Home » Texno, Ümumi » IE 9-un tərtibatçılar üçün ikinci test versiyası təqdim etdi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

IE 9-un tərtibatçılar üçün ikinci test versiyası təqdim etdi

Microsoft şirkəti Internet Explorer 9 brauzerinin ikinci test versiyasını təqdim edib.

Yükləmə üçün açıq olan versiya developer platform preview 2 adlandırılıb və uyğun olaraq adi istifadəçilər üçün deyil tərtibatçılar üçün nəzərdə tutulub. AgahMedia.Com portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən məlumatına görə,Internet Explorer 9 interfeysi elementləri ilə təchiz edilməyən test versiyası əsasən proqramçılar tərəfindən yeni JavaScript mühərriki, eləcə də HTML5 və CSS3 standartlarının dəstəklənməsi imkanlarının yoxlanılması üçün nəzərdə tutulub. IE9 Preview 2-nin əsas xüsusiyyətləri arasında JavaScript və HTML5 emalında məhsuldarlıq göstəricisinin artması, Acid3 testində 100 baldan 63-ün toplanmasını qeyd etmək olar, 3Dnews. yazır. PDC (Professional Developers Conference) konfransında təqdim edilmiş Internet Explorer 9 brauzerini fərqləndirən imkanlar səhifələrin vizuallaşdırılması üçün videokartın gücünün istifadə olunması (tərtibatçılar bu funksiya ilə CSS, DHTML və JavaScript-dən istifadə edərək işləyə biləcəklər), Chakra kod adı ilə tanınan yeni JavaScript mühərriki, səhifələrlə təkmilləşdirilmiş iş rejimi, eləcə də bütün ən yeni veb-əlavələrin dəstəklənməsidir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*