Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » İpoteka yenilikləri yaxın vaxtlarda qüvvəyə minəcək

İpoteka yenilikləri yaxın vaxtlarda qüvvəyə minəcək

İpoteka kreditlərinin məbləğinin artırılması, faizlərin aşağı salınması ilə bağlı yeniliklərin tətbiq olunacağı tarix açıqlanıb. AgahMedia.Com informasiya portalının ANS TV-yə istinadən məlumatına görə, Mərkəzin Bankın elan ediyi ipoteka yenilikləri bu ilin payızında qüvvəyə minəcək. Yeni qaydaların tətbiqi üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir.

Parlament isə bu məsələyə payız sessiyasında, sentyabrda baxacaq. Banklar ümid edirlər ki, bu proses sürətli olacaq.

“İpoteka haqqında qanuna dəyişiklik olmalıdır. Bu, ipotekanın faizi, həcminin artırılmasını nəzərdə tutan dəyişiklikdir. Bu prosesdə banklar bir növ vasitəçi rolunu oynayır”, – deyə Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib.

İlkin məlumatlara görə, dəyişikliklər ipotekanın maksimum məbləğinin indiki 50 min manatdan 100 min manata qalıdırlmasını, faizlərin isə adi ipotekada 6%-ə, sosial ipotekada isə 3%-ə endirilməsini nəzərdə tutur.

Digər kreditlərin faizlərinə gəlincə, ilin sonuna kimi burda da eniş ola bilər. Amma bankirlər bəzi problemlərinin həll olunmasını vacib sayır.

“Məhkəmə proseslərinin daha sadə olması, girovun reallaşdırılmasının sürətlənməsi risk marjasını və vəsaitin maya dəyərini aşağı salır. Əgər ilin sonuna kimi bununla bağlı qanunvericiliyə dəyişiklik edə bilsək, onda indikindən də aşağı həddə olacaq”, – deyə Zakir Nuriyev qeyd edib.

Hazırda Mərkəzi Bank istehlak kreditləri üçün maksimum 29%, mikro kreditlər üçün 25% yuxarı hədd müəyyən edib. Bu qərar bank rəhbərləri ilə birgə keçirilən görüşdə verilib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*