Home » Beynəlxalq, Siyasət, Ümumi » Hilari Klinton İranı bir daha dünya birliyinə qoşulmağa çağırdı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Hilari Klinton İranı bir daha dünya birliyinə qoşulmağa çağırdı

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hilari Klinton bir daha İranın ziddiyyətli nüvə proqramını tənqid edib.

 AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,BMT-də Kütləvi Qırğız Silahlarının Yayılmamasına Dair Müqavilənin və qısaca NPT müqaviləsinin müzakirəsi zamanı çıxış edən xanım Klinton deyib ki, İran bu məclisdə BMT qarşısında öhdəliklərini pozmuş yeganə ölkədir. O deyib ki, pozuntular cəza tələb edir. Hilari Klintonun hiddətli çıxışına səbəb bundan əvvəl İran prezidenti Mahmud Əhmədinejadın etdiyi çıxış olub. Həmin çıxış zamanı ABŞ, Britaniya və Fransa nümayəndələri zalı nümayişkaranə şəkildə tərk etmişdilər. Hilari Klinton İranı bir daha dünya birliyinə qoşulmağa çağırıb:”İran özünün yayındırıcı və ixtilaf yaradan siyasətində uğur qazanmayacaq, – deyib Klintoin, – Birləşmiş Ştatlar və bu konfransda iştirak edən başqa ölkələr bura daha böyük gündəliklə gəliblər. Söhbət kütləvi qırğın silahlarının qlobal yayılmaması rejiminin möhkəmləndirilməsindən və bütün ölkələrin təhlükəsizliyindən, haqlarımızı və məsuliyyətimizi inkişaf etdirməkdən gedir. Odur ki, indi praktik təkliflər vaxtıdır, qeyri-real məqsədlər vaxtı deyil. İndi konsesnsus vaxtıdır, bu konsensusun qarşısını almaq yox. Odur ki, mən İranı bu konfransda iştirak edən başqa ölkələrə qoşulmağa çağırıram. ” Bundan əvvəl çıxış edən Mahmud Əhmədinejad nüvə silahının yayılmasında məhz Vaşinqtonu ittiham etmişdi:”Dünyada il nüvə silahı Birləşmiş Ştatlar tərəfindən istehsal olunub, – deyib Mahmud Əhmədinnejad, – O vaxt belə düşünürdülər ki, bu silah Amerkaya və onun müttəfiqlərinə ikinci dünya Müharibəsində üstünlük verəcək. Lakin bu, əvəzində başqaları üçün nüvə silahı əldə etmək həvəsi yaratdı. Bütün dünyada nüvə silahı yarışı başlandı”. İran prezidenti deyib ki, ABŞ və nüvə silahına malik digər əsas ölkələr Kütləvi Qırğın Silahının yayılmamaslına dair müqavilənin başlıca pozucularıdır. “Bəzi məlumatlara görə bütün dünyada 20 min nüvə başlığı var. Bunun yarısı Birləşmiş Ştatlara aiddir. Başqa yarışan qüvvələr də çəkindirici effekt bəhanəsi ilə nüvə silahları yaratmaqda davam edirlər. Hər iki halda Kütləvi Qırğın Silahının Yayılmamaslına Dair Müqavilə pozulmuş olur”- deyib İran prezidenti. Cənab Əhmədinejad nüvə silahına malik ölkələri belə cəbbəxanalara malik olmayan ölkələri hədələməkdə ittiham edib, o, BATENA-nı ikili standardlarda günahlandırıb:
“Hələ indiyədək Birləşmiş Ştatlar və onun müttəfiqlərinin nüvə silahı qurğuları barədə BATENA-nın bircə hesabatı da olmayıb. Bu ölkələrin tərksilah olunacaqları da görünmür. Bununla belə elə həmin ölkələrin təzyiqləri altında qeyri-nüvə ölkələrinə qarşı müxtəlif qətnamələr qəbul olunub. Onlar digər üzv ölkələrin dinc nüvə enerjisinə olan haqlarını bəhanələrlə tapdalayırlar”.
İran prezidenti İsraili nüvə silahına malik olduğunu gizlətməkdə və adıçəkilən müqaviləni imzalamamaqda ittiham edib:”Sionist rejimin yüzlərlə nüvə başlığını anbarlamasına, Yaxın Şərqdə müharibələr törətməsinə, regionun ölkələrini terror və müdaxilə hədəsi ilə qorxutmasına baxmayaraq Amerikanın qeyd-şərtsiz dəstəyinə malikdir və nüvə silahı proqramını inkişaf etdirmək üçün lazımı yardımı alır”- deyib Mahmud Əhmədinejad. Amerikanın dövlət katibi Hilari Klinton konfransa müraciətində bildirib ki, İran özünün nüvə proqramından fikri yayındırmaq üçün aranı qatır: “Bəzi ölkələr konstruktiv olmamaq yolunu tutublar, – deyib xanım Klinton, – Bu səhər İran przeidenti Amerika Birləşmiş Ştatlarına və konfransın digər iştirakçılarına qarşı nimdaş, saxta və bəzən divanə ittihamlarını səsləndirib. Bu, təəccüblü deyil. Bu səhər hamımınızın gördüyü kimi İran əlindən gələni edəcək ki, diqqəti öz fəaliyyətindən yayıdırsın və məsuliyyətdən boyun qaçırsın”.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*