________________________________
Nabukkoya ilk qaz Azərbaycan və İraqdan axacaq

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Nabukko qaz kəməri layihəsinin baş direktoru Reynhard Mitçek deyib ki, Azərbaycan və İraq 2014-cü ilin sonunadək Nabukko kəmərinin ilk qaz təchizactçıları ola bilərlər. İki ölkədən eyni vaxtda axan qaz təchizatı layihənin bir mənbədən asılılığını aradan qaldıracaq - bunu cənab Mitçek deyib. İraq tərəfindən bu layihəyə İraq Kürdüstanının Petroleum Company Ltd. şirkəti cəlb olunub.2009-cu ilin may ayında Avstraliya və Macarıstan şirkətlərinin hərəsi layihədə 10 faiz pay alıblar. Avropa Komissiyasının komissarı Andris Pibalqs ötən ay bəyan etmişdi ki, Avropa Birliyi Azərbaycanla Nabukko layihəsində iştiraka dair danışıqlar aparır.Cənab Mitçek bildirib ki, 2015, 2016-cı illərdə Azərbaycandan Nbukkoya 8 milyard kubmetr qaz daxil olacaq. Bu isə 2016-cı ilə kimi layihənin 16 milyard kubmetr qazla təmin olunacağı deməkdir. Nabukko layihəsinə məxsus qaz kkəməri Xəzər regionunu, Yaxın Şərq və Misiri Türkiyə vasitəsilə Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyaya birləşdirəcək. Daha sonra isə qaz Mərkəzi və Qərbi Avropa qaz bazarlarına axacaq.
Qeyd edək ki, bu kəmər layihəsi Avropanın Rusiya qazından asılılığının azaldılmasını nəzərdə tutur.
05.10.2009
________________________________________________
Metro 3 dəfə bahalaşdı
Dünən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.AgahMedia.Com portalının adıçəkilən qurumdan aldığı məlumata görə, iclasda Bakı Metropoliteninin sərnişindaşıma xidmətinin tarifinə yenidən baxılmasına dair müraciəti müzakirə olunmuş və qərar qəbul edilmişdir. Qeyd edək ki, Bakı Metropoliteninin mövcud tarifi 1996-cı ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 5 qəpik səviyyəsində təsdiq edilmişdir. Ötən illər ərzində respublika üzrə xidmətlə bağlı xərclərin və enerji daşıyıcılarının qiymətlərinin artması ilə yanaşı, sahə üzrə sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, habelə yeni stansiyaların istismara verilməsi, bununla bağlı xidmət heyəti üzrə ştatın artırılması obyektiv olaraq xidmətin maya dəyərinin yüksəlməsinə səbəb olmuşdur ki, bu da mövcud tarifə yenidən baxılmasını zəruri etmişdir. Bütün bunlar nəzərə alınaraq Tarif (qiymət) Şurasının qərarına əsasən, gediş haqqı 5 qəpikdən 15 qəpiyə dəyişdirilmişdir.Məlumata gorə,Qiymət dəyişikliyindən sonra sərnişin daşıma xidmətinin tarifi bir sıra ölkələrlə müqayisədə yenə aşağı səviyyədə olacaqdır. Belə ki, hazırda metroda sərnişin daşıma xidmətinin tarifi Rusiyada 0,35, Gürcüstanda 0,19, Ukraynada 0,16, Belarusda 0,17, Türkiyədə 0,80 manat səviyyəsindədir. İl ərzində metrodan 200 milyona yaxın insanın istifadə etdiyi nəzərə alınarsa, artım nəticəsində Bakı Metropoliteninə il ərzində əlavə 20 milyon manat vəsaitin daxil olacağı gözlənilir. Lakin bu tarif tənzimlənməsi nəticəsində belə, Bakı Metropoliteninin cari xərcləri tam şəkildə ödənilməyəcəkdir və dövlət büdcəsindən həm cari xərclər üçün, həm də əsaslı kapital qoyuluşları üçün əlavə vəsaitə ehtiyac yaranacaqdır.
Yeni tarif 1 oktyabr 2009-cu il tarixindən saat 00:00-dan etibarən tətbiq ediləcəkdir.
01.10.2009
________________________________________________
Sentyabr 2009, Arxiv
Sahibkarlığa Kömək Milli Fondu növbəti tədbirini Gəncədə keçirdi
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, sahibkarlığın
inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin
güzəştli qaydada kreditləşdirilməsi və iş adamlarının maarifləndirilməsi
tədbirləri davam etdirilir.AgahMedia.Com portalının
Sahibkarlığa Kömək Milli Fondundan
aldığı məlumata görə,sentyabrın 25-də İqtisadi
İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın
inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Gəncə şəhərində
Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün
keçirmişdir.Əvvəlcə tədbir iştirakçıları Sahibkarlığa Kömək Milli Fondunun
güzəştli kreditləri hesabına inşa edilmiş “Neon” firmasının 3 min tonluq taxıl
anbarında və makaron sexində olmuş, həmçinin firmanın 10 min ton tutumu olan
taxıl məhsullarının təmizlənməsi və saxlanması üzrə müasir anbar kompleksində
aparılan tikinti işləri ilə tanış olmuşlar.Sonra “Regionlarda sahibkarlığın
inkişafına dövlət dəstəyi” tədbiri Gəncə-Qazax iqtisadi rayonu üzrə regionların
sosial-iqtisadi inkişafına həsr olunmuş filmin nümayişi ilə öz işinə
başlamışdır.Tədbiri giriş sözü ilə açan Kəpəz rayon İcra Hakimiyyətinin başçısı
Çingiz Muxtarov Azərbaycan Respublikası Prezidentinin böyük diqqət və qayğısı
nəticəsində regionda sahibkarlığın sürətlə inkişaf etdiyini vurğulamış və
regionun investisiya imkanları barədə məlumat vermişdir.Sahibkarlığa Kömək Milli
Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında Azərbaycanda özəl bölmənin
inkişafına dövlət dəstəyinin daha da gücləndirildiyini qeyd edərək, Fondun
vəsaitlərinin daha səmərəli yerləşdirilməsində yeni yanaşmaların tətbiq edildiyi
barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, 70%-dək hissəsi Fondun güzəştli
kreditləri hesabına olmaqla, regionlarda 13 soyuducu anbar kompleksinin, taxıl
məhsullarının təmizlənməsi və saxlanılması üçün isə hər birinin tutumu 10 min
ton olan, müasir standartlara cavab verən 20 anbar kompleksinin yaradılması
nəzərdə tutulmuşdur. Artıq regionlarda soyuducu anbarların, eləcə də taxıl
məhsullarının təmizlənməsi və saxlanılması üçün anbar komplekslərinin
tikintisinə başlanmışdır.
“Neon” firmasının direktoru Arif Həsənov regionlarda güzəştli kreditlər hesabına
müasir anbar komplekslərinin yaradılmasına göstərdiyi diqqət və qayğıya görə
ölkə rəhbərliyinə təşəkkür etmiş, anbar komplekslərinin istehsal olunan kənd
təsərrüfatı məhsullarının uzun müddət saxlanılması, məhsul itkisinin qarşısının
alınması, əhalinin ilin bütün fəsillərində keyfiyyətli ərzaq məhsulları ilə
təminatına şərait yaradacağını bildirmişdir.Tədbirdə həmçinin, regionda istehsal
olunan məhsulların ixrac potensialı, onların idxalı əvəzetmə imkanları,
məhsulların satışı və xidmətlərin sferasının daha da genişləndirilməsi,
sahibkarlar arasında işgüzar əlaqələrin inkişafı istiqamətində faydalı
müzakirələr aparılmışdır.Tədbir çərçivəsində 10 müvəkkil kredit təşkilatı
vasitəsilə Gəncə, Göygöl, Goranboy, Samux, Daşkəsən, Qazax, Tovuz, Ağstafa və
Şəmkir rayonlarında sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən
130-a yaxın sahibkara 1,7 milyon manat güzəştli kreditlər verilmişdir. Ayrılmış
güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi
nəticəsində Gəncə-Qazax iqtisadi rayonunda 260-dan çox yeni iş yerinin
yaradılması nəzərdə tutulur.Bununla da, 2009-cu ilin ötən dövrü ərzində
Sahibkarlığa Kömək Mili Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə
verilmiş kreditlərin həcmi 95 milyon manata çatmış, güzəştli kredit almış
sahibkarlıq subyektlərinin sayı isə 1560-dan çox olmuşdur. Güzəştli kreditlər
hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 6800-dək
yeni iş yerinin yaradılması gözlənilir.Tədbir çərçivəsində sahibkarlar üçün
“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına
güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim
edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi” mövzusunda
treninq də keçirilmişdir. 350-dən çox sahibkarın iştirak etdiyi treninqdə
investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi barədə geniş
məlumat verilmiş və sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit
təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi,
eləcə də sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir
26.09.2009
________________________________________________
Çörəyin qiyməti ucuzlaşacaqmı?
İsmət Abbasov: Buğda ötənilkindən 50 faiz, bəzən də daha aşağı qiymətə alınır

“ Qürur hissi ilə demək lazımdır ki,
prezident İlham Əliyevin kənd təsərrüfatına gündəlik qayğı və dəstəyi
nəticəsində ölkədə rekord göstərici əldə edilib. Bu il 2 milyon 960 min ton
dənli və dənli paxlalılar, qarğıdalı da daxil olmaqla bitki istehsal olunacağı
gözlənilir. İstehsal olunan dənli bitkilərin 2 milyon 140 min tonu buğdadır. Bu
da Azərbaycanın kənd təsərrüfatı tarixində dənli, dənli paxlalı bitkilər, o
cümlədən buğda istehsalında rekord göstəricidir” Kənd təsərrüfatı naziri İsmət
Abbasov “Turan” agentliyinə müsahibəsində belə deyib.
- Buğda bolluğu yaranmasına baxmayaraq çörəyin qiyməti
enmir. Buna səbəb nədir? Hazırda yerli buğdanın satış qiyməti neçəyədir?
- Əvvəla, buğdanın qiymətindən danışaq. Hazırda dünya birjalarında buğdanın
qiyməti aşağı enib. Bu, Azərbaycana da öz təsirini göstərib. Azərbaycanda
istehsal olunan buğda da aşağı qiymətə alınır. Bəzən isə maya dəyərindən aşağı
qiymətlər təklif olunduğundan fermer və sahibkarlar məhsullarını satmaq
istəmirlər. Əlbəttə, bununla bağlı lazımi tədbirlər həyata keçirilməlidir,
istehsal olunmuş məhsul satılmalıdır.
Eyni zamanda, fermer və sahibkar məhsulunu maya dəyərindən 20-30 faiz artıq
qiymətə satmalıdır ki, tələbatları ödənsin və növləri ildə də taxıl əkməyə
marağı olsun. Daxil olan məlumatlara görə, bəzi hallarda maya dəyərindən aşağı
qiymətlərə də taxıl satılması halları olur. Amma bu, yolverilməzdir. O ki qaldı
çörəyin qiymətinə, bir müddət bundan öncə, xüsusilə ötən il əsassız olaraq
şayiələr yayılmışdı ki, çörəyin qiyməti qalxmalıdır, taxıl qıtlığı yaranacaq. Bu
şayiələrin əsası yox idi. Biz o zaman da söyləmişdik ki, çörəyin qiymətinin
artırılması əsassızdır. Çünki çörək istehsalı zamanı maya dəyərinə çəkilən
xərclər qiymətin qaldırılmasına əsas vermirdi.Azərbaycanda kənd təsərrüfatı
məhsullarının qiyməti tam liberallaşdırılıb. Emal sənayesi, o cümlədən
çörəkbişirmə sənayesi bazar iqtisadiyyatı qaydalarına uyğun fəaliyyət göstərir.
Məhsullara qiymət tətbiqinə hökumət qarışmır. Amma həm idxal olunan, həm də
yerli istehsal olan buğda xeyli aşağı qiymətə alınırsa, çörəyin qiyməti də
müvafiq olaraq enməlidir. Çörəkbişirmə sənayesində çalışan insanlar düşünməlidir
ki, buğdanı həm xaricdən, həm də ölkədə ucuz qiymətə alırsa, çörəyin qiymətini
də endirməyin vaxtı gəlib çatıb.
- Sizcə, çörəyin qiyməti nə qədər aşağı salınmalıdır?
- Bu gün bu barədə birmənalı danışmaq çətindir. Dəqiq hesablamalar aparmaq
lazımdır. Alış qiymətləri, istehsal və digər xərclər hesablanmalıdır. Amma
araşdırmalar göstərir ki, buğda bu il ötənilkindən 50 faiz, bəzən də daha aşağı
qiymətə alınır. Bu isə çörəyin qiymətinin aşağı salınmasının gündəlikdə
durduğunu deməyə bir daha əsas verir.
