Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, İslam, Sosial, Ümumi » Halal məhsullara tələb dünya səviyyəsində sürətlə artır


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Halal məhsullara tələb dünya səviyyəsində sürətlə artır

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Halal olaraq təyin olunan məhsullar bazarı dünya səviyyəsində böyüyür. Halal qida sektorundakı mütəxəssislərin məlumatlara görə, 2009-cu ildə 630 milyard dollar olan halal bazarının 2012-ci ildə 1 trilyon dollarlıq bir artıma çatacağı ifadə edilir. “Amerikanın Səsi”ndə dərc olunan araşdırmaya görə, dünyada hər üç adamdan birinin İslam şəriət qaydalarına uyğun istehsal edilən halal məhsulları istehlak etdiyi ifadə edilir. Sektor nümayəndələri başda Almaniya olmaqla Avropada yaşayan müsəlmanların, xüsusilə yaşadığımız Ramazan ayında alverlərində halal qida mövzusunda həssas hərəkət etdiyini vurğulayır.
Avropada halal bazarında ən böyük ölkə 70 milyard dollarla Fransadır. Almaniyanın halal məhsullar bazarının böyüklüyü isə 5 milyard dollardır. Almaniyada yaşayan müsəlmanların sayı təxminən 3 milyonu Türkiyə mənşəli olmaqla 4,5 milyon miqyasındadır.
Artan müsəlman əhaliyə paralel, halal qidaların böyüyən bazar dəyərinin fərqinə varan alman qida firmaları da halal sertifikatlı qida istehsalına yönəlir. Bunlar arasında donuz jelatini ehtiva etməyən şəkərləmələr və istehsalında spirtdən istifadə edilməyən şirniyyatlar ilk sırada yer alarkən, bu tip qidalar alman supermarketlərində də alıcı tapır.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*