Home » Beynəlxalq, Siyasət, Ümumi » İlham Əliyev: Qaçqınların sayına görə Azərbaycan dünyada birinci yerdədir


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

İlham Əliyev: Qaçqınların sayına görə Azərbaycan dünyada birinci yerdədir

Oktyabrın 10-da Bakıda, “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forumunda çıxış edən prezident İlham Əliyev qeyd edib ki, bu forumun keçirilməsi ilə bağlı Azərbaycan və Rusiya ziyalılarının irəli sürdüyü təşəbbüsü iki ölkənin dövlət başçıları dəstəkləyir. AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə, dövlət başçısı bu forum çərçivəsində aparılacaq fikir mübadiləsinin humanitar sahədə əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcəyini qeyd edib.
“2008-ci ildə humanitar əməkdaşlıqla bağlı başlayan Bakı prosesi uğurla inkişaf edir və növbəti illərdə bu proses davamlı olacaq” deyən İlham Əliyev 2009-cu ildə Azərbaycanda İslam Əməkdaşlığı Təşkilatının üzvü olan ölkələrin toplantısının, 2010-cu ildə Bakıda Dünya Dini Liderlərinin Zirvə Görüşünün keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu tədbirlər sivilizasiyalararası dialoqun möhkəmlənməsinə dəyərli töhfə verib. “AzərTac”ın xəbərinə görə, İlham Əliyev vurğulayıb ki, bu ilin aprelində Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də əlamətdar hadisə kimi tarixə düşüb, Beynəlxalq Humanitar Forum isə bundan sonrakı arzuların reallığa çevrilməsində mühüm rol oynayacaq.
“Azərbaycanın coğrafi vəziyyəti ölkəmizin inkişafına da təsir edib və bizim gücümüz birliyimizdədir” deyən dövlət başçısı ölkədə müstəqillik dövründə yaşanan sabitlik və dostluq ab-havasının Azərbaycanı daha da gücləndirdiyini söyləyib.
Ermənistan-Azərbaycan münaqişəsindən danışan prezident İlham Əliyev vurğulayıb ki, münaqişə nəticəsində ölkəyə xeyli maddi-mənəvi zərbə vurulub, 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, bu qərarların həyata keçirilməsi hələ də mümkün olmayıb. Qaçqınların sayına görə Azərbaycan dünyada birinci yerdədir. Amma ölkəmizin əldə etdiyi uğurlar bizi daha da ruhlandırır”.
İlham Əliyev Azərbaycanın dünyada olan siyasi və iqtisadi təşəbbüslərinin xalqın daha yaxşı yaşamasına xidmət etdiyini və qonşu ölkələrlə əlaqələrin güclənməsi məqsədi daşıdığını bildirib.
“Bundan sonra çalışaq ki, xalqlararası münasibətlər daha da güclənsin, bu, zərurətdir” deyən İlham Əliyev bildirib ki, cəmiyyətdən gələn sifariş onu diktə edir ki, bu sahədə daha çox işləmək lazımdır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*