Home » Beynəlxalq, Siyasət, Ümumi » Hillari Klintonun Azərbaycana səfərinin detalları açıqlandı

Hillari Klintonun Azərbaycana səfərinin detalları açıqlandı

ABŞ-ın dövlət katibi Hillari Klinton iyulun 1-dən 5-dək Ukrayna, Polşa, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

 AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, ABŞ Dövlət Deparatmenti səfərlə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Hillari Klinton iyulun 1-dən 5-dək səfərə yola düşür. O, səfər çərçivəsində Kiyev, Krakov, Bakı, İrəvan və Tiflisdə olacaq. Dövlət katibi Ukrayna paytaxtında yerli rəsmi şəxslərin, o cümlədən, Ukrayna prezidenti və XİN rəhbərinin iştirakı ilə strateji tərəfdaşlıq üçün komissiyanın ikinci görüşünə qatılacaq. Hillari Klinton həmçinin vətəndaş cəmiyyəti və müstəqil KİV nümayəndələri ilə də görüşəcək”.
Krakovda Hillari Klintonun “Demokratiyalar cəmiyyəti”nin 10 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək. Bu təşkilat ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt tərəfindən polşalı nümayəndələrlə birlikdə yaradılıb. Hillari Klinton Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə də görüşəcək.
Dövlət Departamentinin məlumatının Cənubi Qafqaza səfərlə bağlı hissəsində deyilir: “Dövlət katibinin səfəri Azərbaycan, Ermənistan və Gürcüstanda davam edəcək. O, bu ölkələrin rəhbərləri ilə ikitərəfli əlaqələr, sülh və sabitlik məsələlərini müzakrə edəcək, eləcə də vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək”.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*