- Azərbaycanda hər hektara nə qədər buğda istehsal edilib
və bir kiloqram buğda istehsalının maya dəyəri nə qədər təşkil edir?
- Bu il hava şəraitinin qeyri-sabit olması nəticəsində hektar üzrə məhsuldarlıq
ötən ilə nisbətən bir qədər aşağı olub. Dənli və dənli paxlalıların hər
hektardan məhsuldarlığı 26,3 sentner, buğdanın isə hektar üzrə məhsuldarlığı
26,5 sentner olub. Bu isə ötən illə müqayisədə bir sentner aşağıdır. Buğdanın
maya dəyərini dəqiq söyləmək mümkün deyil. Bu rəqəm müxtəlif bölgələr üzrə
müxtəlifdir. Nazirliyin apardığı araşdırmalara görə, respublika üzrə orta
hesabla bir kiloqram buğdanın maya dəyəri təxminən 14-15 qəpik olub.
- Bir sıra mətbuat orqanları istehsal edilən buğdanın
keyfiyyətinin aşağı olduğunu və ərzaq sənayesi, çörəkbişirmə üçün yarasız
olduğunu yazır. Siz necə hesab edirsiniz? İstehsal edilən buğda çörək və ərzaq
sənayesində istifadə üçün bəs edirmi?
- Mən də medianın məlumatları ilə tanışam. Ancaq bu məlumatlarla razı deyiləm.
Hər hansı bir məlumat müəyyən əsaslara söykənməlidir. Dünyadakı 11 iqlim
qurşağından 9-u Azərbaycanda mövcuddur. Ölkədə istənilən mühüm ərzaq məhsulunun
istehsalı üçün hava şəraiti və münbit torpaqlar var. Bildirirəm ki, Azərbaycanda
istehsal olunan kənd təsərrüfatı məhsulları, o cümlədən də taxıl keyfiyyətlidir.
Bugünlərdə Saatlı rayonunda istehsal edilmiş taxıl nümunələrinin Milli Elmlər
Akademiyasının Gigiyena İnstitutunda laborator yoxlanışı aparılıb. Yoxlamanın
nəticələrinə görə, götürülmüş nümunələr keyfiyyət göstəricilərinə görə
beynəlxalq standartlarda nəzərdə tutulmuş 1-ci və 2-ci növ taxıl standartına
uyğundur. Eyni zamanda, keyfiyyətli məhsul istehsalı üçün keyfiyyətli toxumdan
istifadə vacibdir. Azərbaycanda hazırda tələbatı tam ödəyəcək dərəcədə yüksək
kondisiyalı toxum mövcuddur. Bunun üçün ötən il cənab prezident öz Ehtiyat
Fondundan “Aqrolizinq” Səhmdar Cəmiyyətinə 25 milyon manat ayırıb. Vəsaitin 4
milyon 168 min manatından istifadə edilərək Rusiyanın Krasnodar vilayətinin Elmi
Tədqiqat İnstitutundan 7.189 ton yüksək repreduksiyalı elit və R-1 toxumları
alınaraq Azərbaycana gətirilib. Rusiyadan idxal edilən həmin toxum yerlərdə
əkilərək artırılıb, əlavə olaraq daha 50 min ton yüksək kondisiyalı toxum
istehsal olunub.
- Yəni istehsal olunan buğdanın keyfiyyətsiz olması ilə
bağlı yazılanların əsası yoxdur?
- Bəli, bu məlumatların əsası yoxdur. Ancaq ədalət naminə deyim ki, bəzi
yerlərdə istehsal olunan keyfiyyətli buğda müəyyən qədər təmizlənmir, qarışıq və
“zibilli” olur. Fermer və sahibkarların buğdanı tam təmizləmək üçün
avadanlıqları da yoxdur. Buna görə də artıq hökumət müəyyən tədbirlər görür.
Amma bəzi hallarda fermerlərin buğdanı təmizləmək üçün həvəsi də olmur. Onlar
əsasən məhsulun istehsalına üstünlük verirlər. Fermerlər düşünməlidirlər ki,
taxılın təmizlənməsi də lazımdır və taxılı satmaq, o cümlədən Dövlət Taxıl
Fonduna, dəyirmanlara satmaq üçün müəyyən standartlara uyğun olmalıdır.
Düşünürəm ki, növbəti ildə bu məsələ də həllini tapacaq.
- Dövlət Taxıl Fonduna taxıl alınması necə həyata
keçirilir və hazırda nə qədər taxıl alınıb? Bəzi media orqanları Taxıl Fondu ilə
Kənd Təsərrüfatı Nazirliyi arasında qarşılıqlı mübahisələrin olduğunu yazır.
Bunu necə qiymətləndirirsiniz?
- Yazılanların əsası yoxdur. Taxıl Fondu Nazirlər Kabinetinin müvafiq qərarına
uyğun olaraq taxıl tədarük edir. “Taxıl haqqında” qanunun müvafiq bəndində
göstərilir ki, taxıl ehtiyat fondu əsasən yerli istehsal hesabına
formalaşmalıdır. Mən də bu müddəanı tam dəstəkləyirəm. Lakin Taxıl Fondu
bugünədək kifayət qədər buğda tədarük edə bilməyib. Bunu onlar Nazirlər
Kabinetinin qərarına uyğun qəbul etdikləri standartlara cavab verən buğda əldə
edə bilməmələri ilə şərh edirlər. Biz də düşünürük ki, Taxıl Fondu Nazirlər
Kabinetinin qəbul etdiyi qərardan kənara çıxa bilməz və o standartlara uyğun
olaraq buğdanı qəbul etməlidir. Taxıl Fondunun qəbul etdiyi buğdanın miqdarına
gəlincə, indiyədək cəmi 1008 ton taxıl alınıb. Əlbəttə, bu miqdar nəzərdə
tutulandan çox azdır.
- Belə olan halda gələn il buğda istehsalının taleyini
necə görürsünüz? Fermer və sahibkarlar istehsal etdiyi məhsulu sata bilmir,
Taxıl Fondu böyük həcmdə tədarük etmir. Bu, gələn il buğda istehsalının
azalmasına təsir göstərməyəcəkmi?
- Mən fermerlərin məhsullarını sata bilməməsi fikri ilə tam razılaşmıram.
Yerli icra hakimiyyətlərinin məlumatına görə, fermerlər məhsullarını satır, amma
aşağı qiymətə satırlar. Bəzən isə sahibkarlar buğdanı təyinatından yayındıraraq
quşçuluq və heyvandarlıq fermalarına satırlar. Bu, yolverilməzdir və kütləvi hal
almamalıdır. Ərzaq buğdası təyinatı üzrə, çörəkbişirmə və digər müvafiq istehsal
sahələrində istifadə edilməlidir. Gələn il sahibkarların buğda istehsalına
marağının qalması məsələsini hazırda hökumət nəzərdən keçirir. Onlara
subsidiyaların verilməsi davam etdiriləcək.
- Fikirlər səslənir ki, gələn il fermerlərə subsidiyalar
son məhsula görə veriləcək. Bu məlumatlar nə dərəcədə doğrudur?
- Subsidiya məsələləri hazırda müzakirə olunur. Vaxtaşırı Nazirlər Kabineti,
İqtisadi İnkişaf və Maliyyə nazirlikləri ilə məsləhətləşmələr aparırıq. Mənim
fikrimcə, biz hələ istehsalçılara hazır məhsula görə subsidiya verməyə hazır
deyilik. Bu, qarışıqlıq yarada bilər. Hesab edirik ki, hazırkı qaydalarla
subsidiyaların verilməsi daha məqsədəuyğundur.
- Hazırda subsidiyaların verilmə qaydası necədir? Bəzən
subsidiyaların əkin sahəsinə görə deyil, hər ton buğdaya görə verilməsi ilə
bağlı fikirlər səslənir. Hətta bəzi media orqanları subsidiyaların verilməsi
zamanı neqativ hallara yol verilməsindən yazır. Bunlara münasibətiniz?
- Subsidiyaların verilməsində neqativ hallara yol verilməsi ilə bağlı fikirləri
qəbul etmirəm. Subsidiyaların verilməsi məqsədilə Nazirlər Kabinetinin qərarına
uyğun olaraq yerli icra hakimiyyəti orqanlarında komissiyalar yaradılıb.
Komissiyalara Maliyyə, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərinin,
Dövlət Statistika Komitəsinin və Dövlət Torpaq Komitəsinin yerli şöbələrinin
nümayəndələri daxildir. Məsələyə komissiya yerlərdə baxır və təkliflər Dövlət
Komissiyasına göndərilir. Dövlət Komissiyasına isə Kənd Təsərrüfatı, Maliyyə,
İqtisadi İnkişaf nazirliklərinin, Torpaq və Statistika komitələrinin,
“Kapitalbank”ın nümayəndələri daxildir. Dövlət Komissiyasının geniş
müzakirəsindən sonra sənədlər Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyi
subsidiyaları istehsalçıların bank hesablarına oturdur. İstehsalçılar isə
vəsaiti bankomat vasitəsilə istifadə edirlər. Burda hər hansı neqativ halın
olması mümkün deyil.O ki qaldı subsidiyaların ton və ya hektar hesabı ilə
verilməsinə, subsidiyalar hər hektar əkin sahəsi üçün ayrılır.Elə hallar olur ki,
qaydaları bilməyən bəzi insanlar buğdanın maya dəyərinin hesablanması zamanı
subsidiyanı hər ton buğda üçün 40 manat hesablayır. Bir daha bildirirəm ki, hər
hektar buğda əkin sahəsi üçün 40 manat subsidiya verilir. Əgər biz subsidiyanı
istehsal edilmiş məhsula bölsək, bu il orta hesabla hər hektarın məhsuldarlığı
təxminən 2,5 ton olub. Bu isə bir ton buğda üçün 16 manat və bir kiloqram üçün
1,6 qəpik edir. Hesab edirəm ki, bu gün üçün subsidiyalar qənaətbəxşdir. Bununla
yanaşı bildirirəm ki, hazırda ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq
ümumi əkin sahələri üçün yanacaq və motor yağlarına görə 40 manat, istifadə
olunmuş gübrələrə 50 faiz, buğda istehsalçılarına isə əlavə olaraq hər hektar
üçün 40 manat subsidiya verilir.Bütün bunlar göstərir ki, aqrar sahəyə dövlətin
kifayət qədər yaxşı dəstəyi var.
21.09.2009
________________________________________________
“Əsrin müqaviləsi”-nin 15 ili tamam olur
Lord Hant: Enerji təhlükəsizliyi həm Britaniya, həm də bütün Avropa üçün ümdə məsələlərdən biridir

Sentyabrın 20-ndə Azərbaycanın neft yataqlarının birgə istismarına Azərbaycan və
Qərbin neft nəhəngləri arasında “Əsrin müqaviləsi” kimi tanınan müqavilənin
imzalanmasının 15 ili tamam olur.
Bu sazişin aparıcı tərəfdaşlarından biri də Böyük Britaniya şirkətləridir.
Hazırda Bakıda səfərdə olan Böyük Britaniyanın enerji naziri lord Filip Hant iki
ölkə arasında son 15 ildə əldə edilmiş nailiyyət və yeni perspektivləri müzakirə
edib. BBC-nin suallarını cavablandıran britaniyalı nazir iki ölkə arasında
əməkdaşlığı belə şərh edib:
Lord Hant : İki ölkə arasında tərəfdaşlığın 15 ili, zənnimcə, çox mühümdür.
Azərbaycan öz iqtisadiyyatına yatırılmış böyük həcmdə sərmaylər əldə edib,
xarici şirkətlər isə burada işləməkdən uğurlu təcrübə qazanıblar. Belə bir
bünövrənin əsasının qoyulmasından mən məmnunan. BP-nin rəhbərlik etdiyi
sərmayədarlar qrupunun burada vacib rol oynamasından qürur duyuram. İki tərəf
arasında tərəfdaşlıq bizim üçün çox mühümdür. Burada nəzərə dəyən böyük
potensial isə gələcək əməkdaşlıq üçün zəmin yaradır, çünki buradakı sabitlik və
müəyyənlik sərmayələr üçün mühümdür. Bu isə digər ölkələrə burada nəyə nail ola
biləcəklərinə dair fantastik örnəkdir.
BBC: Cənab Hant, hazırda bir sıra Avropa ölkələri və
Türkiyə Nabukko qaz kəməri layihəsini reallaşdırmağa çalışır. Bu boru üçün təbii
qazın Azərbaycan, Türkmənistan və hətta İrandan alınması haqda təkliflər var.
Böyük Britaniyanın Xəzər regionunda iri layihələr həyata keçirdiyini nəzərə
alaraq bilmək maraqlı olard - London Nabukkoya neçə yanaşır və layihəni
dəstəkləmək barədə düşünürmü?
