Home » Şou biznes və Mədəniyyət, Ümumi » İlhamə Quliyeva Nazpəri Dostəliyevadan 700 min manat tələb edir


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

İlhamə Quliyeva Nazpəri Dostəliyevadan 700 min manat tələb edir

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_ilhame_ve_nazperi

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanı yenidən məhkəməyə verib. İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva mətbuata açıqlamasında, hanşı şikayət ilə iddia qaldırdıqlarını bildirib: “İlhamə xanım qarşı tərəfi onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmaqda ittiham edir. İlhamə Quliyeva Nazpəridən mənəvi zərərə görə 200 min, maddi ziyan üçün isə 500 min manat təzminat tələb edir”.
Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın digər xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia 9 aprel 2013 tarixində Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilməmişdi.
İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva ərizənin rədd edilməsində şikayət ərizəsinin tutarlı yazılmamasını əsas gətirmişdi: “Şikayət ərizəsi mən tərəfdən yazılmayıb. Ərizə ilə Yasamal Məhkəməsində tanış oldum. Ərizənin məzmunu məni qane etməmişdi. Sözsüz ki, hakimi də qane etməyib”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*