Home » Sosial, Texno, Ümumi » İnternetin təhlükəli tərəfləri…

İnternetin təhlükəli tərəfləri…

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmi

Böyük Britaniyada keçirilən sosioloji sorğu nəticəsində bəlli olub ki, gənclərin əksəriyyətində internet asılılığı simptomu müşahidə edilir.

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, 1300 nəfər arasında sorğu keçirən Digital Clarity marketinq şirkəti belə qənaətə gəlib ki, rəyi soruşulan 18- 25 yaşlı gənclərin 16 faizində belə əsəb pozğunluğu müşahidə edilməkdədir. Digər asılılıqlar kimi , internet asılılığınında da insan həyatının arzuolunmaz tərəfləri üzə çıxır.O da məlum olub ki, sutka ərzində sözügedən 16 % gənclər vaxtının 15 saatını sosial şəbəkələrdə keçirir. Onlar internetə o qədər aludə olurlar ki, yeməyi və içməyi unudur, virtual dünyadan psixoloji cəhətdən aslı olmağa başlayırlar. Lakin ekspertlər hələlik internet asılılığının ruhi pozğunluq olub-olmadığı barədə son qənaətlərini açıqlamayıblar.Lakin İngilis alimləri keçirdikləri sosial sorğu nəticəsində internet asılılığının 5 xoşagəlməz tərəfini müəyyənləşdiriblər:

Saatlarla sosial şəbəkələrdə vaxt keçirmək;

Kimsə ve ya nə isə internetdən istifadəyə mane olduqda, buna görə əsəbləşmək;

Şəbəkədə daha çox vaxt keçirməyə görə utancaqlıq hisslərinin yaranması;

internetdən çox istifadə həm doğmalar , həm də dostlar qarşı münasibətdə yad kimi davranışların,biganəliyin yaranması;

Şəbəkələrdən istifadə zamanı eyforiyaya düşmək və şəbəkəyə giriş imkanı olmayanda təşvişə düşmək ;

Bundan öncə aparılan sorğular nəticəsində ehtimal olunub ki, internet asılılıq özündə bir sıra ünsürləri birləşdirir. O cümlədən, onlayn oyunlar və parnoqrafiyaya tamaşa alkoqol və ya narkotika asılılığını xatırladır.
Lakin bir sıra psixiatrlar hesab edirlər ki,internet asılılığının əlamətləri, ola bilsin ki, digər psixi pozğunluqların simptonlarıdır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*