Lord Hant: Hazırda Avropa enerji ilə baqlı müəyyən problemlərlə üzləşib. Mən
əminəm ki, enerji təhlükəsizliyi həm Britaniya, həm də bütün Avropa üçün ümdə
məsələlərdən biridir. Məhz buna görə, biz Xəzərdən Avropaya təbii qaz nəql
edəcək bu layihəni dəstəkləmək niyyətindəyik. Bu mənada bir müddət öncə
Nabukkoya dair hökümətlərarası sazişin imzalanması - düzgün istiqamətdə atılmış
addımdır və Birləşmiş Krallıq bu planı dəstəkləyir.
BBC: Britaniya Xəzər regionunda mühüm oyunçulardan sayılr.
Bu baxımından Sizin yəqin ki bir sıra Xəzərətrafı ölkələr arasındna dənizin
hüquqi statusu və yataqların mənsubiyyətinə dair ixtilaflardan xəbəriniz var.
Neçə düşünürsüz, bu ixtilafları aradan qaldırmaq mümkündürmü?
Lord Hant: Zənnimcə, Xəzərətrafı ölkələrə bu məsələdə hansı siyasət
yürüdücəkləri barədə Britaniya öz iradəsini qəbul etdirə bilməz. Mən sadəcə onu
deyə bilərəm ki, Britaniya ümumi qarşılıqlı yekuna gətirəcək ortaq razılaşmanı
məmuniyyətlə salamlayardı.
BBC: Cənab Hant, vaxtaşırı qərbin aparıcı hüquq-müdafiə
təşkilatları Azərbaycan hökümətini ölkədə insan haqlarının açınacaqlı durumuna
görə sərt tənqid edir. Onlar həmçinin deyir ki, qərb hökümətləri neftə görə
Azərbaycanda insan haqlarına göz yumur. Siz bu tənqidə nə cavab verə bilərdiniz?
Lord Hant: İnsan hüquqları mənim ölkəm üçün mühümdür və bizdə bu sahəyə aid
çoxlu qanunvericilik aktları qəbul edilib. Məhz buna görə biz digər ölkələrdə
insan haqlarının vəziyyətinə dair məsələləri qaldırırıq. Mən bilirəm ki, indi
Azərbaycan keçid dövrünü yaşayır. Bütün bunlar isə insan hüquqlarına dair Avropa
proselərinə qatılmağın əhəmiyyətini göstərir. Biz bunu arzu edirik və Britaniya
höküməti Azərbaycan höküməti ilə bu məsələdə təmaslarını davam etdirəcək.
17.09.2009
________________________________________________
Bələdiyyələrlə bağlı layihəyə təkliflər hazırlanıb
Təkliflərdə
bələdiyyələrin səlahiyyətlərinin artırılması təklif edilir
«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi «Azərbaycanda yerli
özünüidarəetmənin gücləndirilməsi» layihəsinə təkliflər hazırlayıb. Bu barədə
birliyin sədr müavini, iqtisadçı Rövşən Ağayev məlumat verib. R.Ağayev qeyd edib
ki, bir tərəfdən bələdiyyələrin səlahiyyətlərinin məhdudluğu, digər tərəfdən
onların müstəsna olmaması bələdiyyələrin real hakimiyətə çevrilməsinə mane olur:
«Avropa Şurasının Azərbaycan hökumətinə ünvanladığı tövsiyyə sənədində də
göstərilib ki, bələdiyyələrin səlahiyyətlərinin məhdudluğu sadəcə yerlərdə
dövlət idarəetmə orqanlarının səlahiyyətlərini tamamlamağa və ya bu qurumların
nəzarəti altında fəaliyyət göstərməsinə gətirirb çıxarır». (ANS PRESS)
R.Ağayevin sözlərinə görə, bələdiyyələrin «Bələdiyyələrin statusu haqqında»
qanunun 4, 5, 6-cı maddələrində 23 səlahiyyət göstərilsə də, onlardan cəmi 3-ü
öz fəaliyyət sferasına daxil olub: «Yerli əhəmiyyətli məsələlərlə bağlı dövlət
hakimiyyəti orqanları ilə bələdiyyələr arasında səlahiyyət bölgüsü dəqiq deyil.
Dövlət idarəetməsində yerli idarəetmə sisteminin əhatə dairəsi aydın müəyyən
olunmayıb. Yerli özünüidarənin statusu qeyri-müəyyəndir. İri şəhərlərdə
özünüidarə təşkil edilməyib». İqtisadçının sözlərinə görə, bələdiyyələrin
səlahiyyətlərinin artırılmasının üç alternativ mexanizmi hökumətə təklif edilir:
«Bələdiyyələrin səlahiyyətlərində müstəsnalığın təmin olunması və
səlahiyyətlərin dəqiqləşdirilməsi, bələdiyyələrin inzibati ərazi dairələri (kənd,
qəsəbə və şəhər) üzrə vahid idarəetmə subyekti kimi müəyyən olunması şərtilə
səlahiyyət bölgüsünün həyata keçirilməsi və bələdiyyələrin yerli hakimiyyət
statusunun təmin olunması şərtilə yerli özünüidarənin səlahiyyət bölgüsünün
həyata keçirilməsi təklif edilir». O qeyd edib ki, təkliflər artıq hökumətə
təqdim edilib, lakin hələ reaksiya yoxdur.
17.09.2009
________________________________________________
Avropa
İttifaqı Xəzər neftinin nəqlinə 1,5 milyard avro ayıracaq
Avropa İttifaqı Xəzər dənizindən neftin nəqli ilə bağlı bir neçə layihə həyata
keçirir. AgahMedia.Com portalının"Olaylar"
agentliyinə istinadən məlumatına görə
bunu Avropa İttifaqının enerji
komissarı Andris Biqbals deyib. Onun sözlərinə görə, Avropa İttifaqı bu yöndə
bir çox tədbirlər həyata keçirir: "Azərbaycan neftinin Türkiyə vasitəsilə Avropa
İttifaqına nəqli çox önəmlidir. Biz Xəzərdən neftin nəqli ilə bağlı bir neçə
layihə həyata keçiririk. Bu məsələdə Avropa İttifaqı maraqlıdır. Avropa İttifaqı
ümumilikdə bu layihələr üzrə 1,5 milyard avro ayırmağa hazırdır. Hazırda bu
məsələ ilə bağlı müzakirələr aparılır. Biz həmin sərmayəni yatırmağa razıyıq. Bu
məsələ ilə bağlı şirkətlər arasında razılıq əldə edilməlidir".
16.09.2009
________________________________________________
BBC: Qlobal
böhran şəraitində iş miqrasiyası azalıb
AgahMedia.Com portalının BBC-yə
istinadən məlumatına görə,qlobal
iqtisadi böhran başlayandan bəri xaricdə iş axtarmağa gedənlərin sayı kəskin
şəkildə azalıb. BBC Ümumdünya Xidmətinin sifarişi ilə aparılmış tədqiqat eləcə
də, artıq xaticdə olanların elə orada qalmağa üstünlük verdiklərini və vətənə
dönmədiklərini göstərib. Miqrantların ailələri üçün göndərdikləri maliyyə
vəsaitinin həcmi də azalıb.
Tədiqatı Vaşinqtondakı Miqrasiya Siyasəti İnstitutu aparıb. Əmək miqrasiyasının
azalmasına bazir nümunə, Amerikaya gələn meksikalıların sayının aşağı düşməsidir.
Tədqiqat onu göstərib ki, artıq xaricdə olanların iş yerlərini itirmələri şansı
daha böyükdür. Bunun bir səbəbi odur ki, miqrantlar böhranın ən çox təsir etdiyi
sahələrdə daha çox işləyirlər. Belə sahələr arasında tikinti və xidməti sahələri
göstərmək olar. Lakin bununla yanaşı, işçi miqrantların kütləvi surətdə vətənə
qayıtmaları da qeydə alınmayıb. Bu onunla bağlı ola bilər ki, bir çoxları üçün
vətəndəki iqtisadi vəziyyət daha da pisdir. Həm də vətənə qayıdandan sonra,
yenidən xaricə gedib iş axtarmaq problem yarada bilər. Bu ələxsüsus,
qeyri-qanuni olaraq mühacirətdə işləyənlərə aiddir.
16.09.2009
________________________________________________
Əli Məsimli :
Rəqabət Məcəlləsi qəbul olunmalıdır

«Azərbaycan torpaqlarının 80 faizi əkin üçün istifadəyə yararlı torpaqlardır.
Ötən illə müqayisədə bu il həmin əkin sahələrində daha çox taxıl istehsal olunub.
Yararlı olmasına baxmayaraq, burada istehsal olunan taxıl tələb olunan
standartlara cavab vermir». Bunu ANS PRESS-ə açıqlamasında Milli Məclisin
iqtisadi siyasət məsələri üzrə komitəsinin üzvü, millət vəkili Əli Məsimli
bildirib.Onun sözlərinə görə, səbəb taxılın nişastalılığının aşağı olmasıdır. Bu
taxılın böyük hissəsi qida üçün yararlı hesab olunmur. Ə.Məsimli deyir ki, bunun
üçün də Azərbaycanda istifadə olunan bəzi taxıl sortları yeni sortlarla əvəz
edilməlidir: «Bu gün ölkəyə gətirilən taxıl inhisardadır. Buna görə də ölkəyə
keyfiyyətsiz sortlar gətirilir. Bu da sonda fermerlərin toxumluq aldıqları
taxılda da özünü birüzə verir». Millət vəkili deyir ki, bu cür hallar ölkədə
süni rəqabətə gətirib çıxarır: «Bizdə Azərbaycanda isə sağlam rəqabət çox azdır.
Sağlam rəqabət olmayanda isə məhsulun qiyməti həmin inhisarçı sahibkarlar
tərəfindən süni şəkildə tənzimlənir».
Vəziyyətdən çıxış yolu kimi, Ə.Məsimli parlamentin müzakirələrinə «Rəqabət
Məcəllsi»nin çıxarılmasında görür. O, deyir ki, «Rəqabət Məcəlləsi» işlənilib,
parlamentə təqdim olunsa və Milli Məclis tərəfindən qəbul olunsa, ölkədə sağlam
iqtisadi rəqabət yaratmaq olar. Bu da bir çox inhisarçılıq faktlarının qarşısını
almış olar
15.09.2009
________________________________________________
Bakıda
ən bahalı torpaq sahəsi 250 min dollara
qeydə alınıb
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi bildirir ki, avqust ayında Bakı
şəhəri üzrə torpaq bazarında orta qiymətlər azalıb. Ay ərzində bazara çıxarılan
1 sot torpağın orta qiyməti 7,0% azalaraq sotu 18 791 dollardan 17 474 dollara
enib.Ən çox qiymət azalması Sabunçu (-11,4%) rayonunda qeydə alınıb. Yalnız
Səbail rayonunda torpağın qiymətində artım (3,8%) baş verib.
AgahMedia.Com portalının “Media
forum”a
istinadən məlumatına görə,
ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nəsimi (Heydər Əliyev
sarayının yaxınlığı) rayonunda (sotu 250 min dollar), ən ucuz torpaq sahəsi isə
Suraxanı (Hövsan qəsəbəsi) rayonunda (sotu 250 dollar) qeydə alınıb.
15.09.2009
________________________________________________
14 tikinti
materialının qiyməti artıb
Avqust ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda 91
çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Bu barədə "Əmlak Bazarı
İştirakçıları" İctimai Birliyindən verilən məlumata görə, araşdırmalar göstərib
ki, onların 17-si üzrə qiymət azalması, 14-ü üzrə qiymət artımı baş verib, 60
növ məhsul üzrə isə sabitlik müşahidə edilib.("Olaylar" İA)
Qiyməti artan məhsullar əsasən ümumi təklif portfelində əsas çəkiyə sahib olan
məhsullardır. Ümumilikdə bazarda formalaşan orta qiymətlərdə artım iyul ayı ilə
müqayisədə 2,7 faiz təşkil edib. Beləliklə ay ərzində qum 1,9, armatur 2,
şveller 7,1, izolyasiya 16,6, zamaska 3,7 faiz bahalaşıb, dikt 7,5, DSP 1,6, DVP
4,4 dəmir təbəqə 2,9, katinka isə 6,2 faiz ucuzlaşıb. Ümumilikdə tikinti
materiallarının qiymətlərində artım ilin əvvəli ilə müqayisədə 4,4, ötən illə
müqayisədə isə 41,8 faiz azalıb.
12.09.2009
________________________________________________
“Amerikanın
səsi”: Azərbaycan iqtisadiyyatı qlobal rəqabətə davamlıdır
Ümumdünya İqtisadi Forumu 2009-2010 Qlobal rəqabətə davamlılığa dair hesabatını
aşıqlayıb. Hesabatda Azərbaycan 51-ci yer tutub. Ölkə reytinq cədvəlində 4,3 bal
toplayaraq 18 pillə yüksəlib.
