Home » Beynəlxalq, Siyasət, Ümumi » Gürcülər ermənilərin oğurluğunu ifşa etdi

Gürcülər ermənilərin oğurluğunu ifşa etdi

AgahMedia.Com portalının İ TV -yə istinadən məlumatına görə, “Gürcüpatent” dövlət xidməti ermənilərin Fransada gürcü brendlərini öz adlarına çıxaraq, satması xəbəri ilə maraqlanıb. Məlum olub ki, gürcü şərabı “Saperavi” Fransada “rus supermarketləri” adlanan ticarət şəbəkələrində ermənilərin bahalı qiymətli spirtli içkilər kolleksiyasına daxil edilən marka kimi satılır.

“Erməni möcüzəsi” adı ilə gürcü çurçxelisi (donmuş və qozlu üzüm şirəsi), erməni çörəyi adı ilə gürcü milli çörəyi “tone” və “xaçaturyan” erməni adı altında ənənəvi gürcü xaçapurisi satılır. Ermənilərin mənimsələdikləri gürcü brendlərinin Paris, Leon, Bordo, Strasburq və digər şəhərlərdə satılması öz təsdiqinitapıb.
Mətbuatın məlumatına görə, analoji mənzərə ABŞ-da da müşahidə edilməkdədir. Məsələn, Gürcüstanın “Borjomi” mineral suyu Ermənistan məhsulu kimi satılır.
“Gürcüpatent” qurumunun rəhbəri İrakliy Qvaladze məsələyə münasibətini belə açıqlayıb: “Ermənilərin gürcü brendlərini öz adlarına çıxaraq, mənimsəməyi ilk hadisə deyil. Ermənistan tərəfindən bu cür cəhtlər əvvəllər də baş verib”.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*