Home » Biznes sfera və iqtisadiyyat, Maraqlı, Sosial, Texno, Ümumi » “iPhone 6″nı Bakıdan almaqdansa, gedib Amerikadan alıb gəlmək daha ucuz imiş (Qiymətlər)

“iPhone 6″nı Bakıdan almaqdansa, gedib Amerikadan alıb gəlmək daha ucuz imiş (Qiymətlər)

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Iphone_6

Telefon həvəskarlarının böyük maraqla gözlədiyi “iPhone 6” smartfonlarının satışına Bakıda da start verilib. AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, ilk dəfə olaraq smartfonlar “İrşad Telecom” və “World Telecom” mağazalar şəbəkəsində satışa çıxarılıb.

Qiymətlər

Bununla yanaşı, smartfonların qiymətləri qeyri-adi dərəcədə yüksəkdir. Doğrudur, yeni “iPhone 6″ların qiymətinin yüksək olacağı gözlənilirdi, amma Bakıda təklif olunan qiymətlərin başqa ölkələrə nisbətən qat-qat baha olması alıcıları təəccübləndirib.
Belə ki, adı çəkilən mağazalar şəbəkəsində yeni “iPhone 6″nin ən ucuz modelləri olan “iPhone 6 16 GB Space Grey” və “16 GB White” modelləri 1695-1700 manata, “iPhone 6 Gold”, “64 GB White” modelləri isə 1895 manata satılır. Smartfonun nisbətən böyük variantı – 5,5 düymlük “iPhone 6+” modelləri isə 2119 manata satışa çıxarılıb. İrşad Telecomda da eyni qiymətə satılır. Şirkətin satış mərkəzindən fins.az-a verilən məlumata görə, hələlik müştərilərə yalnız IPhone 6 modeli təqdim edilir. Bir neçə gündən sonra İPhone 6+ modeli də satışa çıxarılacaq.

Tələbat

Amma mağazalarda bildiriblər ki, qiymətlərin yüksək olması alıcıların “iPhone 6″yə maraqlarını azaltmayıb. Belə ki, “World Telecom”un mağazalarından birindən fins.az-a bildiriblər ki, indiyədək bir neçə “iPhone 6” alınıb, 10-a yaxın “iPhone 6+” telefonu isə sıfariş edilib.

“iPhone 6″nın Bakı və Amerikadakı qiymət fərqləri

Bununla yanaşı, Fins.az-ın araşdırmaları göstərib ki, yeni “iPhone 6″ın qiymətləri Bakıda o dərəcədə şişirdilib ki, bu smartfonları Bakıda almaqdansa, okeanın o tayına səfər edərək ABŞ-ın özündən alıb gətirmək daha sərfəlidir. Hətta təyyarə biletinə çəkilən xərcləri nəzərə aldıqda da ABŞ-dan alınan “iPhone 6” daha ucuz başa gəlir.

Belə ki, ABŞ-da “iPhone 6″nın qiyməti 649 dollar (510 manat), “iPhone 6+”un qiymət isə 749 dollar (590 manat) təşkil edir. ABŞ-a səyahətə gəlincə, “R&R Travel” şirkətinin məlumatına görə, “AZAL” avia şirkətinin bir qədər əvvəl təqdim etdiyi sərfəli kampaniya çərçivəsində Bakıdan Nyu-Yorka birbaşa gediş-gəliş bileti 599 avroya (təqribən 600 manat) başa gəlir. Nyu-Yorkda 3 günlük yaşayış (təyyarə reysləri arasındakı müddət) xərcləri təqribən 500 dollara (390 manat) başa gəlir. ABŞ-a getmək üçün viza alınması alınması 160 dollar və ya 125 manata başa gəlir.

Başqa sözlə, “iPhone 6” telefonu almaq üçün ABŞ-a uçmaq, Nyu-Yorkda 3 gün səyahət etmək və geri qayıtmaq ümumilikdə 1624 manata başa gəlir ki, bu da adı çəkilən mağazalar şəbəkəsindəki qiymətlərdən azı 70 manat ucuzdur.

Özü də bu, məsələnin maddi tərəfidir. ABŞ-a hamının arzuladığı səyahəti və Azadlıq abidəsi fonunda yeni “iPhone 6″ilə selfie çəkmək imkanını nəzərə alanda bu variantın üstünlüyü ümumiyyətlə sual doğurmur…

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*