Home » Beynəlxalq, Sosial, Ümumi » “İnkişaf edən Asiya jurnalistika mükafatı” müsabiqəsinə start verildi

“İnkişaf edən Asiya jurnalistika mükafatı” müsabiqəsinə start verildi

AgahMedia.Com informasiya portalının “AzərTAc”a istinadən məlumatına görə, Asiya İnkişaf Bankı “İnkişaf edən Asiya jurnalistika mükafatı” müsabiqəsini elan edib. Müsabiqə Asiya və Sakit Okean hövzəsi regionlarında çalışan jurnalistlər üçün nəzərdə tutulmuşdur. Müsabiqədə iştirak etmək istəyən jurnalistlər avqustun 31-dək “Yaşıl İnkişaf, yoxsa inkişaf əksdir yaşıllıq?” mövzusunda yazı təqdim etməlidirlər.
Münsiflər seçəcəyi 25 qalib arasında 1-ci və 2-ci yeri tutanlara və “Gənc Jurnalist” nominasiyasında fərqlənənlərə pul mükafatı veriləcəkdir. Bütün qaliblər noyabrda mükafatlandırma və xüsusi forum üçün Tokioda yerləşən Asiya İnkişaf Bankı İnstitutuna dəvət olunacaqlar.
Bu müsabiqədə iştirak etmək istəyirsinizsə, linki aşağıda qeyd edilmiş saytda qeydiyyatdan keçin.
http://www.adbi.org/daja.awards/register.php
Qeydiyyatdan keçdikdən sonra, iştirakçının elektron ünvanına məqalənin necə göndərilməsi ilə bağlı izahat gələcəkdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*