Home » Beynəlxalq, Diaspora, Siyasət, Ümumi » Gürcüstanda Azərbaycanın müstəqilliyinin bərpa olunmasının XX ildönümünə hasr olunmuş geniş konfrans işə başladı


Дешевые Авиабилеты Онлайн ... >>>



Gürcüstanda Azərbaycanın müstəqilliyinin bərpa olunmasının XX ildönümünə hasr olunmuş geniş konfrans işə başladı

AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən məlumatına görə, 28 avqust 2011-ci il tarixində Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin bərpa olunmasının XX ildönümünə hasr olunmuş tədbirlər çərçivəsində “Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində” adlı konfrans işinə başlamışdır.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq bu günkü tədbirin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında”Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirildiyini qeyd etmişdir. Dövlət Komitəsinin sədri konfransın məqsədinin müstəqilliyimizin iyirmi ilinə nəzər yetirmək, əldə olunmuş nailiyyətlərə qiymət vermək olduğunu vurğulamışdır. Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun dərin tarixi köklərə əsaslandığını qeyd edən Nazim İbrahimov bu baxımdan belə bir tədbirin Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını qeyd etmişdir. “Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycan və Gürcü xalqlarının eyni tarixi taleyi yaşadıqlarını söyləyən Diaspor Komitəsinin sədri Azxərbaycanda 20 yanvar, Gürcüstanda 9 aprel faciəsinin xalqlarımızın şərəfli tarixinin qəhrəmanlıq salnaməsi kimi hər zaman böyük ehtiramla xatırlanacağını vurğulamışdır. Ötən əsrin 90-cı illərində hər iki ölkədə baş qaldırmış etnik separatizmin çox ağır itkilərlə nəticələndiyini söyləyən Nazim İbrahimov bu münaqişə nəticəsində Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulduğunu, minlərlə insanın öz həyatını itirdiyini bildirmişdir. Dövlət Komitəsinin sədri, buna baxmayaraq, xalqlarımızın öz müstəqilliyini qoruyub saxlayaraq müasir dünyaya sürətlə inteqrasiya etməkdə olduqlarını qeyd etmişdir.
“Bizi birləşdirən yalnız tarixi dostluq ənənələri deyildir. Biz həm də regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə etibarlı tərəfdaş kimi çıxış edirik. Azərbaycan və Gürcüstanın iştirakı olmadan, bu gün uşurla həyata keçirilən transregional layihələrin reallaşdırılması mümkün deyildir. Bizim ölkələrimizi yalnız irimiqyaslı iqtisadi layihələr deyil, həm də xalqlarımızın milli maraqları birləşdirir.Azərbaycan və Gürcüstan demokratik dəyərlərin uğurla tətbiqi, müasir milli dövlət quruculuğu yolunda inamla addımlamaqdadır.Ölkələrimizin birliyi seçdiyimiz strateji inkişaf xəttini müvəffəqiyyətlə həyata keçirməyə imkan verən əsas amillərdəndir”, – deyə Dövlət Komitəsi sədri vurğulamışdır.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov konfransda Azərbaycan və Gürcüstanın dövlət rəsmilərinin, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Mirza (Papuna) Davitayanın, Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadzenin, Gürcüstan prezidenti yanında Milli Azlıqlar üzrə Şuranın rəhbəri Tamar Kintsuraşvilinin, Gürcüstanın Acarıstan Muxtar Respublikasının İqtisadiyyat və Maliyyə naziri Vaya Bolkvadzenin, Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayevin, Azərbaycan Respublikasının Ombudsmanı Elmira Süleymanovanın, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun, Azərbaycan Milli məclisinin üzvləri Musa Qasımovun, Qənirə Paşayevanın, Gülər Əhmədovanın, Gürcüstan parlamentinin üzvlərinin və Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları rəhbərlərinin iştirak etdiyini bildirmişdir.
Bu toplantının Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı iyirmi il ərzində görülmüş işlərə, əldə olunmuş nailiyyətlərə, o cümlədən Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif aspektlərinə dair məruzələri dinləmək, Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası sahəsində görülmüş işlərə nəzər salmaq imkanı verəcəyini qeyd edən Diaspor Komitəsinin sədri Nazim İbrahimov daha sonra bu müzakirələrin ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəm təməllərə əsaslandığını bir daha təsdiq edəcəyinə inamını ifadə etmişdir.
Azərbaycan Respublikası cə Gürcüstanın Dövlət Himnləri səsləndikdən sonra tədbir “Müstəqilliyimiz əbədidir” adlı sənədli filmin nümayişi ilə davam etidirilmişdir.
