Home » Beynəlxalq, Maraqlı, Texno, Ümumi » Hakerlər dövlətin viruslarla şəxsi kompyuterləri izlədiyini bildirdilər

Hakerlər dövlətin viruslarla şəxsi kompyuterləri izlədiyini bildirdilər

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Almaniyanın Ədliyyə naziri insanları kompyuter vasitəsilə güdməyə imkan verən proqram ilə bağlı dövlət səviyyəsində təhqiqat aparmağa çağırıb.
Alman mətbuatının yazdığına görə, Bavariya federal höküməti casusluq avadınlığından istifadə olunmasını etiraf edir.
Amma qeyd edilib ki, həmin avadanlıqdan ciddi kriminal hadisələrin təhqiqatı üçün istifadə ounub və bu zaman qanuna riayət olunub.
Qəzetlərin yazdığına görə, Almaniyanın digər 3 yerli höküməti də casusluq avadanlığından istifadə edildiyini etitraf edib.
Almaniya rəsmi orqanları tərəfindən vətəndaşların izlənməsi üçün casusluq avadanlığından istifadə olunmasını yerli haker qrupu aşkar edib.
AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Berlində mənzillənən CCC kompyuter klubu bildirib ki, Almaniya polisi Federal troyan virus proqramından istifadə edib.
Hakerlər aşkar edib ki, sözü gedən virus proqramı operatorlara istifadəçilərin baxdıqları internet saytları, yazdıqları email məktubları, və hətta Skype vasitəsilə apardıqları danışıqları yoxlamaq və dinləmək imkanı verir.
CCC qrupu qeyd edir ki, sözü gedən virus proqramı istifadəçilər barədə şəxsi məlumatları əldə etməklə yanaşı, eləcə də məsafədən istənilən proqramları nəzarət altında olan kompyuterə yükləməyə imkan verir.
CCC qrupu eləcə də qeyd edir ki, sözü gedən casusluq proqramının bir sıra qüsurları olduğundan, istənilən istifadəçinin, lazım gələndə, həmin proqrama müdaxilə edib məlumat toplaması mümükündür.
AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Bavariyanın Daxili İşlər Naziri Joachim Herrman təsdiq edib ki, dövlət rəsmiləri sözü gedən proqramı 2009-cu ildən bəri işlədirlər lakin təkid edib ki, bütün hərəkətlər qanun çərçivəsində görülüb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*