Home » Sosial, Ümumi » Hamilə yeniyetmələr üçün məktəb açıldı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Hamilə yeniyetmələr üçün məktəb açıldı

Malayziyada hamilə yeniyetmələr üçün məktəb açılıb. Məqsəd yeni doğulan körpələrin atılması hallarının azaldılmasıdır.

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,Cənubi Malakka ştatında məktəbi açan rəsmilər ümid edir ki, bu, gənc qadınlara nikahdankənar uşaq dünyaya gətirməkdən utanmamağa kömək edəcək. Tibbi müayinədən əlavə, burada tələbələr dini məsləhət də alacaqlar.
Bu il Malayziyada 70-ə yaxın atılmış körpə qapıların kandarında, zibil qutularında və ictimai tualetlərdə aşkar olunub. Məktəb hamilə yeniyetmələrə məxfilik və qoruma ilə yanaşı təhsil də vəd edir.
Anonimliyin təmin olunması mühüm məsələ hesab olunur. Çünki polis hesab edir ki, uşaqlarını atanlar əsasən evlənməmiş gənclərdir və onlar evlilikdən öncə cinsi əlaqədə olduqlarını gizlətmək üçün bu addımı atırlar.
Əsasən müsəlmanların çoxluq təşkil etdiyi Malayziyada gənclərin evlənməzdən öncə cinsi əlaqədə olması ictimai qınağa tuş gəlir. Malakkadakı dini rəsmilər deyir ki, onlar 16 yaşdan aşağı qızların ərə getməsini yasaq saymırlar və bununla da onların seksual münasibətlərini legitimləşdirmiş olurlar.
Evlənməzdən öncə cinsi əlaqədə olmaq yalnız yeniyetmələr yox, daha yaşlı qadınlar üçün də yasaq sayılır. 28 yaşlı Mila da onlardan biridir və uşağını başqasının himayəsinə verməli olub.
“Mən bu yaxınlarda ərə gedəcəyəm, amma nikahdan əvvəl cinsi əlaqədə olmaq İslam ənənələrinə ziddir. Əgər uşaq bilsə ki, o nikahdankənar doğulub, bu utancı o ömrü boyu özü ilə daşımalıdır,” o deyir.
Malayziyanın qadın məsələləri üzrə naziri hamilə yeniyetmələr üçün məktəbin düzgün ideya olmadığını düşünür.
O BBC-ə deyib ki, belə qızları əsas məktəbdən çıxarıb hamilələr üçün məktəbə qoymaq onlar üçün daha böyük utanc ola bilər. Problemin kökü məktəblərdə cinsi münasibətlərə dair təhsilin olmamasıdır.
Qadın məsələləri üzrə nazir illərlə şagirdlərə belə təhsilin verilməsi üçün mübarizə aparıb, amma dindarlar bu ideyaya qarşı çıxır və deyir ki, bununla daha çox gənclərdə hamilə qalmağa maraq oyanacaq.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*