Filmin nümayişindən sonra söz Gürcüstanın Diaspor məsələləri üzrə dövlət naziri Mirza (Papuna) Davitayaya verilmişdir. Gürcüstan hər zaman Azərbaycanın inkişafını fəxr hissi ilə müşahidə etdiyini söyləyən nazirin sözlərinə görə, Azərbaycanla Gürcüstanın tarixləri hər zaman bir-birlərinə bağlı olub və bir-birlərinin davamıdır.
“XX əsrin əvvəllərində sovet qoşunları Azərbaycanı işğal etdikdən sonra, Azərbaycan müstəqilliyini itirdikdən sonra, Gürcüstan da müstəqilliyini itirmişdi. Bundan başqa SSRİ dağıldıqdan sonra Bakıda baş verən hadisələr sonradan Gürcüstanda da baş vermişdi. Bu və bunun kimi digər hadisələr göstərir ki, hər iki ölkə bir-birinə nə dərəcədə bağlıdır. Bizim tarixlərimiz demək olar ki, bir-birinə hopub” – Davitaya əlavə etmişdir. Azərbaycan və Gürcüstanın dostluğunu dünyaya nümunə ola biləcək dostluq əlaqələri kimi səciyyələndirən Mirza (Papuna) Davitaya bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iki ölkənin dostluq münasibətlərinin perspektivlərini görürdü və bu istiqamətdə addımlar atırdı. “Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidentli Mixeil Saakaşvili bu siyasəti uğurla davam etdirirlər. Bu dostluq sayəsində biz inkişafımızın ən yüksək mərhələsinə nail olacağıq” – Davitaya bildirmişdir.
Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze öz çıxışına Dünya azərbaycanlılarının III Qurultayının əhəmiyyətini xatırlamaqla başlamışdır. Onun fikrincə, həmin qurultay Azərbaycanın nə dərəcədə inkişaf etdiyini nümayiş etdirmişdir və hazırki konfransı həmin qurultayın davamı kimi anladığını bildirmişdir. Gürcüstan azərbaycanlılarının Gürcüstan dövlətinin inkişafına əhəmiyyətli töhfə verdiklərini qeyd edən David Kirkitadze, onların bir qisminin bu günrü tədbirdə iştirak etdiyini nəzərə alaraq onlara öz təşəkkürünü bildirmişdir.
Gürcüstanın Acarıstan Muxtar Respublikasının İqtisadiyyat və Maliyyə naziri Vaya Bolkvadze Acarıstanın inkişaf etməsində Azərbaycandan yönələn inveüstisiyaların da rolu olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Batumi şəhərində Baş konsulu Hüseyn Nəcəfov Baş konsulluğun fəaliyyəti müddətində gördüyü işlərdən danışdı, Batumi ilə Lənkəran arasında əməkdaşlıq üçün yaxşı zəmin yarandığını bildirmişdir.
Konfransa ilk məruzə ilə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan dövləti ölkəsinin inkişafı ilə yanaşı, Gürcüstanın inkişaf etməsinə də səy göstərdiyini bildirmişdir.
“Azərbaycan Respublikası, dövlət rəsmiləri, vətəndaşları öz xalqının inkişafı barədə düşündüyü kimi, Gürcüstanın inkişafı haqqında da düşünür. Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlıların, ümumilikdə Gürcüstan vətəndaşlarının firavan həyatının təmin olunmasında maraqlıdır”, – Əli Həsənov əlavə etmişdir.
Onun sözlərinə görə, hər bir xalq, hər bir dövlət ilk növbədə özünün müstəqilliyi, inkişafı haqqında düşünərkən, öz dövlətinin, millətinin maraqlarını düşünür və dövlətin prinsiplərini müəyyən edir, inkişafla bağlı məqsəd və məramları müəyyən edir və onu həyata keçirir.
“İlk növbədə öz xalqının, öz vətəndaşlarının maddi-mənəvi tələblərinin təminatı, iqtisadi, siyasi və sosial təhlükəsizliyi məsələləri, dövlətin təhlükəsizlik maraqları və onların təmin olunması yollarını düşünür. Eyni zamanda, hər bir dövlət özünün geosiyasi əhatəsini, malik olduğu resursların istifadəsi taktikasını müəyyən etmədən, yaşadığı coğrafiyanın reallıqlarını nəzərə almadan, heç zaman fərdi qaydada izolyasiya edilmiş formada inkişaf edə bilməz. Bu anlamda Cənubi Qafqazın coğrafi və geosiyasi reallıqları elədir ki, burada yaşayan xalqları, hansı əqidəyə, hansı mənəviyyata xidmət etməsindən asılı olmayaraq, bir yerdə, sülh şəraitində yaşamağa, bir-birinə dəstək verməyə məhkumdurlar. Cənubi Qafqazın tarixində hər zaman belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq. Keçmiş zamanlarda burada yaşayan bütün xalqlar yadelli işğalçılara qarşı birgə mübarizə tədbirləri görüblər. Cənubi Qafqazın hər üç dövləti demək olar ki, eyni vaxtda müstəqillik qazanıb və bir-biri ilə əlaqələndirilmiş siyasət yürüdüblər. 1918-1920-ci illərdə Cənubi Qafqazda milli dövlətlərin yaranması da bir-biri ilə əlaqəli şəkildə həyata keçirilib”, – Əli Həsənov əlavə etmişdir.
