Home » Beynəlxalq, Siyasət, Ümumi » Gürcüstanın Rusiya-Ermənistan qaz kəmərini satmaq planları Rəsmi Yerevanı təşvişə saldı

Gürcüstanın Rusiya-Ermənistan qaz kəmərini satmaq planları Rəsmi Yerevanı təşvişə saldı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Gürcüstanın Rusiya-Ermənistan qaz kəmərinin ən azı bir hissəsini satmaq planları həm Gürcüstanın özündə, həm də Ermənistanda dərin təşviş doğurub.
“Frans Press” Agentliyinin bu barədə yazan müxbiri Maykl Meynvil deyir ki, adamlar bu mühüm strateji obyektin düşmən əllərə düşəcəyindən narahatdırlar. Gürcüstan parlamenti Şimal-Cənub qaz kəmərinin satışı üzərindən qadağanı hələ ötən ay qaldırıb.Bununla belə Gürcüstan vəzifəliləri kəmərin yalnız kiçik bir hissəsinin satıla biləcəyini söyləməklə ictimaiyyəti sakitləşdirmək istəyirlər. Maykl Meynvil yazır ki, Gürcüstanda bu kəmərin Rusiyanın “Qazprom”u tərəfindən, Ermənistanda isə Azərbaycan tərəfindən alına biləcəyindən təşviş keçirirlər. O, yazır ki, ictimaiyyəti sakitləşdirmək istəyən baş nazir Nika Gilauri kəmərin yalnız 10-20 faizdən ibarət kiçik bir hissəsinin London Birjasına çıxarıla biləcəyini deyib. Müxbir yazır ki, kəmərin Rusiya tərəfindən alınması Qərbin də narahatlığına səbəb olub, beləki bu, Rusiyadan yan keçən enerji dəhlizinə Moskvanın əlinin girməsi olardı.Nika Gilauri Frans Press agentliyinə müsahibəsində deyib ki, “bu kəmər tam hökumət nəzarətində qalacaq”. Kəmərin yalnız 10-20 faizdən ibarət kiçik bir hissəsinin London Birjasına çıxarıla bilər.Lakin Gürcüstan müxalifəti kəmərin hətta bir hissəsinin də Rusiya tərəfindən alınacağı ehtimalını böyük təhlükə hesab edir, beləki Moskva bu yaxınlarda özünün xaricdəki mülkiyyətini yeri gələrsə, hərbi müdaxilə yolu ilə qorumaq barədə qanunvericilik aktı qəbul edib. Müxalifətin fikrincə, bu, Rusiyaya Gürcüstana müdaxilə üçün tam leqal imkan yaradardı.
Parlamentdə müxalif Xristian-Demokrat Partiyasını təmsil edən Levan Vepxadze deyib ki, kəmər satışa çıxarılarsa, onu hətta “Qazpromun” tabeliyində olan hər hansı başqa şirkət də ala bilər.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Gürcüstanın Strateji və Beynəlxalq Təhqiqatlar Fondundan təhlilçi Lado Papava deyir ki, “Qazprom” Rusiyanın dövlət şirkətidir, odur ki, kəmərin ona satılması bu mülkiyyətin xarici ölkə tərəfindən milliləşdirilməsinə bərabər olardı.
Ermənistanın narahatlığı isə ondandır ki, kəməri Gürcüstanın enerji üzrə ən böyük müttəfiqi Azərbaycan ala bilər.Ermənistanın siyasi şərhçilərindən Stepan Qriqoryan Frans Pressə bildirib ki, “Azərbaycanın bu kəmərin səhmlərini alması olduqca realdır və bunun Qarabağ münaqişəsi çözülmədən baş verməsi olduqca təhlükəlidir”. O , deyib ki, bu halda Bakı Gürcüstandakı qaz kəməri vasitəsilə Yerevanın üzərinə təzyiqini artıra bilər. Azərbaycanın bu kəmərin səhmlərini alması olduqca realdır və bunun Qarabağ münaqişəsi çözülmədən baş verməsi olduqca təhlükəlidir.Stepan Qriqoryan deyib ki, Qərb bu işə müdaxilə etməli və Tbilsiyə təlqin etməlidir ki, kəmər dost əllərdə qalmalıdır.Təhlilçi yada salıb ki, elə məhz buna görə Gürcüstan ilk dəfə kəmərin satışı ehtimalını dilə gətirəndə Vaşinqton əvəzində onun təmiri üçün Gürcüstana 50 milyon dollarlıq yardım göstərdi ki, kəmər Rusiyanın əlinə keçməsin.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Tbilis və Vaşinqton arasındakı bu anlaşmaya görə Gürcüstan kəmərin satışı üzərinə beşillik qadağan qoymuşdu. Bu qadağan 2011-ci ilin aprelində bitir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*