Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » İnternetdən lisenziyasız faylları yükləyən istifadəçilərin məlumat bazası toplanılır


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

İnternetdən lisenziyasız faylları yükləyən istifadəçilərin məlumat bazası toplanılır

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmi

AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, Böyük Britaniyanın nəhəng “BT”, “Virgin Media”, “BSkyB” və “TalkTalk” provayder şirkətləri müəllif hüququna malik şəxslərdən internetdən film, musiqi, və kitablar daxil olmaqla lisenziyasız yükləmələr haqqında məlumatların toplanması sisteminə könüllü qoşulmaq üçün təklif alıblar. “BPI” və “British Video Association” təşkilatları ilə bu mövzu ilə bağlı danışıqlar artıq neçə aydır davam edir. ITExpert.org.ua saytı xəbər verir ki, toplanmış məlumat bazası gələcəkdə cərimələrin və ya digər sanksiyaların tətbiq olunması üçün istifadə edilə bilər. Hazırda bunun üçün hüquqi əsas mövcud deyil. Müəllif hüququna malik şəxslər yalnız istifadəçiyə onlara məxsus İP-ünvanından qanunsuz kontentin yüklənməsinə dair bildiriş göndərə bilərlər. Provayder razılıq versə, istifadəçinin interneti 3 belə bildiriş aldıqdan sonra söndürülə bilər.
2012-ci ilin noyabrından 2013-cü ilin yanvarınadək Böyük Britaniya vətəndaşlarının internetdən 280 milyona yaxın pirat mahnı, 52 milyon serial epizodu, 29 milyon film, 18 milyon elektron kitab, 7 milyon kompüter proqramı və oyunların yüklənildiyi bildirilir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*