AgahMedia.Com portalının “Amerikanın səsi”
radiosuna istinadən məlumatına görə
bu keçmiş sovet respublikaları arasında 35-ci yer
tutmuş Estoniyadan sonra ikinci yaxşı nəticədir. Qonşu Qafqaz ölkələrindən
Gürcüstan 90-cı, Ermənistan - 97-ci yer tutub. Hesabatda Azərbaycan
iqtisadiyyatı inkişafın birinci dərəcəsindən ikinci dərəcəsinə keçən ölkələr
qrupuna aid edilib. Müqayisə üçün Ermənistan ikinci dərəcəli inkişafda olan ölkə,
Rusiya və Türkiyə isə iqtisadiyyatı ikinci dərəcədən yüksək üçüncü dərəcəyə
keçən ölkələr kimi qəbul edilir. Azərbaycan “Əmək bazarının effektivliyi”nə
(13-cü yer), “Makroiqtisadi stabilliyə” (27-ci yer), “İnnovasiya potensialı”na
(42-ci yer) görə daha yaxşı, “Şirkətlərin rəqabətə davamlılığı” (74-cü yer),
“Texnoloji səviyyə” (75 yer), “Bazarın həcmi” (78-ci yer) və “Səhiyyə və ibtidai
təhsil” (96-cı yer) göstəricilərinə görə isə pis mövqe tutub. Ölkələrin
reytinqinə İsveçrə başçılıq edir. Maliyyə bazarlarının zəifləməsi və
makroiqtisadi stabilliyin azalması nəticəsində ABŞ bir pillə aşağı düşərək
ikinci yer tutub. Sinqapur, İsveç və Danimarka lider dövlətlərin ilk beşliyində
qərar tutub. Dünyanın iri iqtisadiyyatı olan Çin 29-cu yerdədir. İl ərzində Çin
reytinqdə bir pillə yüksəlib.
Dünyanın ən çox rəqabətə davamlı olmayan ölkəsi Birundidir. Ondan bir qədər
irəlidə Zimbabve və Çad gedir. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisad
elmləri doktoru Qubad İbadoğlu Azərbaycanın qlobal rəqabətə davamlılıq
reytinqində yüksək yer almasını son zamanlar iqtisadiyyatın bir sıra sahələrində
və qanunvericilikdə dəyişikliklər edilməsi ilə izah edib. Onun fikrincə, reytinq
cədvəli bəzi sahələrdə reallığı olduğu kimi əks etdirmir. Belə ki, Azərbaycanın
qlobal bazarda neft və neft məhsullarından başqa məhsulları çox azdır. “Biznes
sahəsində Azərbaycan brendləri dünya bazarında demək olar ki, yox dərəcəsindədir”,
- deyə o qeyd edib. Bununla yanaşı o, ölkədə biznes fəaliyyətinə başlamağın
asanlaşdırıldığını, rəqabət məcəlləsinin qəbul edildiyini deyib.
11.09.2009
________________________________________________
Dollardan imtina?...
Qubad İbadoğlu:
Dollar hazırda kövrək bir valyutaya çevrilib

Birləşmiş Millətlər Təşkilatı dünya
iqtisadiyyatı üçün dolları əvəz edə bilən ortaq valyutanın yaradılması təklifi
irəli sürüb. Bu haqda BMT-nin son hesabatında deyilir. İqtisadçı ekspertlər bu
yolla dünya iqtisadiyyatının ABŞ biznesidən asılılığının azala biləciyini
deyirlər.
AgahMedia.Com portalının “Media
forum”a
istinadən məlumatına görə,
ekspert Qubad İbadoğlu yeni ortaq valyutanın yaranmasına utopik və radikal bir
dəyişiklik kimi baxdığını deyib. O xatırladıb ki, yeni ortaq valyutanın
yaradılması ideyası BMT-nin Ticarət və İnkişaf üzrə Agentliyinin açıqlamasında
yer alıb: “Hesab edirəm ki, son dövrlər maliyyə böhranı narahatçılığından ortaya
çıxmış açıqlamadır. Dünyanın beynəlxalq məzənnə, idarəetmə sistemi ABŞ-ın
nəzarəti altındadır. Dollar həm təklifə, həm də tələbə malik valyutaya çevrilib.
Son zamanlar neftin qiymətinin ucuzlaşması zamanı dolların kursunun artması,
yaxud neftin qiymətinin artması zamanı kursun aşağı enməsi son nəticədə
ayrı-ayrı ölkələrin milli iqtisadiyyatına təsir göstərdi. Dollar hazırda kövrək
bir valyutaya çevrilib. Onun məzənnəsi artıq ABŞ iqtisadiyyatı ilə əlaqədar
deyil. Dolların dünya bazarlarına təsir imkanlarının artması böyük ölkələrə
təsir edir. O cümlədən “Böyük 20-lik” ölkələrinə. Bu sıranın qarşısında Rusiya
və Çin dayanır. Çin və Rusiyanın maraqlarına uyğun olardı ki, dolları əvəz edən
yeni valyuta meydana çıxsın”.Bununla yanaşı ekspert inanmır ki, bu təklif “Böyük
8-liy”in hər hansı dəstəyini qazansın: “Nəzərə alaq ki, bu ideyanın
gerçəkləşməsi beynəlxalq maliyyə-kredit təşkilatlarının dəstəyi ilə baş tutan
prosesdir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondunun istəyi, marağı olarsa,
hansısa nəticə əldə eləmək mümkündür. Lakin adlarını çəkdiyim təşkilatların ABŞ-la
münasibətlərini nəzərə alsaq, inanmaq olmaz ki, onlar bu təşəbbüsə qoşulsunlar.
O fikirdəyəm ki, ayrı-ayrı ölkələri birləşdirən hesablama vasitəsi xərcləri
azaldır, bu xərclərin azalması milli iqtisadiyyatın stabil olaraq inkişaf
eləməsinə yardım eləyir.”Q.İbadoğlu hesab edir ki, bu təşəbbüsün həyata keçməsi
xeyli vaxt apara bilər: “Təklif yalnız ABŞ-ın razılığından, “Böyük 8-liy”in bu
məsələyə müsbət yanaşmasından sonra reallaşa bilər. Həm də onun yaxın illər üçün
reallaşması mümkün deyil”.İdeyanın Azərbaycan iqtisadiyyatı üçün o qədər də önəm
daşımayacağı fikrində olan ekspert deyir ki, ölkənin iqtisadiyyatı dünya
iqtisadiyyatı ilə yaxından və sıx təmasda deyil: “Azərbaycanın milli valyutası
da dünyanın aparıcı valyutalarına o qədər bağlanmayıb. Manat onsuz da
bahalanmağa məhkumdur. O biri yandan, Azərbaycan dünya bazarına neft satır və
neft də dollarla qiymətləndirilir. Dolları əvəz edən valyutanın Azərbaycana
gətirilməsi və onun yığım vasitəsinə çevrilməsi mümkün deyil”.Digər iqtisadçı
ekspert Azər Mehtiyevin fikrincə, yeni ortaq valyutanın yaradılması üçün uzun
illər lazımdır: “Odur ki, əvvəlcədən nələrsə söyləmək o qədər də asan deyil”.
İqtisadçı ekspert hesab edir ki, ümumiyyətlə, ortaq valyuta təklifinin ortaya
çıxması dünya maliyyə böhranı və bu böhranda ABŞ-ın rolu ilə bağlıdır: “Son
vaxtlar dünyada maliyyə böhranının qarşısının alındığı haqda danışılsa da, ABŞ
dollarının kursunun aşağı düşür. Bu da ABŞ iqtisadiyyatının indiki vəziyyətindən
doğur. ABŞ-ın ticarət dövriyyə balansında ciddi problemlər mövcuddur. Dövlət
büdcəsində də böyük kəsir var. Belə bir vəziyyətdə öz iqtisadi problemlərini
həll eləmək üçün dolların kursunu aşağı salmaqla ABŞ həm öz problemlərini digər
ölkələrə yükləyir, həm də öz iqtisadiyyatında yerli istehsal üçün rəqabət təmin
edən mühit formalaşdırır. Dolların kursunun aşağı salınması valyutalarını
dollarla saxlayan ölkələri də pis vəziyyətə gətirir. Bu baxımdan yeni ortaq
valyutanın yaradılması təklifi dolların gələcək taleyindən yaranan
narahatçılıqdan ortaya çıxır. Ancaq bir məsələ də var ki, yeni ortaq valyutanın
yaradılması o qədər də asan məsələ deyil. Ona görə ki, dolların bu gün dünya
iqtisadiyyatında tutduğu mövqe birdən-birə, yaxud kimlərinsə istəyi ilə əldə
olunmayıb. Məhz ölkələrarası rəqabət və yaxud iqtisadi münasibətlərin məntiqi
ardıcıllığı olaraq ortalığa çıxıb”. A.Mehtiyev onu da vurğulayıb ki, bu gün
dünya iqtisadiyyatının dörddə birini Amerika iqtisadiyyatı təşkil edir: “ABŞ
dünya ticarətində, həmçinin dünya istehlakında böyük paya malikdir. Bu cür
həlledici paya malik aparıcı ölkənin valyutasının dünyada həlledici olması
gözlənilən haldır. Mübadilə proseslərində iştirak edənlər bunun sadələşdirilməsi
prosesi baxımından dünya valyutasına əvəz axtarıb, zaman-zaman bu məsələ gündəmə
gəlib. Bu gün ortada avro var. Bu valyuta Avropa-ABŞ iqtisadiyyatında
münasibətlərin gərginləşməsində mühüm rol oynadı. Avronun tətbiqi ilə Avropa və
ABŞ iqtisadiyyatları arasında rəqabətin güclənməsi müşahidə edildi. Zaman-zaman
neftin qiymətinin avro ilə müəyyənləşməsi məsələsi gündəmə gəlir. Bu baxımdan
indi yeni valyutanın meydana çıxması və onun tətbiqi uzun danışıqlar, çox ciddi
razılaşmalar tələb edən məsələdir. Avronun yaradılması ideyası ilə onun tətbiqi
arasında 20 illik məsafə var. İndi də ortaq valyutanın tətbiq edilməsi uzun
müddət tələb edən hadisədir”.
10.09.2009
________________________________________________
İqtisadiyyata
kredit qoyuluşu 14% artıb
AgahMedia.Com portalının Mərkəzi Bankdan
aldığı məlumata görə 2009-cu il avqust ayının 1-nə Azərbaycan
iqtisadiyyatına cəmi kredit qoyuluşları 7229,2 mln. manat təşkil etmişdir.
2008-ci il avqustun 1-nə nisbətən 13,6% artıb. Kredit
qoyuluşlarının 262,4 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. 2009-cu
il avqustun 1-nə kreditlərin 2116,6 mln. manatı (29,3%) qısamüddətli, 5112,6 mln.
manatı (70,7%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kredit-lə¬rin 141,2
mln. manatı və ya 6,7%-i, uzunmüddətli kreditlərin isə 121,2 mln. manatı və ya
2,4%-i vaxtı keçmiş kreditlərdir. Dövlət bankı tərəfindən
iqtisadiyyata 3298,8 mln. manat (45,6%), özəl banklar tərəfindən 3748,5 mln.
manat (51,9%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 182,0 mln. manat
(2,5%) kredit qoyulmuşdur. Xarici kapitalın iştirakı ilə yaradılan banklar
tərəfindən Azərbaycan iqtisadiyyatına 1974,7 mln. manat kredit yönəldilmişdir ki,
bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 27,3%-ə bərabərdir. 100%-li
xarici kapitalla fəaliyyət göstərən banklar isə 350,7 mln. manat (4,9%) kredit
veriblər.Kreditlərin 3856,5 mln. manatı və ya 53,3%-i
manatla, 3372,7 mln. manatı və ya 46,7%-i xarici valyuta ilə verilib.
