Home » Şou biznes və Mədəniyyət, Ümumi » İctimai TV: “Eurovsion”- bu təkcə musiqi yarışması deyil

İctimai TV: “Eurovsion”- bu təkcə musiqi yarışması deyil

Bu ideya 55 il əvvəl İsveçrə televiziyasının direktoru Marsel Bezansonun ağlına gəlmişdi. O, bütün Avropanı birləşdirən bir mahnı yarışması keçirməyi təklif edirdi və bu təklif tez bir zamanda -1955-ci il oktyabrın 19-da Avropa Yayımlar Birliyinin Baş Assambleyasında qəbul edildi. İdeya reallaşdı və uzunömürlü oldu.

Eurovision Mahnı Müsabiqəsi ilk dəfə 1956-cı ildə İveçrədə keçirilib və bu yarışma “Qran-Pri” adlanıb. Həmin il yarışmada cəmi 7 ölkə-İsveçrə, İtaliya, Hollandiya, Belçika, Lüksemburq, Fransa və Almaniya iştirak edib. Bu yarışmada hər ölkə 2 mahnı təqdim edib. Eurovision Mahnı Müsabiqəsində bir ölkənin 2 mahnı təqdim etməsi ilk dəfə olduğu kimi həm də son dəfə olub. O vaxtdan indiyə kimi bu yarışmada hər ölkə yalnız bir mahnı ilə iştirak edir. “Eurovision”da ilk qalib də məhz isveçrəli olub. O, “Refreyn” mahnısı ilə qələbəni yaxalayan və adını bu möhtəşəm musiqi yarışmasının tarixində ilk pilləyə yazan Liz Assiadır.
Müsabiqənin şərtlərinə görə, səhnədə çıxış edən solist və qrup üzvləri cəmi 6 nəfərdən çox ola bilməz .Mahnı isə 3 dəqiqədən artıq olmamalıdır. İndiki dövrün bir çox populyar müğənniləri musiqi dünyasına məhz burada vəsiqə qazanıblar. Bu sırada Selin Dionun,Toto Kutunyonun və ABBA qrupunun adını çəkmək kifayətdir.
Eurovision Mahnı Müsabiqəsinin bu gün təxminən 600 milyon tamaşaçısı var. Bu yarışmanı təkcə Avropa ölkələrində izləmirlər. Kanada, Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Yeni Zellandiya, Vyetnam və bir sıra başqa ölkələr “Eurovision”un iştirakçısı deyil, tamaşaçısıdırlar. Avropa Yayımlar Birliyinin məlumatına görə, 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsinin birbaşa yayımını 50 ölkədən 400 milyon insan izləyib. 2000-ci ildən bu mötəbər yarışma internet vasitəsilə yayımlanır və təkcə 2006-cı ildə 140 ölkədən 74 min insan müsabiqəni məhz internetdə izləyib. Bir çox mütəxəssislərə görə, bu təkcə musiqi yarışması deyil. Bəzən ölkələrin və xalqların bir-birinə münasibətinin güzgüsünə çevrilən “Eurovision”da əsas balların -8,10,12 balların bölüşdürülməsini ekran qarşısında əyləşənlər belə, doğru proqnozlaşdıra bilirlər. Bu faktı təsdiqləyənlər az olmasa belə yarışmanın musiqi dünyasına və ya dünya musiqisinə qazandırdıqlarını daha ön plana çəkənlər və ən yaxşıların qalib gəldiyini deyənlər. Bəlkə də haqsız deyillər.
Müsabiqənin tarixindən bəzi faktları xatırlamaq maraqlıdır. Bu yarışmada ilk dəfə 2004-cü ildə yarımfinal olub, 2008-ci ildən isə yarışmaya ikinci yarımfinal əlavə olunub. Burada fonoqramdan istifadə etməmək də ən vacib şərtlərdəndir. Qalibləri xatırlasaq “Eurovision”da bu günədək İrlandiya 7, Fransa, Lüksümburq və Böyük Britaniya isə hərəsi 5 dəfə qalib olub. Müxtəlif vaxtlarda müsabiqədə 51 ölkə iştirak edib və 1956-cı ildən indiyədək 23 ölkə qalib olub. Daha çox səs qazanmaq baxımında ilk rekorda İtaliyalı Çilola Çinkvetti imza atıb. O səslərin 60 faizini qazanıb. Bu 1964-cü ildə baş verib. İkinci belə hadisə 2009-cu ildə gözümüzün qarşısında oldu. norveçli Aleksandr Rıbak 387 bal toplamaqla yeni rekoprdu yaxaladı.
Ən çox qalib olanlar sırasında sonrakı yerlərdə İsveç, Niderland, İsrail, Norveç və başqaları var. 3 ildir ki, Azərbaycan da Eurovision həyəcanını yaşayır və bu, ölkəmizdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaranmasından və bu televiziyanın Avropa Yayımlar Birliyinə üzv olmasından sonra reallaşıb. 2007-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkəti yarışmanın yayım hüququnu əldə edib. 2008-ci ildə ilk dəfə Azərbaycan bayrağı “Day after day” mahnısının sədaları altında dalğalandı və biz bu yarışmada bir çox ölkələrin illərlə yaxın düşə bilmədiyi onluğa düşməyi bacardıq. Cəmi bir il sonra isə qələbəyə çox yaxın olduq bə bunu da qələbə kimi qəbul etdik. Bu il də Azərbaycan Eurovision Mahnı Müsabiqəsinə ciddi hazırlaşmışdı.
Hər şey bitdi. 2008-dəki nəticədən öndə, 2009-dakı nəticədən azca arxadayıq. Amma hər halda onluqdayıq ki, onluqda. İrəlidə mütləq “Eurovision”u Azərbaycanda izləmək var. Daim bizdən geridə qalanlar narahat olsun.
İctimai TV-nin Analitik Qrupu
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*