Home » Maraqlı, Şou biznes və Mədəniyyət, Ümumi » Hollivudun ən yüksək maaşlı aktrisası

Hollivudun ən yüksək maaşlı aktrisası

“Forbes” jurnalın xəbərinə görə, Sandra Ballok Hollivudun ən yüksək maaşlı aktrisası hesab edilir. Məşhur aktrisa cəmi iki filmdən 56 milyon dollar qazanıb. Bu“Təklif etmə” və “Görünməyən tərəf” filmləridir. Bu filmlər satış üzrə 320 və 310 milyon dollar yığıb. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, hər iki layihədə hollivud aktrisasının iştirakı tək qonorara görə yox, həm də gəlirdən gələn yüksək faiz üçün olub.

İkinci yerdə 32 miyon qazancı ilə aktrisa Ris Uizerspun yerləşib. Aktrisa siyahıya “ Fillərə su” və “Siz hardan bilirsiz” filmlərindən yüksək avans aldığına görə düşüb. Ötən il isə, aktrisa sadəcə “Monstrlar gəlmələrə qarşı” filmin səsləndirilməsində iştirak edib.İkinci yeri Ris Uizerspurla 32 milyon dollar qazancı ilə aktrisa Kemeron Diaz bölüşüb. Bu pulları aktrisa “Şrek4” və “Günün cəngavəri” filmlərinin sayəsində alıb. Üçüncü yerdə 27 milyon qazancı ilə aktrisa Cennifer Eniston qərarlaşıb. Bu qazancı o şəxsi parfüm markasının və ”Riyakar qadın” filminin avansı sayəsində əldə edib.Ən çox maaş alan aktrisalarının beşliyini 25 milyon dollar qazancı ilə Sara Cessika bağlayır. Bu pulları o şəxsi ətirlərinin buraxılması və “Böyük şəhərdə ” filminin çəkilişlərində iştirak etdiyinə görə alıb.Xatırladaq ki, Forbes jurnalı bu siyahını hər il tərtib edir. Ötən il siyahıya başçılıq edən Ancelina Coli bu ildə isə, heç beşliyə belə düşməyib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*