Azərbaycan xalqının həmin dövrdə ermənilərə öz dövlətlərini qurmaq və paytaxt yaratmaq məqsədi ilə özünün qədim, tarixi xanlığı olan İrəvan xanlığını bəxş etdiyini və İrəvan şəhərini onlara verdiyini xatırlatmışdır.
“Cənubi Qafqazın tarixində belə genişürəkliliklə atılan addımların siyahısı çoxdur. Bu cür genişürəkli hərəkətləri azərbaycanlılar gürcülərə qarşı, gürcülər də azərbaycanlılara qarşı ediblər. Təəssüflər olsun ki, müəyyən məqamlarda biz bir-birimizə güzəştə getməmişik və bir-birimizin inkişafına mane olan hallara da yol vermişik. Bunlar Dağlıq Qarabağ münaqişəsi və oradakı etnik separatizm, Cənubi Osetiya münaqişəsi və oradakı etnik separatizm, Abxaziya və oradakı etnik separatizmdir. Bütün bunlar kənardan qızışdırılan və Cənubi Qafqaz xalqları arasında nifaq salan hallardır”, – Əli Həsənov konfransda çıxışı zamanı bildirmişdir.
Azərbaycan Prezidenti Alministrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov Azərbaycanın Cənubi Qafqazın iqtisadi, siyasi, sosial və ümumi geosiyasi həyatında həmişə önəmli yerlərdən birini tutduğunu vurğulamışdır.
“Əvvəla, Azərbaycan həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bölgədəki təbii-coğrafi qaynaqlarına və geosiyasi üstünlüklərinə görə Cənubi Qafqazın ən böyük dövlətidir. Cənubi Qafqazda orta hesabla 60 milyard dollara yaxın həcmdə ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır. Əhalinin gəlirinə görə də Azərbaycan Cənubi Qafqazın ən öndə gedən ölkəsidir. Cənubi Qafqazın ümumi iqtisadi resurslarının təxminən 70%-i Azərbaycana məxsusdur. Cənubi Qafqazın bütün enerji qaynaqları üzrə ən zəngin ölkəsi Azərbaycandır. Azərbaycanın 30-50 ilə çatacaq neft ehtiyatı, 120 ilə çatacaq təbii qaz ehtiyatı var. Azərbaycanın yalnız neft və qazdan olan gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə alsaq, 100 il ərzində böyük vəsait edir ki, bu da tək Azərbaycan xalqının deyil, bütün Cənubi Qafqaz əhalisinin olduqca yüksək səviyyədə yaşamasına bəs edəcək sərvətdir. Azərbaycan öz təbii resurslarının istifadə edilməsi taktikasını müəyyən edərkən təkcə Azərbaycan xalqının maraqlarını düşünməyib, bu sərvətlərdən sivil istifadənin bütün qapılarını açıb. Bu sərvətlərdən gürcü xalqı da istifadə edə bilər, erməni xalqı da bəhrələnə bilər. Bu neft və qaz məhsullarından Gürcüstan da, Ermənistan da firavanlığı üçün istifadə edə bilər. Yetər ki, onlar Azərbaycanın müstəqil dövlətçiliyini dəstəkləsinlər və Azərbaycan dövlətinə xoş gələcək arzulasınlar. Əməkdaşlıq üçün bizim bütün qapılarımız açıqdır”, – Əli Həsənov qeyd etmişdir.
Onun sözlərinə görə, Azərbaycanın Gürcüstanla strateji müttəfiqliyi dünyada ən yaxşı strateji müttəfiqliyin nümunəsini ortaya qoyub. “Azərbaycan və Gürcüstan bütün dar məqamlarda bir-birilərinə əl tutublar. Bizim dövlətlərimiz ərazisinə və əhalisinin sayına görə kiçik dövlətlər hesab olunsa da, geostrateji cəhətdən olduqca əhəmiyyətli ölkələrdir”, – Azərbaycan Prezidenti Alministrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov bildirmişdir.
Daha sonra konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatgları Musa Qasımov, Qənirə Paşayeva, Azərbaycan Respublikasının İnsan Oaqları üzrə müvəkkili Elmira Süleymanova, AR Mədəniyyət və Turizm naziqrliyinin şöbə müdirinin müavini Mahir Qəhrəmanov, AR İqtisadi İnkişaf Nazirliyinin sektor müdiri Rəşad Dayıyev çıxış etmişlər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*