Home » Sosial, Təhsil sektoru, Ümumi » II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlum oldu


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlum oldu

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə avqustun 3-də keçirilmiş qəbul imtahanının nəticələri avqustun 6-da elan edilmişdir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə biləcəkdir.

( Bu linkdə >>> http://www.tqdk.gov.az/net2012ali/ )

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilirlər.
II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 22867 abituriyentlərdən 552 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 22 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.
Test imtahanının nəticəsinə əsasən 11929 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. 2 nəfər maksimal nəticə -700 bal toplayıb.
İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
II ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 7-dən 16-dək “Abituriyentin elektron ərizəsi”ndə ixtisasları seçib təsdiq etməlidirlər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

13 Responses to II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlum oldu

  1. Salam.Men bu il 3 cu qrupdan imtahan vermishem .Lakin esas fenn Tarixden 3 bal.Edebiyyatdan ise nisbi bal 0 toplamisham.Umumi balim ise 170 dir.Men her hansi kollece dushe bilerem? Tecili cavabinizi gozleyirem.Cox vacibdir.Indiden teshekkurler.

  2. AgahMedia.Com

    Salam, Səma xanım! Öncə, AgahMedia.Com portalını izlədiyiniz üçün, Sizə təşəkkür edirik! Sualınıza gəldikdə isə, TQDK-nın bizdə olan məlumatında deyilir ki, III ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
    “Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
    Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcəkdir.
    Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 7-dən avqustun 16-dək “Abituriyentin elektron ərizəsi”ndə ixtisasları seçib təsdiq etməlidirlər.”

    Daha ətraflı və dəqiq məlumatı isə, (Özəl universitetlərin də şərtlərini araşdırmaq məqsədilə)Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının aşağıdakı kordinatları vasitəsilə öyrənə bilərsiniz. Sizə Uğurlar Arzulayırıq!

    Azərbaycan, AZ1078, Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 17
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
    Telefon: (+994 12) 440-30-09
    E-mail: info@tqdk.gov.az, tqdk@tqdk.gov.az

    • Deymez, ama menim sualima cavab vermediniz.Men kollec barede sual vermishdim.Eger melumatiniz bu barede yoxdursa narahatciliga deymez.Yene de teshekkur edirem.

  3. salam bakı sosıal ıqtısadı kollecıne hansı fenlerden ımtahan verılır?kecıd balı necedı?xaıw edırem cavablandırın

    • AgahMedia.Com

      Salam, Ayşən xanım!

      Öncə, AgahMedia.Com portalını izlədiyiniz üçün, Sizə təşəkkür edirik! Bizdən barəsində məlumat istədiyininz Bakı Dövlət Sosial – İqtisad kolleci (keçmiş Bakı Plan – İqtisad Texnikumu) haqqında bizdə olan müəyyən bilgiləri Sizə təqdim edirik. Keçid balına gəldikdə isə, onu deyə bilərik ki, Azərbaycanın ali və orta ixtisas müəssələrinə qəbul imtahanlarının keçid balları hər ilin müsabiqə tələblərinə uyğun olaraq formalaşır. Lakin, daha dəqiq və ətraflı məlumatı kollecin aşağıda qeyd etdiyimiz telefon nömrələri vasitəsilə əlaqə yaradaraq, ala bilərsiniz. Sizə uğurlar arzulayırıq!

      Bakı Dövlət Sosial – İqtisad kollecinə qəbul aparılan ixtisaslar:

      Bank işi

      Maliyyə işi

      Mühasibat uçotu və audit

      Yol hərəkətinin təşkili

      Hüquq mühavizə fəaliyyəti

      Gömrükxana işi

      Menecment

      İnformatika müəllimliyi

      Dizayn

      Qəbul qaydaları:

      1. 3×4 sm ölçüdə 6 ədəd fotoşəkil
      2. 9 illik şəhadətnamə (əsli və surəti)
      3. Tibbi arayış
      4. Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə (əsli və surəti)
      5. İş nömrəsi və şifrə
      6. Tərcümeyi hal
      7. 1 ədəd qovluq

      Bakı Dövlət Sosial – İqtisad kollecinin əlaqə nömrələri:
      428-62-46
      428-43-12
      428-72-33
      428-89-30
      428-92-39
      428-99-16
      428-99-25
      428-99-37

  4. Simuzer Qazaxli

    Salam.2 qrupdaki ixtisaslari xahiw deyerdiniz.Indiden tewekkurler…

  5. Simuzer Qazaxli

    Salam.Yaxin vaxtlarda TQDK-nin qruplar uzre sinagi varmi??

  6. AgahMedia.Com

    Salam, Simuzər xanım!

    Öncə, AgahMedia.Com portalını izlədiyiniz üçün, Sizə təşəkkür edirik! 1-ci sualınıza cavab olaraq bizdə olan məlumata əsasən, 2-ci qurupda yer alan bəzi ixtisasları aşağıda təqdim edirik. Daha ətraflı məlumatı isə, “Abituriyent” jurnalının 2012-ci ildəki ixtisas seçimi üçün buraxılan müvafiq buraxılışından tapa bilərsiniz. 2-ci sualınıza gədikdə isə, hazırda bizdə dediyiniz imtahanlar haqqında hər hansı məlumat yoxdur. Lakin, (+994 12) 440-30-09 telefon nömrəsi vasitəsilə TQDK ilə əlaqə saxlayaraq bu barədə dəqiq məlumat ala bilərsiniz.Sizə Uğurlar Arzulayırıq!

    2-ci qurup üzrə bəzi ixtisaslar:

    Maliyyə;
    Sənayenin təşkili və idarə olunması;
    Menecment;
    Marketinq;
    Biznesin idarə olunması;

  7. Salam. MEn başqa bir kollec bitirmişem. Bu il yeniden Tibb kollecine senedlerimi vermek isteyirem hansı fenlerden imtahan vermeliyem. I tehsilim dovlet hesabına olub II tehsil ödenişli olacaq, odenisli esaslarla olan fakultelere kecid balı ne qeder olur. Önceden teşekkürümü bildirirem.

  8. salam 2ci qrupun fenlerini deyerdizde kecid bali ne qederdi deyerdiniz

  9. salam mene 2-ci qrupun fenlerini deyerdizde kecid bali ve iqtisadiyyat sahesi ucun ne qeder bal lazimdir

  10. salam sizden cox vacib bir xaisim var xais edrem suala cavab bildiresiz 2-ci qrupda olan fenler ve kecid balini eyerdizde xais edrem cavab bildirin

  11. Qocayeva Aysu

    Salam.2-ci qrup İqtısadiyyat ucun ne qeder bal toplama lazımdır?Xahis edirem cavab verin.İndiden teshekkurler!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*