Home » Maraqlı, Texno, Ümumi » İnternetdə virus təhlükəli sözlər…

İnternetdə virus təhlükəli sözlər…

İnternetdə hər hansı bir axtarış zamanı “music” (musiqi), “download” (yükləmə) və ya “free” (pulsuz) kimi kəlmələrdən istifadə etmək virus təhlükəsini artırır.

AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, bu barədə ABŞ-dakı bir antivirus proqramı şirkəti məlumat verib. Şirkət 5 böyük axtarış mühərrikində – “Google”, “Yahoo”, “Live”, “AOL” və “Ask”da 2600 ən populyar sözü incələyərək və 413.000 veb-səhifəni analiz edərək internetin ən təhlükəli kəlmələrini təsbit etmişdir.
“Free”, “music”, “download” kəlmələri ilə aparılan axtarışların zərərli proqram riskini artırdığını açıqlayan mütəxəssislər, axtarış yerinə qeyd edilən sözləri yazmağın internetdə axtarış edənlərin virus riskini yüzdə 20 faiz artırmasına səbəb olduğunu bildiriblər.
Mütəxəssislər “Screen saver” (ekran qoruyucusu), “free games” (pulsuz oyunlar), “work from home” (evdən çalışma), “olympics” (olimpiadalar), “videos” (videolar), “celebrities” (məşhurlar), “music” (musiqi) və “news” (xəbərlər) kateqoriyalarının da ən yüksək virus riskinə malik olduğunu üzə çıxarıblar.
Bundan başqa, “word unscrambler” (kəlmə şifrini açan), “lyrics” (mahnı sözləri), “game cheats” (oyun ipucları və ya açarları), “free ringtones” (pulsuz mobil melodiyalar) və.s. sözlər də ən təhlükəli axtarış kəlmələri arasında yer alır.
Sonda qeyd edək ki, sadalanan kəlmələrsiz interneti təsəvvür etmək mümkün olmasa da, çalışın internetdən istifadə zamanı bu sözlərdən az istifadə edin.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*