10.09.2009
________________________________________________
Qızılın
qiyməti növbəti psixoloji həddi keçdi
Qızılın bir unsiyasının qiyməti uzunmüddətli fasilədən sonra min dollarlıq həddi
aşıb. Dünya maliyyə böhranının tüğyan etdiyi bir zamanda investorlar yenidən bu
qiymətli metalın alınmasına sərmayə qoymağa başlayıb. London birjalarında bu gün
qızılın bir unsiyasının qiyməti 2007-2008-ci ilin səviyyəsinə çatıb. Bu qiymətli
metalın bir unsiyasının qiymətinin ən yüksək həddi isə ötən ilin mart ayında
qeydə alınıb. Həmin vaxt bir unsiya 1032 dollar olub.İqtisadçı millət vəkili,
Milli Məclisinin iqtisadi siyasət məsələlər üzrə daimi komissiyasının üzvü Nazim
Məmmədov ANS PRESS-ə bildirib ki, qızılın qiymətinin artması və min dolları
keçməsi bazarda olan tələb və təklifdən irəli gəlir. Onun sözlərinə görə, çox
vaxt qızılın qiymətinin artması spekulyativ maraqlardan da irəli gəlir: «Bir çox
hallarda investorlar əlavə tələbat yarandıqda qiymətli metallara olan
maraqlarını artırırlar».Millət vəkili deyib ki, qızılın qiymətinin qalxması
Azərbaycan manatının alıcılıq qabiliyyətinə heç bir təsir göstərməyəcək: «Azərbaycan
iqtisadiyyatı neftin üzərində qurulub. Ölkə büdcəsinə gələn pullar neftin
qiymətinin qalxıb-düşməsindən asılıdır. Manatın alıcılıq qabiliyyəti də neftin
qiymətindən asılıdır. Bunun qızılın qiymətindən heç bir asılılığı yoxdur».Digər
iqtisadçı millət vəkili, Milli Məclisinin iqtisadi siyasət məsələlər üzrə daimi
komissiyasının üzvü Vahid Əhmədov ANS PRESS-ə deyib ki, son zamanlar ağır və
qiymətli metallara tələbat olduqca artıb. Onun sözlərinə görə, bu, bir növ həmin
metalların azalması ilə bağlıdır: «Artıq platinin qiyməti 1500-2000 manata
qalxıb. Ola bilsin ki, yaxın müddətdə qızılın bir unsiyası 1100 dollara qədər
qaxsın».Millət vəkili deyib ki, qızılın qiymətinin qalxması brokerlərin
maraqlarından da irəli gəlir: «Qızıla və qiymətli metallara bazarda tələbat
artanda, brokerlərin bu sahəyə marağı da artır».İqtisadçı millət vəkili həmkarı
kimi düşünür ki, qızılın qiymətinin qalxması Azərbaycan valyutasına heç cür
təsir göstərməyəcək. Onun sözlərinə görə, Azərbaycan dövləti öz milli valyutası
olan manatın səviyyəsini hər an istənilən səviyyədə saxlamağı bacarır:«Çünki
Azərbaycan dövlətinin hələ kifayət qədər valyuta və qızıl ehtiyatları var. Bu
valyuta ehtiyatlarının sayəsində manatın kursunu və alıcılıq qabiliyyətini
dəyişməz saxlamaq mümkün olacaq. Hətta qızılın bir unsiyasının qiyməti
birdən-birə 1100 dollara çatsa belə, bu, manatın alıcılıq qabiliyyətinə heç cür
təsir etməyəcək»
09.09.2009
________________________________________________
Medvedevdən
Xəzəryanı ölkələrin liderlərinə yeni təklif

Rusiya prezidenti Dmitriy Medvedev bəyan edib
ki, Xəzəryanı ölkələrlə orta və uzunmüddətli qaz əlaqələri hökumətlərarası
müqavilələr əsasında qurulmalıdır. Prezident bildirib ki, o müvafiq təkliflə bu
günlərdə gözlənilən Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya
prezidentlərinin qeyri-formal görüşündə çıxış edəcək. Ekspertlərə görə, Moskva
əvvələr əsasən "Qazprom"la kommersiya müqaviləsində qurulan qaz əməkdaşlığını
daha yüksək səviyyəyə keçirmək istəyir. Rəylərə əsasən, bu, Rusiyanın tərəf
müqabillərini onunla daha bərk bağlaya bilər.AgahMedia.Com portalının BBC-yə
istinadən məlumatına görə, prezident
Dmitriy Medvedev"Qazprom" basçısı Aleksey Millerlə görüşündə bildirib ki, qaz
sahəsində orta və uzunmüddətli əməkdaşlığın daha əsaslı və hətərəfli olması üçün
o, məsələn, hökumət tərəfindən hazırlanan hüquqi bazaya söykənməldir. Prezidentə
görə, Xəzəryanı ölkələrlə qaz əməkdaşlığı tək şirkətlər arasında daha dəqiq
hüquqi nizamlanmaya yox, habelə dövlət səviyyəsindəki nizamlanmaya
əsaslanmalıdır. Bu həftənin sonunda Qazaxıstanda Azərbaycan, Türkmənistan,
Qazaxıstan və Rusiya prezidentləri Xəzərlə bağlı xüsusi qeyri-formal görüş
keçirməlidirlər və məhz bu görüşdə Rusiya lideri öz təklifini həmkarlarının
diqqətnə çatdırmaq əzmindədir. Rusiyalı analitik Yuriy Byalıya görə, Moskva
hazırda "Qazpromun" imzladığı kommersiya müqavilələri üzərində özünəməxsus
siyasi nəzarət mexanizmi yaratmaq istəyir. Başqa tərəfdən isə qaz
münasibətlərini dövlətlərarası müqavilələr səviyyəsinə keçirilməsi həm səviyyəni,
həm də siyasi təminatı artırır: "Başqa ölkələrin "Qazprom" qarşısında
öhdəlikləri kommersiya şirkəti qarşısında öhdəliklərdir və onlar sırf iqtisadi
xarakter daşıyır. Rusiya qarşısında, hökumət qarşısında öhdəlik tək iqtisadi yox,
siyasi xarakter də daşıyır. Bu öhdəliklərin və onların yerinə yetirilməsinin
təminatının başqa çəkisi var", deyir cənab Byalıy. Müşahidəçilərə görə, Moskva
Xəzər bölgəsindən əsas qaz tranziti yolu olmaq və tərəf müqabillərinə tək "Qazprom"un
adıyla yox, hökumətin adıyla məsuliyyət daşımağa hazır olduğunu göstərmək
istəyir. Eyni zamanda tərəf müqabillərinin də məsuliyyət çəkisi artır. İqtisadi
ekspert Aleksadr Razuvayevə görə, burada təkanverici amillərdən biri
Azərbaycanla hazırlanan qaz sazışı də ola bilər: "Əgər hökumətlərarası saziş
olsa Azərbaycanın daha sonra fikrini dəyişib qazı "Qazproma" satmayıb deyək, onu
Nabukkoya yükləmək istəməsi ehtimalı azalır", deyir Aleksandr Razuvayev. Habelə
cənab Razuvayevə görə, Orta Asiya ölkələrindəki tərəfkeşlər Moskvadan bir qədər
dəyişkən görünürlər. Ona görə də Moskva müəyyən mənada daha siyasi sazişlə
mümkün gələcək riskləri azaltmaq istəyir.
08.09.2009
________________________________________________
Böyük 20-liyin maliyyə nazirləri Londona toplaşdı
Londonda keçirilən görüşdə Böyük 20-liyin
maliyyə nazirləri tam iqtisadi sağalma əldə edilənə kimi ekspansionist iqtisadi
tədbirləri davam etdirmək barədə razılıq əldə edilblər.
Birgə bəyannamənin layihəsi göstərir ki, onlar bankirlərin bonuslarına ən yüksək
həddin müəyyən edilməsi barədə razılığa gəlməyiblər.
AgahMedia.Com portalının BBC-yə
istinadən məlumatına görə,
qlobal iqtisadiyyatın dərin tənəzzüldən çıxmasına dair əlamətlər artmaqdadır.
Lakin Böyük 20-liyin maliyyə nazirləri bu yaxşılaşmaya ziyan vurmamaq üçün
stimullaşdırma tədbirlərini davam etdirmək istəyirlər.
Beynəlxalq Valyuta Fondu nazirlərə xəbərdarlıq edib ki, son aylarda bəzi
ölkələrin iqtisadiyyatında müsbət meyllər elə hökumətin xərcləri artırması və
sələm faizini olduqca aşağı səviyyədə saxlamasının nəticəsidir.Böyük 20-lik bu
tədbirlərdən bəzilərinin aradan götürülməsini müzakirə edir, lakin birgə
bəyannamə həmin planların yaxın zamanlarda durdurulmasının baş verməyəcəyini
göstərir.
Yaxşı işə görə bank işçilərinə nəhəng mükafatların verilməsi məsələsində isə
razılıq əldə etmək çətindir. Bu sahədə də, islahat aparmağa istək hiss olunur,
lakin Fransanın onları məhdudlaşdırmaq barədə təşəbbüsü Amerika və Britaniya
tərəfindən dəstəklənməyib.
06.09.2009
________________________________________________
Elman Rüstəmov: Bank sektoru investisiya cəlbediciliyini qoruyub saxlayır

"Cari ilin II rübündən
başlayaraq dünya iqtisadiyyatında resessiyanın yavaşıması meylləri yaranmışdır.
Aparıcı ölkələrdə iqtisadi tənəzzül səngimiş, bəzi ölkələrdə isə hətta
dayanmışdır. Qlobal əmtəə bazarlarında, xüsusən də neft bazarında qiymətlər
yenidən artmağa başlamışdır."
AgahMedia.Com portalının Mərkəzi
Banka istinadən məlumatına görə adıçəkilən bankın sədri Elman Rüstəmov bugünki
bəyanatında belə deyib. Cənab Rüstəmov bildirib ki, bu
meylləri nəzərə alaraq Beynəlxalq Valyuta Fondu 2010-cu il üçün qlobal
iqtisadiyyatın artım proqnozunu yeniləşdirərək 1.9%-dən 2.5%-ə yüksəltmişdir.
Son proseslər onu deməyə əsas verir ki, hazırda qlobal iqtisadiyyat böhranın
dibindədir. Bununla belə, dünya iqtisadiyyatının tənəzzüldən çıxma sürəti qlobal
maliyyə sisteminin bərpasından əhəmiyyətli dərəcədə asılı olacaqdır.
"Qlobal böhran xüsusən ötən ilin sonuncu və cari ilin
birinci rübündə Azərbaycan iqtisadiyyatının da artım sürətinə təsir etmiş,
valyuta bazarında və bank sistemində müəyyən gərginlik yaratmışdı. Buna
baxmayaraq, cənab Prezidentin həyata keçirdiyi uğurlu iqtisadi strategiya
nəticəsində ölkə qlobal böhranı kifayət qədər hazırlıqlı qarşılamış, yaradılmış
iri həcmli valyuta ehtiyatları iqtisadiyyatın yüksək maliyyə dayanıqlığını təmin
etmişdir. Bu maliyyə yastığı hesabına iqtisadiyyatın likvidlik ehtiyacları
vaxtında ödənilmiş, manatın məzənnəsinin və bank sisteminin sabitliyi qorunmuş,
nəticədə ölkədə resessiyaya yol verilməmiş, optimal iqtisadi artım templəri
qorunub saxlanmışdır. Mərkəzi Bank çevik pul və məzənnə siyasəti vasitəsilə
makroiqtisadi sabitliyin və dayanıqlığın qorunmasında fəal iştirak etmiş,
ardıcıl olaraq antiböhran tədbirlərini həyata keçirmişdir.
Böhranın pik dövründə Mərkəzi Bank ictimaiyyətə manatın sabitliyinin
qorunacağını bəyan etmiş və bu sabitlik təmin olunmuşdur. Həyata keçirilən
siyasət beynəlxalq maliyyə qurumları tərəfindən də təqdirəlayiq
qiymətləndirilmişdir. Manatın sabitliyi əhalinin gəlirləri və yığımlarını yüksək
inflyasiyadan qorumuş, istehsal sahələrində istifadə olunan idxal məhsullarının
kəskin bahalaşmasının qarşısını almışdır. Bu, həm də banklar qarşısında xarici
valyutada öhdəlikləri olan iqtisadi subyektləri ciddi maliyyə itkilərindən
qorumuş, bankların valyutada olan xarici borc yükünün artmasının qarşısını
almışdır. Son vəziyyət göstərir ki, devalvasiyanı aparmış ölkələrdə
makroiqtisadi vəziyyət daha da gərginləşmiş, bəzi MDB dövlətlərində iqtisadi
tənəzzül 10-20% arasında olmuş, əhalinin gəlirləri və yığımları əhəmiyyətli
dəyərsizləşmiş, sosial gərginlik artmışdır.
Ölkədə iqtisadi artımı və məşğulluğu, büdcəyə vergi daxilolmalarının
ritmikliyini, real sektorda və bank sistemində likvidliyi dəstəkləmək üçün
Mərkəzi Bank iqtisadiyyata pul təklifi kanallarını genişləndirmiş, faiz
dərəcələrini 7 dəfə aşağı salmışdır. Qanunvericiliklə Mərkəzi Bankın antiböhran
siyasətinin çevikliyi daha da artırılmışdır. Nəticədə ötən ilin oktyabr ayından
indiyədək iqtisadiyyata, o cümlədən sistem əhəmiyyətli real sektor
müəssisələrinə və banklara 2 mlrd.ABŞ dollarına yaxın likvidlik verilmişdir.
