Home » Şou biznes və Mədəniyyət, Ümumi » İbrahim Tatlısəs Böyük Səhnəyə qayıdır

İbrahim Tatlısəs Böyük Səhnəyə qayıdır


Uzun müddətdir başından aldığı güllə yarası ilə bağlı Almaniyada müalicə alan məşhur türkiyəli sənətçi İbrahim Tatlısəsin İstanbula qayıdan kimi ilk dəfə hansı kanalın səhnəsinə çıxacağı bəlli olub. Ancaq müğənni kanalın adını açıqlamaqdan imtina edib. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, ötən həftə zədələnən kəllə sümükləri qarın boşluğundan götürülərək yenidən başına yerləşdirilən və sürətlə sağalmağa doğru gedən Tatlısəs ilk dəfə Yeni ildə səhnəyə çıxacağını açıqlayıb. Başından aldığı güllə yarasına baxmayaraq həyatda qalmağı bacaran Tatlısəs özünü Tanrının möcüzəsi adlandırıb. Sənətçi hətta yeni albomuna da “Möcüzə” adını verib. Türkiyə saytlarının məlumatına görə, İbrahim Tatlısəs bir gecə üçün 750 min lirəyə- təqribən 380 min manat alacaq.
“Show TV”, “Beyaz TV” və TNT kanalları ilə görüşdüyü bilinən Tatlısəsisn məhz sonuncu ilə anlaşdığı iddia edilir.
Xatırladaq ki, məşhur müğənni İbrahim Tatlısəs martın 14-də silahlı hücuma məruz qalaraq güllə ilə başından ağır yaralanmışdı .

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*