Home » Bölgələr, Siyasət, Ümumi » İlham Əliyev: İnsanlar daha da yaxşı yaşamalıdırlar


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

İlham Əliyev: İnsanlar daha da yaxşı yaşamalıdırlar

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Şağan qəsəbəsində görülən abadlıq və quruculuq işləri ilə yaxından tanış olub.
Daha sonra dövlət başçısı qəsəbə sakinləri ilə görüşüb. Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramının Şağanda da özünü göstərdiyini bildirib. “Əminəm ki, proqramda nəzərdə tutulan bütün məsələlər yaxın zamanlarda öz həllini tapacaq”-deyən prezident İlham Əliyev bildirib ki, Şağan qəsəbəsi daha da gözəlləşəcək, abadlaşacaq. Dövlət başçısı qaz təchizatı ilə problem olmadığını, elektrik enerjisi məsələlərinin həll edildiyini bildirib. “İçməli su layihəsi icra edilir. İndi kanalizasiya xətlərinin çəkilişi nəzərdə tutulur”-deyən dövlət başçısı qəsəbənin bütün əsas problemlərinin qısa müddət ərzində həll olunacağını qeyd edib.

“Əvvəlki dövrdə, yadınızdadır, bax burada gözəl Olimpiya Mərkəzi tikilib. Bu da çox əlamətdar hadisə idi. Çünki adətən Olimpiya Mərkəzləri böyük şəhərlərdə, rayon mərkəzlərində yaradılır. Qəsəbədə Olimpiya Mərkəzinin yaradılması təcrübəsi yəqin ki, ancaq Azərbaycanda var. Mənim yadımdadır, o kompleksin açılışında bərabər iştirak etmişdik. Bəli, o, indi də işləyir. Həm Bakıdan idmançılar gəlir, həm də yerli uşaqlar məşğul olurlar. Bir daha demək istəyirəm ki, qəbul edilmiş Proqram – 2011-2013-cü illəri əhatə edən Proqram tezliklə icra edilməyə başlanıb. Əminəm ki, qəsəbə sakinləri də bu işlərdə fəal iştirak edirlər və bütün bu müsbət təşəbbüslərə qoşulurlar.

Prezident İlham Əliyev bildirib ki, bütün təşəbbüslər, qəbul edilmiş qərarlar, proqramlar, müşavirələr konkret xarakter daşıyır və orada müzakirə edilən məsələlər, verilən tapşırıqlar tezliklə icra edilməyə başlanıb. “Hətta onu da demək istəyirəm ki, mart ayında artıq 2011-ci ilin büdcəsi formalaşıb. Büdcəyə əlavə etmək üçün biz gərək yenidən təşəbbüs göstərməli və Milli Məclisə müraciət etməli idik, onu da etdik. Büdcəyə xüsusilə, Bakı və ətraf qəsəbələrin proqramını sürətlə həll etmək üçün əlavələr edildi. Mən istəyirdim ki, biz vaxt itirməyək, 2011-ci ildə bu işləri görək. Əslində bir neçə aydan sonra nəinki burada, demək olar bütün qəsəbələrdə, Bakı ətrafında yerləşən bütün qəsəbələrdə sürətli iş gedir. Mən indi qəsəbələrdə tez-tez oluram. Vəziyyətlə tanış oluram. Görürəm, nəzarət edirəm. Sakinlərdən soruşuram ki, əlavə nə etməliyik ki, bu problemləri birdəfəlik həll edək.
Düzdür, Proqram 2013-cü ilə qədər hesablanıb. Mən tam əminəm ki, 2013-cü ilin sonuna qədər, bəlkə ondan əvvəl bütün məsələlər həll olunacaq. Şağan qəsəbəsinin timsalında görürük ki, bu işləri biz bir neçə ay ərzində icra edə bilmişik. Əslində, nəinki burada, heç bir qəsəbədə heç vaxt kanalizasiya xətləri olmamışdır. Bakının özündə də kanalizasiya problemləri həmişə böyük çətinlik yaradırdı. Bu məsələ də öz həllini tapmaqdadır. Ölkəmiz bu cür inkişaf edir. Ölkənin inkişafı hər bir qəsəbənin inkişafından asılıdır. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, əgər hər bir kəndin, qəsəbənin problemi həll olunarsa, ölkənin bütün problemləri həll olunar”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın daha da inkişaf etməsi, güclənməsi, bölgədəki mövqelərimizin daha da möhkəmlənməsi üçün biz güclü olmalıyıq. “Bu gücü biz yaradırıq və indi maliyyə imkanlarımız da yaxşılaşır. Son illər ərzində, əvvəlki dövrdə görülən işlər nəticəsində indi Azərbaycan dünya miqyasında maliyyə baxımından özünü çox rahat hiss edən ölkələrdəndir. Görürsünüz ki, bəzi ölkələrdə böhran yaşanır, bəzi ölkələrdə maaşlar, pensiyalar kəsilir. İnsanlar daha da yaxşı yaşamalıdırlar. Şərait daha da yaxşı olmalıdır. Bütün infrastruktur layihələri icra edilməlidir. Təhsil, səhiyyə, infrastruktur inkişaf edir. Bax budur Azərbaycanın reallıqları”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*