Home » Sosial, Təhsil sektoru, Ümumi » III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlum oldu

III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlum oldu

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 17-də saat 18:00dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. ( Bu linkdə >>> http://www.tqdk.gov.az/net2012ali/ )
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.
Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 30831 abituriyentdən 984 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 43 nəfəri köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.
Test imtahanının nəticəsinə əsasən 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.
III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.
İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunacaq.
III ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 7-dən avqustun 16-dək “Abituriyentin elektron ərizəsi”ndə ixtisasları seçib təsdiq etməlidirlər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*