Home » Bölgələr, Ümumi » Goranboyda 5 min il yaşı olan yeni yaşayış məskəni aşkar edilib

Goranboyda 5 min il yaşı olan yeni yaşayış məskəni aşkar edilib

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Goranboyun Səfikürd kəndi ərazisində 5 min il yaşı olan yeni yaşayış məskəni aşkar edilib.

«Göl yeri» ərazisində aparılan qazıntı nəticələrinin qədim dövr tarxinin öyrənilməsinə töhvə olduğu bildirilir.Yaşayış yerindən çiy kərpic , qazma şəklində evlər, təsərrüfat quyuları, ojaq yerləri, 3 insan skeleti, saxsı qablar və çoxlu sayda bəzək əşyaları tapılıb. Ərazidə tədqiqat aparan mütəxəsislərin fikrincə qazıntı işlərinin nəticəsi Azərbayjan arxeologiyasında az öyrənilən və mübahisələrə səbəb olan məsələlərə aydınlıq gətirəcək. Yeniliklər əsasən ilk Tunj dövrünə qədərki mərhələni əhatə edir.Tapılan kiçik öküz fiquru isə bu dövrdə insanların «toxa» əkinçiliyindən «xış»a keçdiyinə dəlalət edir. Bundan başqa metaldan dəmir ujluqlu kəsiji alətlərin hazırlanmasında istifadə olunan «bitum» məhlulu da aşkarlanıb ki, bu əvvəlki arxeoloci qazıntılar zamanı az miqdarda olduğundan indiyədək onun tərkibi öyrənilməmiş qalıb.Dövrlərə şahidlik edən bu daş natiqlərin hər parçası tarixin qaranlıq səhiflərini nurlandıran məşəl kimidir. O işıqda isə əcdalarımızın getdiyi yollara yolçuluq etmək insana mənəvi rahatlıq verir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*