Home » Şou biznes və Mədəniyyət, Ümumi » «Həmişəlik Şrek» cizgi filmi satış lideri oldu


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

«Həmişəlik Şrek» cizgi filmi satış lideri oldu

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə,«Həmişəlik Şrek» animasiya filmi Amerikada ilk həftə sonu 71,3 milyon dollarla satış liderliyi əldə edib.

3 D formatında çəkilən “Şrek” cizgi filmin dördüncü hissəsi, həftə sonunda, iki həftə liderlik edən “Dəmir adam” filmini siyahının birinci yerindən aşağı endirib.Həftə sonu ABŞ-da filmin kassa yığımı 26,6 milyon dollar təşkil edib.“Dəmir adam” filmin ikinci hissəsi isə ümumi dünya satışı üzrə 261,3 milyon dollara çatıb. “Associated Press” xəbər verir ki, üçüncü yeri 18,7 milyon dollar gəliri ilə “Robin Qud” filmi tutub. Ümumi dünya satışında isə bu film 66,1 milyon dollar qazanıb.Satış üzrə liderlər siyahısında dördüncü yeri “Cülyettaya məktub” romantik dramı tutub. Filmin kassa yığımı 9,1 milyon dollar təşkil edib.Beşinci yerdə isə 2,8 miyon dollar gəliri ilə “Just Wright” əsəri yer alıb.Amerikada ilk həftə sonu 32,2 milyon dollarla satış liderliyi əldə edən “Qarağaclar küçəsində dəhşət” klassik filmin rimeyki, siyahıda səkkizinci yerə enib. Bu filmin kassa yığımı cəmi 2,3 milyon dollar təşkil edib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*