Home » Ümumi » Hollivudun ən rentabilli aktrisası Enn Heteuey seçildi
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

Hollivudun ən rentabilli aktrisası Enn Heteuey seçildi

“Forbes” jurnalı kinostudiyalara ən çox gəlir gətirən aktrisaların siyahısını dərc edib. Onlar aktrisaların çəkildiyi fimlərin gəlirlərini onların aldığı qonorarla müqayisə edərək, hesablayıblar. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Hollivudun ən yaxşı gəlir gətirən aktrisasının Enn Heteuey olduğu müəyyənləşib. Ona hər xərclənən dollar orta hesabla 64 dollar gəlir gətirir.
Qeyd edək ki, 2009-cu ildə “Reyçel ərə gedir” filmindəki roluna görə aktrisa Enn Heteuey “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb. Onun sonuncu işi rejissor Tim Bertonun “Alisa möcüzələr ölkəsində” filmi olub. Bu film dünya satışında milyard dollardan çox gəlir qazanıb. Bundan başqa, aktrisanın çəkildiyi “Gəlinlərin savaşı” filmi də dünya satışında 115 milyon dollar qazanıb.
Onu da qeyd edək ki, bu ilin noyabrında aktrisanın 28 yaşı tamam olacaq.
Siyahıdakı beşlikdə Hollivud aktrisalardan Keyt Blanşet, Cenifer Eniston, Meril Strip və Sara Cessika Parker də yer alıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*