Home » Şou biznes və Mədəniyyət, Ümumi » İbrahim Tatlısəs Bodrumdakı otellərini satışa çıxardı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

İbrahim Tatlısəs Bodrumdakı otellərini satışa çıxardı

Yeni albomunu bazara çıxarmağa hazırlanan İbrahim Tatlısəs konsert verib. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, konsert əvvəlində mətbuatın suallarını cavablandıran sənətçi davamlı olaraq çalışdığını bildirib. “işləməyən dəmir paslanar.

 Davamlı olaraq çalışıram. Səhnəni buraxmaq istəsəm də, pərəstişkarlarım məni buraxmır. Bu axşamkı konsertimə 2 min 500 adamın gəlməsi də buna sübutdur. Sırf mənim konsertim üçün xaricdən gələnlər var. İzlənirəm, izlənildiyim zaman da zövq alıram”, – deyə o söyləyib.Bodrumdakı otellərini satışa çıxardığını söyləyən Tatlısəs “Çamadanını götür gəl, sənədi al get deyirəm. Kuşadasındakı oteli də satışa çıxardım. İstanbulda böyük bir otel almaq istəyirəm. İndi İraqda da otel işinə girdim. Mən ticarətçiyəm, tikirəm də, satıram da…” deyib.Dərya Tunanın İbrahim Tatlısəsdən evlənmə təklifi gözlədiyi ilə bağlı çıxan xəbərlərə gəldikdə isə məşhur müğənni “Kimsə məndən belə bir şey gözləmir. Biz onsuz da evliyik və bizi yalnız ölüm ayırar. Biz Dərya Tuna ilə heç bir zaman küsmədik. O mənim uşaqlarımın anası, ana kraliçadır. Yeri hər vaxt başqadır” deyə vurğulayıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*