Home » Beynəlxalq, Siyasət, Ümumi » İlham Əliyev beynəlxalq birliyi işğalçı Ermənistana qarşı təzyiqləri gücləndirməyə çağırdı

İlham Əliyev beynəlxalq birliyi işğalçı Ermənistana qarşı təzyiqləri gücləndirməyə çağırdı

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən belə bir çağırış edən dövlət başçısı münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həllinə əminliyini vurğulayıb.  Müqəddəs Ramazan bayramı münasibətilə görüş iştirakçılarına xoş arzularını bildirən prezident İlham Əliyev bildirib ki, Ramazan ayı dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirir. Dövlət başçısı islam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, islam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artmasının önəmini vurğulayan prezident respublikamızın da müsəlman dövlətlərində səfirliklərini sayının getdikcə artdığını deyib. Azərbaycanla islam ölkələri arasında ikitərəfli və beynəlxalq səviyyədə uğurlu əməkdaşlıqdan danışan dövlət başçısı İslam Konfransı Təşkilatının xətti ilə Bakıda bir sıra mötəbər tədbirlərin keçirildiyini qeyd edib. Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı seçildiyini xatırladan prezident İlham Əliyev ölkəmizin islam həmrəyliyinə töhfələrini əsirgəmədiyini deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan prezident problemin nizamlanmasalınması ilə bağlı islam ölkələrinin ədalətli mövqe nümayiş etdirdiklərini bildirib. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həllinə əminliyini vurğulayan prezident İlham Əliyev bir daha beynəlxalq birliyi işğalçı Ermənistana qarşı təzyiqləri gücləndirməyə çağırıb. Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təmsil etdikləri ölkələrə sülh və firavanlıq arzulayan dövlət başçısı bir daha görüş iştirakçılarına xoş arzularını çatdırıb. Özbəkistanın səfiri İsmatulla İrqaçev müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından prezident İlham Əliyevi və xalqımızı təbrik edib, sülh və firavanlıq arzulayıb. O, müqəddəs Ramazan ayı münasibətilə dövlət başçısı ilə görüşün ənənəvi xarakter almasının əhəmiyyətindən danışıb. Azərbaycanın Cənubi Qafqazda sabitlik və dinamik inkişafı təmin edən amillərdən biri olduğunu deyən səfir Dağlıq Qarabağ münaqişəsinə münasibətdə müsəlman ölkələrinin mövqeyinin dəyişməz olduğunu bəyan edib. İslam Konfransı Təşkilatında fəal mövqeyi ilə seçilən Azərbaycanın dini tolerantlıq və sivilizasiyalararası dialoqun bariz nümunəsi olduğunu deyən diplomat bir daha xalqımıza və dövlət başçısına ən xoş arzularını çatdırıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*