Home » Şou biznes və Mədəniyyət, Ümumi » İlin ən yaxşı 10 filminin adları açıqlandı

İlin ən yaxşı 10 filminin adları açıqlandı

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə , “Entertainment Weekly” jurnalı ilin ən yaxşı 10 filmin adını dərc edib. Stiven Kinqin fikrincə ötən ilin ən yaxşı filmlərindən biri “Məni içəri burax” ekran əsəridir. O, hətta bu filmi “onilliyin ən yaxşı dəhşətli kinosu” adlandırır. Bu ekran əsəri İsveçin eyniadlı filminin rimeykidir. Burada hadisələr izqoy Ouyenin Ebbi adlı vampir qızla tanışlığı ətrafında cərəyan edir.
İkinci yerdə “Oğrular şəhəri” trilleri qərarlaşıb. Bu filmdə baş rollarda Ben Afflek və Rebeka Holl çəkiliblər. Stiven Kinqin fikrincə bu filmin adı çox pis səslənsə də, o “ çox yaxşı və dərin mənalıdır”. 37 milyon dollar büdcəsi olan filmin ümumi gəlirlərinin yığımı 140 miyon dollar təşkil edib.
İlk üçlüyü Kristofer Nolanın “Başlanğıc “ filmi tamamlayır. Filmdə Dom Kobb (Leonardo di Caprio) bacarıqlı oğrudur. O çox qiymətli məlumatları insan yuxuda olarkən, oğurlayır.
Film həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən müsbət qarşılanıb. 160 milyon dollar büdcəsi olan “Başlanğıc” filmin dünya prokatından gəlirləri 823 milyon dollar təşkil edib.
Stiven Kinqin versiyasına görə, 2010-cu ilin ən yaxşı filmlərinin tam siyahısı belədir:
1. “Məni içəri burax” (Let Me In)
2. “Oğruların şəhəri” (The Town)
3. “Başlanğıc” (Inception)
4. “Sosial şəbəkə” ( The Social Network )
5. “Basqınçı oğlanlar” (Takers )
6. “Pipets” (Kick-Ass)
7. ”Himera” (Splice)
8. “Bədheybət” (Monsters)
9. “Qəribə adam 3D” (Jackass 3D)
10.“Diri ələ keçirməyin” (Green Zone)
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*