Bununla da iqtisadi artımın əsas faktorlarından biri olan pul kütləsi tədricən
bərpa olunmağa başlamışdır. Eyni zamanda İpoteka Fondunun fəaliyyətinin yenidən
aktivləşməsi tikinti sektoru və daşınmaz əmlak bazarını stabilləşdirmiş,
iqtisadi artıma və məşğulluğa əlavə dəstək vermişdir. Bu şəraitdə cari ilin
ikinci rübündən başlayaraq iqtisadiyyatda pozitiv meyllər güclənmişdir. İqtisadi
artımın əsas mənbəyi olan məcmu tələbat yenidən canlanmış, nəticədə iyul ayında
deflyasiya prosesləri səngimişdir. Tədiyə balansının profisitinin yenidən
artması ilə strateji valyuta ehtiyatları ilin əvvəlindəki səviyyəyə çatmış,
valyuta bazarı isə stabilləşmişdir.
Bank sektoru da qlobal iqtisadi böhranı kifayət qədər hazırlıqlı qarşılamışdır.
Mərkəzi Bank bank sektorunda təmkinli və sağlam artım siyasətini həyata keçirmiş,
bankların ən gərgin vəziyyətlərə hazırlanması üçün zəruri tədbirlər görmüşdür.
Nəticədə bank sistemi qlobal böhranı yüksək kapitallaşma, maliyyə və likvidlik
ehtiyatlanması ilə qarşılamışdır. Bank nəzarəti siyasəti sistem üzrə risklərin
minimallaşmasını təmin etmiş, bankların risklərlə davranma potensiallarını
artırmış və sektorda güclü maliyyə immuniteti yaratmışdır.
Stress-testlər sektorun ən neqativ iqtisadi şoklara belə yüksək dözümlülüyünü
göstərir. Bu gün bank sektorunda müflisləşmə halları yoxdur, sektor öz yüksək
mənfəətliliyini və investisiya cəlbediciliyini qoruyub saxlayır. Ötən səkkiz
ayda bank sektoru xaricdən 400 milyon ABŞ dollara yaxın vəsait cəlb etmişdir.
Cari il ərzində bankların 800 milyon ABŞ dollarından çox xarici borc
ödənişlərinin sektorun kredit aktivliyinə təsirini minimallaşdırmaq üçün Mərkəzi
Bank likvidlik dəstəyini artırmaqla yanaşı, eyni zamanda kredit portfelinin
keyfiyyətinin qorunmasını da diqqətdə saxlamışdır. Nəticədə cari ilin aprel-iyul
aylarında kredit portfeli 5.5%, aktivlər isə 9% artmış, vaxtı keçmiş kreditlərin
portfeldə payı cəmi 3.6% olmuşdur. Sektorun kapitallaşma səviyyəsi il ərzində
11% artmışdır.
İkinci rübdən başlayaraq əmanətlərin artım templəri bərpa olunmuş, ilin
əvvəlindən əhalinin əmanətləri 5% artmışdır. Sığortalanan əmanət məbləğinin 5
dəfə artırılması əmanətlərin artım dinamikasına əhəmiyyətli müsbət təsir
etmişdir.
Beləliklə, ölkə iqtisadiyyatı, o cümlədən bank sektoru qlobal krizisin mənfi
təsirlərindən etibarlı qorunmuş və artım templərini tədricən bərpa etməyə
başlamışdır. Bu şəraitdə ölkə 2010-cu ilə sabit iqtisadi dinamika və yüksək
maliyyə dayanıqlığı ilə daxil olacaq. Makroiqtisadi sabitliyin qorunması və
qeyri-neft sektorunda yüksək iqtisadi artımın bərpası 2010-cu ilin əsas iqtisadi
vəzifələri olacaqdır. Makroiqtisadi sabitliyin qorunması istiqamətində Mərkəzi
Bank təkrəqəmli inflyasiya səviyyəsinin saxlanmasına dəstək verəcək, habelə
sabit məzənnə siyasətini yeridəcəkdir."
03.09.2009
________________________________________________
Qafqazda ən böyük
aeroport tikiləcək
Mixail Saakaşvili:
Poti beynəlxalq hava limanı Avropaya ən yaxın aeroport olacaq

Gürcüstanın Poti şəhərində Qafqazın ən böyük beynəlxalq aeroportu
inşa olunacaq. "ANS PRESS"-in “Biznes Georgia”ya istinadən verdiyi xəbərə görə,
bu barədə bazar ertəsi günü aeroportun tikiləcəyi ərazidə olan prezident Mixail
Saakaşvili məlumat verib.Prezidentin sözlərinə görə, obyekt istismara
verildikdən sonra Tiflis, Bakı və İrəvan aeroportlarının qəbul etdikləri qədər
sərnişin qarşılamaq iqtidarında olacaq. “Potidə Gürcüstanın və Qafqazın ən böyük
aeroportu tikiləcək. Yayda bu aeroport Bakı, Tiflis və İrəvan aeroportlarının
birgə qəbul etdiklərindən çox yük və sərnişin qəbul edəcək. Bu, Avropaya ən
yaxın aeroport olacaq”, - deyə Saakaşvili bildirib. Prezident Poti aeroportunun
Türkiyə və İspaniyaya uçan böyük çarter təyyarələrini qəbul edəcəyinə əminliyini
ifadə edib. Qeyd edək ki, Potidəki beynəlxalq aeroport 1,5 ilə inşa ediləcək
02.09.2009
________________________________________________
Gübrələr ucuzlaşacaq
Böhranla əlaqədar dünya bazarında gübrənin ucuzlaşması Azərbaycana daha ucuz mal
gətirməyə imkan verib. Fermerlərə güzəştli şərtlərlə gübrə satan Aqrolizinq
səhmdar cəmiyyətindən bildirirlər ki, yeni partiyanın gətirilməsi üçün tender
elan olunub. Cəmiyyət sədri hesab edir ki, bu il qiymətlər keçən ilkindən
fərqlənəcək. Cəmiyyətin sədri Əli Bayramov bildirib ki, keçən
ilin noyabr, dekabr aylarından başlayaraq günya bazarlarında gübrələrin qiyməti
2 dəfə aşağı düşüb. Hal hazırda alıb gətirəcəyimiz
gübrələrin qiyməti bazardan hardasa 40-50 faiz aşağıdır. (İ TV)
Artıq bir neçə ildir xaricdə istehsal olunan gübrələrdən istifadə edən
fermerlər onların hansının daha yararlı olduğunu müəyyənləşdiriblər. Əli
Bayramovun qeyd etdiyi kimi əvvəlki illərdə Gürcüstandan,
Özbəkistandan müəyyən qədər gübrələr gətirmişdik. Fermerlər o gübrələrə maraq
göstərmirlər. Fermerlər Rusiya zavodlarının istehsalı etdiyi gübrələrə maraq
göstərirlər. Biz də onların istəyinə uygun olaraq çalışırıq ki, aldıbımız
gübrələr rusiya istehsalı olsun. Qeyd edək ki, 20 min ton yeni mineral
gübrələrin alınması üçün bu il dövlət büdcəsindən 4 milyon 500 manat vəsait
ayrılıb. Fermerlər gübrənin qiymətinin 50 faizini ödəməklə «Aqrolizinq»dən
alırlar.
01.09.2009
________________________________________________
Avqust 2009, Arxiv
Aran iqtisadi rayonunda sahibkarlara güzəştli kreditlər verilib
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət
dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada
kreditləşdirilməsi və iş adamlarının maarifləndirilməsi tədbirləri davam
etdirilir.AgahMedia.Com portalının
İqtisadi İnkişaf Nazirliyindən aldığı məlumata görə
avqustun 28-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu
Saatlı şəhərində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün
“Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda sayca 25-ci
tədbirini keçirmişdir. Əvvəlcə tədbir iştirakçıları biyan məhsulunun emalı
sahəsinin yaradılması üçün 2008-ci ildə Fonddan güzəştli kredit almış “BMİ”
MMC-də olmuşlar. Müəssisəyə verilmiş güzəştli kredit hesabına biyan
məhsullarının emalı zavodu inşa edilmiş və zavod müasir avadanlıqlarla təchiz
olunmuşdur. Zavodda istehsal olunan 2 növ biyan məhsulunun (biyandan hazırlanmış
yarımfabrikatlar-həblər və biyan duzu) Çin Xalq Respublikası, Koreya və ABŞ-a
ixrac edilməsi nəzərdə tutulur. Zavod fəaliyyətə başladıqdan sonra burada 300
nəfər daimi işlə təmin olunacaq.Tədbir iştirakçıları həmçinin, soyuducu anbar
kompleksinin yaradılması məqsədilə Fonddan güzəştli kredit almış “NJT-2000”
firması tərəfindən Saatlı rayonunda inşa edilən soyuducu anbar kompleksində də
olmuş, tikinti işlərinin gedişi ilə tanış olmuşlar. Sonra “Regionlarda
sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri Aran iqtisadi rayonu üzrə
regionların sosial-iqtisadi inkişafına həsr olunmuş filmin nümayişi ilə öz işinə
başlamışdır. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri
Zaur Qasımov çıxış edərək Azərbaycanda özəl bölmənin inkişafına dövlət
dəstəyinin daha da gücləndirildiyini, bu sahəyə ölkə rəhbərliyi tərəfindən böyük
diqqət və qayğı göstərildiyini vurğulamış, regionlarda sahibkarlığın inkişafı
istiqamətində görülən işlər barədə məlumat vermişlər. Sahibkarlığa Kömək Milli
Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında Fondun vəsaitlərinin daha
səmərəli yerləşdirilməsində yeni yanaşmaların tətbiq edildiyini qeyd etmişdir.
Bildirilmişdir ki, Fond regionlarda soyuducu anbar komplekslərinin tikintisi ilə
bağlı layihələrin maliyyələşdirilməsinə başlamış, müvəkkil kredit təşkilatları
vasitəsilə Aran iqtisadi rayonu üzrə 2, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2 və
Gəncə-Qazax iqtisadi rayonu üzrə 1 investisiya layihəsi olmaqla 5 sahibkarlıq
subyektinə güzəştli kreditlər vermişdir. Bundan başqa, Aran, Dağlıq Şirvan,
Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə
taxıl məhsullarının saxlanılması və təmizlənməsi üçün hər birinin tutumu 10 min
ton olan, müasir standartlara cavab verən anbar komplekslərinin yaradılması üzrə
investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan
təkliflərin qəbuluna başlanılmışdır. Şirzad Abdullayev avqustun 31-də sənədlərin
qəbulunun başa çatacağını, sentyabrın 2-də zərflərin açılacağını, sentyabrın
17-də isə layihələrin elan olunacağını qeyd etmiş, sahibkarları taxıl
anbarlarının yaradılmasında fəal iştiraka dəvət etmişdir.“NJT-2000” firmasının
direktoru Rauf Mehdiyev isə öz çıxışında müasir soyuducu anbar komplekslərinin
yaradılmasının regionlarda iqtisadiyyatın inkişafında mühüm rol oynayacağını,
soyuducu anbarların istehsal olunan kənd təsərrüfatı məhsullarının uzun müddət
saxlanılması, məhsul itkisinin qarşısının alınması, əhalinin bütün fəsillərdə
keyfiyyətli ərzaq məhsulları ilə təminatına şərait yaradacağını bildirmişdir.
Tədbirdə regionda istehsal olunan məhsulların ixrac potensialı, həmçinin onların
idxalı əvəzetmə imkanları, məhsulların satışı və xidmətlərin sferasının daha da
genişləndirilməsi, sahibkarlar arasında işgüzar əlaqələrin inkişafı
istiqamətində faydalı müzakirələr aparılmışdır.Tədbir çərçivəsində 8 müvəkkil
kredit təşkilatı vasitəsilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Ucar, Bərdə,
Zərdab, Hacıqabul, Biləsuvar, Neftçala və Yevlax rayonlarında sənaye və kənd
təsərrüfatı sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkara güzəştli
kreditlər verilmişdir. Ayrılmış güzəştli kreditlər hesabına maliyyələşdirilən
layihələrin həyata keçirilməsi nəticəsində Aran iqtisadi rayonunda 100-dən artıq
yeni iş yerinin yaradılması nəzərdə tutulur.Bununla da, 2009-cu ilin ötən dövrü
ərzində Sahibkarlığa Kömək Mili Fondu tərəfindən müvəkkil kredit təşkilatları
vasitəsilə verilmiş kreditlərin həcmi 63,5 milyon manat təşkil etmiş, güzəştli
kreditlər almış sahibkarlıq subyektlərinin sayı isə 1200-dən çox olmuşdur.
Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi
nəticəsində 4800-dən çox yeni iş yerinin yaradılması gözlənilir.“Regionlarda
sahibkarlığın inkişafına dövlət dəstəyi”tədbirində həmçinin, sahibkarlar üçün
“Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına
güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim
edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi” mövzusunda
treninq də keçirilmişdir. 200-dək sahibkarın iştirak etdiyi treninqdə
investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi barədə geniş
məlumat verilmiş və sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit
təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi,
eləcə də sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir.
