Home » Biznes sfera və iqtisadiyyat, Siyasət, Şou biznes və Mədəniyyət, Ümumi » Hadı Rəcəbli: Mədəniyyət və Turizm Nazirliyinə xüsusi səlahiyyətlər verilməlidir

Hadı Rəcəbli: Mədəniyyət və Turizm Nazirliyinə xüsusi səlahiyyətlər verilməlidir

“Turizmin inkişafından və perspektivlərindən danışarkən bu sahədə yüksək səviyyəli xidmətin təşkili məsələsinə də toxunmalıyıq. Ölkəmizdə turizmin çiçəklənməsi bu sahədə ixtisaslı kadr hazırlığını da aktual məsələyə çevirir. Turizm xidmət sahəsinin yüksək standartlara tam cavab vermədiyi açıq etiraf olunmalıdır”.
AgahMedia.Com portalının “Azadinform” agentliyinə istinadən məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Komitə sədri bildirib ki, indi turistlər rahatlıq və komfort, yüksək xidmət barədə daha çox düşünürlər: “Ona görə turizm obyektinin sahibkarı daima öz üzərində çalışmalı, obyektindəki işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasına, savadlı, qonaqpərvər, xidmətin yüksək səviyyədə göstərilməsinə müvəffəq olmalıdır. Azərbaycanda turizm işini çox yüksək səviyyədə qura bilmək üçün xidmət, servis mədəniyyətini yaratmaq lazımdır. Ola bilər ki, sənin çox gözəl mehmanxanan, çox gözəl restoranların olsun, amma o xidməti yüksək səviyyədə qura bilməyəsən. Qardaş Türkiyənin bu sahədə çox zəngin təcrübəsi var və deyərdim ki, Türkiyənin turist qəbul etmək, qonaq qarşılayıb yola salmaq və xidmət göstərmək sahəsindəki mədəniyyəti, nailiyyəti Avropanın bir çox ölkəsini arxada qoyur. Bunu Avropanın özü də etiraf edir. Bu baxımdan respublikamızda turizm sahəsində çalışacaq kadrların yetişdirilməsi ilə məşğul olacaq Turizm İnstitutunun yaradılması son dərəcə təqdirəlayiqdir. Azərbaycanın bir çox universitetində də turizm işini, hotelçiliyi tədris edən fakültələr var. Bunlar daha müasir səviyyədə qurulmalıdır və hesab edirəm ki, ən çox bu istiqamətə fikir verməliyik. Bununla belə, kadr məsələlərini həll etmək üçün peşə məktəbləri də yaradılmalıdır”.
H.Rəcəbli qeyd edib ki, turizm sənayesinin inkişafının indiki mərhələsində “Turizm haqqında” qanunun təkmilləşdirilməsinə ciddi ehtiyac yaranıb: “1999-cu ildən indiyədək Azərbaycan böyük inkişaf yolu keçib, bu müddətdə ölkəmizin turizm potensialı əhəmiyyətli dərəcədə hərəkətə gətirilib. Hər bir qanun isə dövrün tələb və çağırışlarına cavab verməlidir. Bu mənada bu sahəni tənzimləyən qanunun təkmilləşdirilməsi vacib məsələlərdən biridir. Bunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyin mütəxəssisləri “Turizm haqqında” yeni qanun layihəsini hazırlayıb. Layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Hesab edirəm ki, qanunda istirahət mərkəzləri üçün rüsum, vergi güzəştlərinin olması, infrastrukturun yaradılmasına güzəştli kreditlər verilməsi, sahibkarların bu sahəyə həvəsləndirilməsi məsələləri əksini tapmalıdır”.
Deputat Mədəniyyət və Turizm Nazirliyinə xüsusi səlahiyyətlərin verilməsi təklifini də irəli sürüb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*