AgahMedia.Com

Agah olmaq və agah etmək bizim işimizdir…

İlk Səhifə Haqqımızda Valyuta kursu

Sosial Biznes sfera və iqtisadiyyat Təhsil sektoru

Şou biznes və Mədəniyyət Webkataloq

Bizimlə əlaqə

Elan: Ev, Torpaq, Obyekt Satmaq, Almaq, Kirayə Vermək Və Yaxud Kirayə Götürmək İstəyənlərin Nəzərinə...

“Facebook” istifadəçisisinizsə, “Daşınmaz Əmlaklarla İlgili Paylaşımlar Klubu” qrupuna qatılaraq, daşınmaz əmlak elanlarınızı, ilgili biznes təkliflərinizi pulsuz yerləşdirə, həmçinin, daşınmaz əmlaklarla ilgili marifləndirici məlumatlarla, yeniliklərlə, elanlarla tanış ola, faydalana bilərsiniz...

“Daşınmaz Əmlaklarla İlgili Paylaşımlar Klubu” linki >>> https://www.facebook.com/groups/DashinmazEmlaklarHaqqinda/

İnternet reklam bazarı televiziya reklam bazarını üstələyəcək
25/06/2015 Beynəlxalq

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmi

AgahMedia.Com informasiya portalının “ICTnews” elektron xəbər xidmətinə istinadən məlumatına görə, Beynəlxalq “ZenithOptimedia” agentliyinin yeni hesabatına əsasən, internet elan verənlər üçün ən sürətlə inkişaf edən mühit olaraq qalır və 2020-ci ilədək internet reklam xərcləri televiziya reklam xərclərini ötəcək.

Hesabata əsasən, internet reklam artıq 2014-cü ildən Avstraliya, Kanada, Danimarka, Norveç, Niderland, İsveç və Böyük Britaniyada üstün mövqeyə sahibdir və 2017-ci ilədək Çin, Finlandiya, Almaniya, İrlandiya və Yeni Zelandiyada da bu müşahidə olunacaq. Qlobal reklam xərclərinin 28 faizi bu ölkələrin payına düşür.

Şirkətin məlumatına görə, mobil reklam əsas artım qüvvəsidir. “ZenithOptimedia” agentliyi mobil reklamın iki dəfə artımını proqnozlaşdırır ki, bu da internet reklam xərclərini 70 faizədək yüksəldəcək.

2014-cü ildə televiziya reklam xərcləri 39 faiz təşkil edib. 2017-ci ilədək bu göstərici 36,8 faizədək azalmalıdır, çünki şirkətin məlumatına görə, marketoloqlar öz büdcəsini onlayn video sahəsinə yönəldirlər. 2014-cü ildə onlayn video xərcləri 33 faiz yüksəlib.

Siliconrus.com resursunun məlumatına görə, “ZenithOptimedia” nümayəndələri, həmçinin bildirib ki, 2015-ci ildə dünyada reklam xərclərinin 4.2 faiz artımını (531 milyard dollaradək) gözləyirlər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...
Bir cevap yazın

AgahMedia.Com Independent Media Network © 2009 - 2018... Bütün Hüquqlar Qorunur! Yazıların mətninə görə müəlliflər, reklam materiallarının mətninə görə sifarişçilər məsuliyyət daşıyır!... Məlumatlardan istifadə zamanı AgahMedia.Com İnformasiya Portalına istinad vacibdir!...

*