29.08.2009
________________________________________________
Azərbaycan öndə,
Ermənistan isə sonda ikincidir
UDM-in artım tempinə görə
Azərbaycan 2009-cu ilin ilk 6 ayında Ümumi Daxli Məhsulun artım tempinə görə MDB
ölkələri arasında ikinci yerdədir. Bu barədə MDB Statistika Komitəsinin
məlumatında qeyd olunur. Komitənin hesablamalarına görə, ilk yeri Ümumi Daxili
Məhsulun 8,2%-lik artım göstəricisi ilə Özbəkistan tutub.(İ TV)
Ümumilikdə, hesabatda 11 ölkədən yalnız 5-də Ümumi Daxli Məhsulun artımı
göstərilib, qalan ölkələrdə isə iqtisadi geriləmə müşahidə olunub. Qeyd edək ki,
Ümumi Daxli Məhsul istahsalına görə, Ermənistan 11 MDB dövləti sırasında axırdan
ikincidir.
21.08.2009
________________________________________________
Azərbaycan əhalisi ərzaq və qeyri-ərzaq mallarının alınmasına xərcləri 8,5% artırıb
Azərbaycan əhalisi 2009-cu ilin yanvar-iyul aylarında ticarət obyektlərindən 6
mlrd. 505,5 mln. manat məbləğində ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da
ötən ilin analoji dövrünün göstəricisindən 8,5% çoxdur. Bu barədə
“İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat
verilib. Komitənin məlumatına görə, hesabat dövründə əhali 4 mlrd. 268 mln.
manatlıq ərzaq, 2 mlrd. 237,5 mln. manatlıq qeyri-ərzaq malları alıb. 2008-ci
ilin yanvar-iyul ayları ilə müqayisədə analoji malların alınması həcmi müvafiq
olaraq 10,8% və 3,7% artıb. Cari ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinə
2 mlrd. 54 mln. manat məbləğində xidmət göstərilib ki, bu da ötən ilin analoji
dövrünün göstəricisindən 12,8% çoxdur. Bununla yanaşı, xidmətlərin 80%-i hüquqi
, 20%-i isə fiziki şəxslər tərəfindən göstərilib. Ötən ilin analoji dövrü ilə
müqayisədə onlar tərəfindən göstərilən xidmətlərin ümumi həcmi müvafiq olaraq
13,7% və 9,1% artıb.
21.08.2009
________________________________________________
Azərbaycan və Türkiyə standartlaşdırma sahəsində əməkdaşlıq haqda razılığa gəliblər
Azərbaycan və Türkiyə standartlaşdırma sahəsində əməkdaşlıq haqda razılığa
gəliblər. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin (SMPDK) rəsmi məlumatında bildirilir. Məlumatda bildirilir
ki,Türkiyənin Standartlaşdırma İnstitununun (TSİ) rəhbəri Tahir
Böyükhalvaçıqılın başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfərə gəlib. (Interfax)«SMPDK
rəhbəri Ramiz Həsənovla görüş zamanı tərəflər hər iki ölkənin standartlaşdırma
strukturlarının fəaliyyəti barədə informasiya mübadiləsi aparıblar. Eləcə də TSİ
kimi əhəmiyyətli strukturların Azərbaycanda öz fəaliyyətini yerli
qanunvericiliyə uyğun həyata keçirməsi nəticəsində gələcəkdə birgə layihələrin
reallaşdırılması barədə fikir mübadiləsi də aparılıb», - deyə məluamtda qeyd
olunur. T.Böyükhalvaçıqıl öz növbəsində qeyd edib ki, TSİ Azərbaycanla birgə
əməkdaşlığa böyük əhəmiyyət verir. Görüşün yekunu üzrə tərəflər qarşılıqlı
anlaşma haqda memorandum imzalayıblar.
20.08.2009
________________________________________________
115 sahibkarlıq
subyektinə kredit verilib
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatı müvəkkil kredit təşkilatı olaraq
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına cari ilin 6 ayı ərzində
115 sahibkarlıq subyektinə 481 min manat kredit verib. Bu barədə məlumat
“Olaylar”İA-ya “Aqrarkredit” SKT-nin mətbuat xidmətindən daxil olub. Bildirilib
ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına verilmiş kreditlərin
ödəniş əmsalı 98 faiz təşkil edib. Hazırda da kredit müraciətlərinin qəbulu,
qiymətləndirilməsi və verilməsi işi davam etdirilir. Regionların sosial-iqtisadi
inkişafı və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında Əhalinin Ərzaq
Məhsulları və Etibarlı Təminatına dair” Dövlət Proqramlarına uyğun olaraq
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatı tərəfindən ölkənin bütün regionlarında
kredit xidmətinin göstərilməsi prosesi də davam etdirilir.
18.08.2009
________________________________________________
Xarici kapitalla 23 bank fəaliyyət göstərir

AgahMedia.Com portalının Mərkəzi Bankın mətbuat xidmətinə istinadən məlumatına görə 2009-cu il iyul ayının 1-nə bank əməliyyatları aparmaq üçün 142 kredit təşkilatının lisenziyası olmuşdur. Bunlardan 96-sı bank olmayan kredit təşkilatlarıdır.1 iyul 2009-cu il tarixinə respublikada 46 bankın lisenziyası olmuşdur, onlardan 1-i dövlət, 45-i isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərmişdir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 613-ə bərabər olub. Bunların 38-i dövlət, 575-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 38-ə, bank şöbələrinin sayı isə 106-ya bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 9-a bərabərdir. Bunlardan 6-sı nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.
14.08.2009
________________________________________________
Heyvandarlığın
inkişafına 846 min manat kredit ayrılıb
Cari ilin 6 ayı ərzində "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı öz vəsaiti
hesabına Kənd Yerlərinin Kreditləşməsi xətti ilə 249 sahibkarlıq subyektinə
2264,6 min manat kredit xidməti göstərilib. Təşkilatın mətbuat xidmətindən "Olaylar"İA-ya
verilən məlumatda bildirilib ki, göstərilən müddət ərzində həmçinin
heyvandarlığın inkişafına 846, digər sahələrə isə 91 min manat kredit ayrılıb.
Kreditin ödəniş əmsalı isə 97 faiz təşkil edib. Bu müddət ərzində "Aqrarkredit"
SKT-nin nizamnamə kapitalı 18535,4, məcmu kapitalı isə 16077, toplam aktivləri
isə 26454,4 min manat təşkil edib. Təşkilat üzrə cari ilin 6 ayı ərzində 2460,2
min manat gəlir əldə edilib, 1365,4 min manat isə xərc aparılıb. Nəticədə 1094,8
min manat balans mənfəətinə nail olunub.
14.08.2009
______________________________________________
Auksion Mərkəzində 40 Səhmdar Cəmiyyətin səhmlərinin növbəti pul hərracı keçiriləcək
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi özəlləşdirmə prosesi çərçivəsində
yaradılan 40 Səhmdar Cəmiyyətin səhmlərinin növbəti pul hərracında satışını elan
edib. Komitədən "AZADİNFORM"-a verilən məlumata görə, hərrac sentyabrın 8-də
Komitənin İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzində
keçiriləcək. Pul hərracında qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən,
sifarişçi və digər zəruri sənədləri təqdim edən hüquqi və fiziki şəxslər iştirak
edə bilərlər. Qeyd edək ki, bu, özəlləşmə prossesi başlanandan keçirilən sayca
528-ci hərrac olacaq.
12.08.2009
______________________________________
55 milyon
manatlıq ipoteka istiqrazlarının emissiyası qeydiyyata alınıb
İpoteka kreditlərinin verilməsi prosesi daha da sürətləndirilib

Azərbaycan İpoteka Fonduna ipoteka krediti verilməsi üçün ayrılan 55 milyon
manat məbləğində illik 3 faizlə təmin edilmiş istiqrazların emissiyası dövlət
qeydiyyatına alınıb. Bu barədə məlumat Azərbaycan İpoteka Fondunun mətbuat
xidmətindən verilib.(“Olaylar” İA) Məlumata görə, istiqrazların 25 milyon manatı
isə artıq yerləşdirilib. Hazırda fond tərəfindən təklif olunan istiqrazlar
bazarında mövcud digər kağızlarla müqayisədə gəlirlilik baxımından(illik 3
faiz)investorlar üçün daha sərfəlidir. Bun görə də Azərbaycan İpoteka Fondunun
təmin edilmiş istiqrazlarının yerləşdirilməsilə bağlı bu ilin 16 iyun, 14 iyul
və 27 iyul tarixlərində keçirilmiş hərraclarda istiqrazlar üzrə tələb təklifi
bir neçə dəfə üstələyib.
Fond həmçinin 2006-2007-ci illər ərzində verilən ipoteka kreditləri ilə bağlı
məlumat yayıb. Fonddan verilən məlumata görə, həmin illər ərzində Azərbaycan
İpoteka Fondunun xətti ilə 75,8 milyon manatlıq ipoteka krediti verilib. İpoteka
kreditlərinin əlverişli şərtlərlə verilməsi həmin kreditlərə qısa müddət ərzində
yüksək tələb yaradıb. Nəticədə dövlət büdcəsindən ayrılmış vəsaitlərin tükənməsi
nəticəsində 2007-ci ilin iyun ayında ipoteka kreditlərinin verilməsi
dayandırılıb və 2009-cu ilin iyun ayında proses yenidən bərpa olunub. Fondun
məlumatında bildirilir ki, 2009-cu ildə ipoteka kreditlərinin verilməsi prosesi
daha da sürətləndirilib. Belə ki, 2006-cı ildə cəmi 5,6 milyon manat ipoteka
kreditləri verildiyi halda bu ilin iki ayı ərzində həmin rəqəm 20 milyon
manatdan çox olub. Verilən kreditlər üzrə orta müddət 24 il, orta faiz dərəcəsi
isə illik 7,6 faiz təşkil edir.
11.08.2009
______________________________________________
Yeni kəmərlə
İqdırdan Naxçıvana qaz veriləcək
Türkiyənin İqdır vilayəti
və Naxçıvan Muxtar Respublikası arasında təbii qaz kəmərinin
inşasına dair imzalanan anlaşma memorandumuna əsasən İqdırdan Naxçıvana
təbii qaz ötürüləcək. "ANS PRESS"-in məlumatına görə, bu barədə Ankarada mətbuat
konfransı keçirən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız
bildirib. O qeyd edib ki, Naxçıvanın coğrafi şəraiti əraziyə İran və ya
Azərbaycandan daha çox təbii qaz ötürülməsi üçün uyğun deyil və bu çəkiləcək
kəmərlə İğdırdan Naxçıvana ildə 500 mln kubmetr həcmində qazın nəqli nəzərdə
tutulur.
Nazir eyni zamanda Naxçıvana səfəri zamanı keçirdiyi görüşlərə toxunaraq
bildirib ki, ola bilsin ki, tərəflər bir sıra məsələlərdə yekun razılığa gəlmək
üçün bir də görüşəcəklər. Bununla belə T. Yıldız Türkiyənin bəzi şərtlərinin
olduğunu vurğulayıb:"Qoyduğumuz şərtlər qəbul edilsə, bu anlaşma reallaşa bilər.
Qəbul edilməsə, bu anlaşma bəlkə ertələnə bilər. Amma biz azərbaycanlı
qardaşlarımızla görüşlərdə ümumilikdə hər iki tərəfin məsələyə müsbət
yanaşdığını gördük", -deyə T. Yıldız bildirib. O, şərtlərin konkret olaraq nədən
ibarət olduğunu açıqlamayıb. Türkiyəli nazir Azərbaycanın "Şahdəniz-1"
yatağından çıxarılacaq qazın qiyməti ilə bağlı isə bildirib ki, tərəflər
arasında hələ ki, yekun razılıq əldə olnmayıb. "Razılaşdığımız məqamlar,
razılaşmadığımız məqamlardan çox oldu. Mən düşünürdüm ki, bu, son toplantı
olacaq amma belə olmadı. "Şahdəniz- 1" qazının qiyməti ilə bağlı problem
olmayacağını düşünürəm. Həm Avropadakı, həm də ölkəmizdəki bazar qiymətləri
məlumdur. Qiymətdə anlaşılmayacaq bir vəziyyət yoxdur. Amma anlaşma imzalanmadan
bunu demək çətindir. Hər keçən toplantıda əvvəlkindən daha irəli doğru addım
atılır".
11.08.2009
___________________________________________________
Ələtdə yeni
beynəlxalq ticarət limanı tikiləcək
Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin
tikintisi başa çatdıqdan sonra yükdaşımaların artırılmasını, Bakının
mərkəzindəki dəniz limanının ekoloji cəhətdən təmizlənməsini, həmçinin şəhərdəki
nəqliyyat gərginliyinin qismən aradan qaldırılmasını təmin etmək məqsədilə bu
ilin sonunda Ələtdə yeni beynəlxalq ticarət limaninin inşasına başlanılacaq..
