Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Azərbaycanda haqsız rəqabətə görə 2 milyon manatdan artıq maliyyə sanksiyası tətbiq edildi

Azərbaycanda haqsız rəqabətə görə 2 milyon manatdan artıq maliyyə sanksiyası tətbiq edildi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MANAT_resmi

AgahMedia.Com informasiya portalının İqtisadiyyat və Sənaye Nazirliyindən aldığı məlumata görə,  İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Oral-B Pro-flex” diş fırçasının, “Duracell” batareyasının, “Ariel” yuyucu tozunun və “Blend-a-med Pro-expert” diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilmişdir. Bununla əlaqədar həmin reklamların sifarişçisi olan “Prokter & Gembl Azərbaycan Servisləri” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Prokter & Gembl Azərbaycan Servisləri” MMC-yə 2 milyon 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında araşdırmalarını davam etdirir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*