Artıq layihənin texniki-iqtisadi əsaslandırılması da hazırdır. Tikiləcək limanın
ən mühüm xüsusiyyəti TRASEKA üzvü olan dövlətlərə məxsus dəhlizləri
birləşdirəcək mərkəzin yaradılmasıdır.Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və
iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədovun “Azərtac”a verdiyi məlumata
görə, artıq ərazinin baş planı hazırlanıb və yerlərdə tədqiqat işləri
aparılır.Məmmədovun sözlərinə görə, dəniz limanının köçürülməsi üç mərhələdə
həyata keçiriləcək. Birinci mərhələ limanın tikiləcəyi ərazilərin baş planının
hazırlanmasını əhatə edəcək. İkinci mərhələdə dənizin dibində qazıntı və tikinti
işləri aparılacaq. Limanda 11 yanalma körpüsü inşa ediləcək ki, bunun da 6-sı
birinci mərhələdə, yəni 2009-2011-ci illərdə tikiləcək. Dünya standartlarına
cavab verəcək limanın inşası 2015-ci ildə başa çatdırılacaq və bu zaman liman
11,6 milyon ton yük qəbul etmək imkanına malik olacaq.
Qeyd edək ki,dekabrın sonunda podratçı şirkəti təyin etmək məqsədi ilə tender
elan olunacaq.
11.08.2009
________________________________________________________________
Avqustun 12-də Bakıda Azərbaycan-Almaniya
biznes-forumu keçiriləcək
Avqustun 12-də Bakıda Azərbaycan-Almaniya
biznes-forumu keçiriləcək. Bu barədə Alman-Azərbaycan İqtisadi Yardım
İttifaqının (DAWF) məlumatında deyilir (Interfax)Biznes-forum Baden Vürtemberq
torpağının baş naziri Günter Oettingerin Bakıya səfəri çərçivəsində təşkil
olunacaq. Forumda iqtisadiyyatın tikinti, maşınqayırma, elektronika, kimya
sənayesi, ətraf mühitin mühafizəsi, neft
qaz sektoru, kənd təsərrüfatı və yüksək keyfiyyətli məhsul istehsalı sahələrində
fəaliyyət göstərən 16 alman və 100-dən çox yerli şirkətin nümayəndələrinin
iştirakı planlaşdırılır.
Biznes-forum çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi, eləcə də Azərbaycan
və Almaniya sahibkarları arasında əməkdaşlıq imkanlarının müzakirəsi
planlaşdırılır. Bundan başqa forumdaAlmaniyanın səfiri Per Stankina,
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov, sənaye və energetika
nazirinin müavini Gülməmməd Cavadov, Commerzbank-ın nümayəndəsi Marko Qraffın
iştirakı gözlənilir. Tədbir çərçivəsində ikitərəfli görüşlərin və mətbuat
konfransının keçirilməsi planlaşdırılır. Biznes-forum DAWF-ın köməyi ilə təşkil
olunacaq.
_________________________________________________________
Daxili investisiyaların həcmi artıb
2009-cu ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına 3374,9 milyon
manat investisiya yönəldilib."(Olaylar"İA)
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dövlət müəssisəsi
və təşkilatlar tərəfindən 2172,1 milyon manat investisiya yönəldilib ki, bu da
ümumi vəsaitin 64,4 faizini təşkil edir. Qeyri-dövlət müəssisələri tərəfindən
isə 1202,8 milyon manat investisiya yönəldilib. Hesabat dövründə
tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcmi 2345,2
milyon manat təşkil edib. Altı ay ərzində əsas kapitala yönəldilən
investisiyaların 82,4 faizi daxili, 17,6 faizi isə xarici investisiyaların
payına düşüb.
09.08.2009
________________________________________________________
Torpaq hərraclarının
monitorinqi keçirilir

Monitorinqin nəticələrinə dair hazırlanacaq
hesabat hökumətə, eyni zamanda Torpaq Komitəsinə göndəriləcək
«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi
bələdiyyə torpağının satılması ilə bağlı keçirilən hərracların monitorinqinə
başlayıb. Təşkilatın eksperti Samir Əliyevin ANSPRESS-ə verdiyi məlumata görə,
monitorinq üçün ilkin olaraq iki rayon- Salyan və Bərdə rayonları seçilib.
Avqustun 14-də Salyan rayonunda hərrac, Bərdədə isə müsabiqə keçirilməsi nəzərdə
tutulduğunu deyən S.Əliyevin sözlərinə görə, artıq rayonlarda əhalinin
məlumatlılıq səviyyəsi, hərracın keçirilməsi barədə elanı necə əldə etmələri və
sair məsələlərə dair sorğu və müsahibələr keçirilir, əhalinin məlumatlılıq
səviyyəsi öyrənilir. Hərracda iştirak edən nümayəndələrlə də görüşlərin
keçirilməsi nəzərdə tutulub. İctimai birliyin əməkdaşları hər iki rayonda
keçirilən torpaq hərracı və müsabiqəsində də müşahidə aparacaqlar. Əldə olunan
məlumatlar əsasında hesabat hazırlanacaq. Hesabatın və ekspertlər tərəfindən
hazırlanacaq tövsiyyələrin hökumətə, eyni zamanda Torpaq Komitəsinə təqdim
olunması nəzərdə tutulub.
Qeyd edək ki, avqustun 14-də Bərdədə Yeni Daşkənd bələdiyyəsinə məxsus 0,08
hektar topaq sahəsi müsabiqəyə, Salyanda isə Aşağı Noxudlu bələdiyyəsinə məxsus
0,026 ha torpaq hərraca çıxarılacaq.
08.08.2009
________________________________________________________________
2010-cu ildən sonra neftin qiymətlərində fantastik artım gözlənilir
Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, maliyyə böhranından sonra
dünyanı daha bir böhran - neft böhranı gözləyir. "ANS PRESS"-in “The
Independent” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın böyük
iqtisadçısı Fatih Birol bildirib.Onun sözlərinə görə, dünyada neft hasilatının
enmə tempi 2007-ci ildə proqnozlaşdırılandan iki dəfə çox olub.
Məlum olub ki, il ərzində neft hasilatı həcmi 6,7 faiz azalır. Bundan əlavə
2007-ci ildə aparılan analoji tədqiqatlar göstərib ki, neft hasilatının düşmə
tempi ildə 3,7 faiz təşkil edib.
İqtisadçılar neft hasil edən bir çox ölkələrin bu sahəyə sərmayə yatırımları
baxımından güclü çatışmazlıq hiss etməsi faktını bu göstəricilərlə tutşduraraq
belə bir qənaətə gəlib ki, yaxın beş ildə dünyanı kəskin neft çatışmazlığı
gözləyir. Bu da onun qiymətinin kəskin şəkildə bahalaşacağından xəbər
verir.Birolun fikrincə, karbohidrogen çatışmazlığı ilə bağlı böhran artıq
2010-cu ildən sonra başlaya bilər.
07.08.2009
____________________________________________
Fermerlərə şad xəbər
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunan yüksək keyfiyyətli buğdanın alınması barədə elan verib.
Fonddan APA-ya daxil olan məlumata görə, “Dəvəçi-Dəyirman” MMC, Karat-Holdinq, FATOĞLU, N. Quliyev adına Bakı-Taxıl, “Araz ASC”, “Aveta”, “Tovuz-Baltiya LTD” və “Neon” firması müəssisələri vasitəsilə bu il avqustun 5-dən sentyabrın 30-a kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 180 AZN olmaqla, aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək
1. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün - 750/l-dən az olmamaqla
2. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün - 2 faizdən çox olmamaqla
3. Dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla
4. Nəmlik (faizlə) – bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla
5. Yapışqanlıq – 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqlayapışqanlığın keyfiyyəti - 2-ci qrupdan aşağı olmamaqla
6. Şüşəvarilik
1-ci və 2-ci sinif buğdalar üçün - 60 faizdən az olmamaqla
3-cü və 4-cü sinif buğdalar üçün - məhdudlaşdırılmır
7. İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir
8. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir
9. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün - yol verilmir
10. Digər əlamətlər bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir
Bildirilir ki, bu keyfiyyətə cavab verməyən məhsul qəbul edilməyəcək.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları isə bunlardır:
“Dəvəçi-Dəyirman MMC” Dəvəçi şəhəri (055) 760-35-05; (0-50) 382-35-84
Karat Holdinq: Xırdalan şəhəri (050) 223-18-97
FATOĞLU: Gəncə şəhəri 022-5-69-44-44; 012-418-45-38, (0-50) 222-08-20
N. Quliyev adına Bakı-Taxıl: Dərnəgül qəsəbəsi 012-567-00-76; 566-21-72
“Araz ASC” Zığ şossesi 27 (050) 502-29-08; 012-479-10-29, faks: 473-90-00
“Aveta”: Kürdəmir şəhəri (050) 200-11-97
“Tovuz-Baltiya”: Tovuz İbrahimov Hacılı kəndi (050) 527-80-95
“Neon” firması : Gəncə şəhəri (050) 220-30-27
07.08.2009
_______________________________________________________
Son
çek hərracında 6 ASC-nin səhmləri satılıb
Bu ilin iyul ayının 13-17-də Azərbaycanda keçirilmiş 115-ci ixtisaslaşdırılmış
çek hərracında 6 səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-ECONOMICS»ə
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Hərracda «Kürdəmir
İnşaat Xidmət», «Dəvəçi Yeyinti İstehsal», «Zərdab Sənaye İnşaat», «Sabirabad
İnşaat Xidmət», «Tərtər Sənaye İnşaat» və «Goranboy Sənaye İnşaat» səhmdar
cəmiyyətlərinin ümumi nominal dəyəri 38 155 manat təşkil edən 24 575 səhmi
satılıb.
Səhmdar cəmiyyətlərinin buraxılmış səhmlərinin ümumi sayı 127 348 təşkil edib və
hərraca 19 101 səhm çıxarılıb. Bir səhmin nominal dəyəri isə 2 manat, təqdim
edilmiş sifarişlər isə 419 olub.
Qeyd edək ki, «Kürdəmir İnşaat Xidmət», «Tərtər Sənaye İnşaat»da hərracın
məzənnəsi 3 səhm (çek), «Zərdab Sənaye İnşaat», «Sabirabad İnşaat Xidmət» və «Goranboy
Sənaye İnşaat»da 2 çek olub. «Dəvəçi Yeyinti İstehsal» SC-də isə məzənnə 3 çek
olub və burada səhmlərin bölünməsi əməliyyatı həyata keçirilib.
07.08.2009
_____________________________________
Fermerlərə subsidiyaların verilməsinə başlanılıb

Fermerlər ayın sonunadək subsidiyaları ala biləcəklərKənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və sürtgü yağlarına görə subsidiyaların verilməsinə başlanılıb. Artıq 28 rayondan olan 166 min fermerə çatacaq 25 milyon manat onların hesabına köçürülüb. 25 minə yaxın fermerin istifadə müddəti başa çatmış plastik kartı isə yeniləri ilə əvəz olunacaq. Bu proses başa çatdıqdan sonra avqustun sonunadək bütün rayonlardan subsidiya almaq hüququ olan fermerlər həmin yardımlardan yararlana biləcək. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimovun sözlərinə görə, bu il 59 rayonda 1 milyon 493 min hektar sahəyə görə, 59 milyon manat həcmdə subsidiyanın verilməsi nəzərdə tutulur. (ANSPRESS)
Hökumətin qərarına görə, ölkədə taxıl və düyü istehsalını stimullaşdırmaq üçün bu sahə ilə məşğul olan kənd təsərrüfatı subyektlərinə hər hektar üçün əlavə 40 manat veriləcək. Bununla bağlı yeni mexanizmlər hazırlanıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar prezidentin 2007-ci ildə imzaladığı sərəncama uyğun olaraq ildə bir dəfə verilir. Fermerlərin sənədləri Kənd Təsərrüaftı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Statistika Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən araşdırılır və onlara plastik kartlar verilir. Subsidiyaların təyinatına uyğun olaraq istifadə edilməsi üçün maliyyə vəsaiti fermerlərə əkin prosesi başa çatandan sonra verilir.
Qeyd edək ki, fermerlərə təkcə yanacaq və sürtkü yağına görə deyil, həm də gübrələrin alınması üçün də verilməsi nəzərdə tutulub. Bunun üçün hər il dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılır. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, 2007-ci ildə 1 milyon 54 min hektar, 2008-ci ildə 1 milyon 344 min hektar sahəyə görə fermerlərə subsidiyalar verilib.
07.08.2009