Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Google TV tezliklə fəaliyyətə başlayacaq

Google TV tezliklə fəaliyyətə başlayacaq

“Reuters” agentliyi xəbər verir ki, Google TV televiziya servisi öz fəaliyyətinə ABŞ-da ilin sonunda başlayacaq.

Bu haqda şirkətin rəhbəri Erik Şmidt məlumat verib. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, servisin dünyaya yayımı isə 2011-ilə nəzərə tutulub. Bununla yanaşı Şmidt onu da vurğulayıb ki, Google TV servisindən faydalanan istifadəçilər üçün bu xidmət pulsuz olacaq.Məlumata görə, Google öndə gedən şirkətlərlə- elektronika və kontent istehsalçıları ilə əməkdaşlıq edir. Qeyd edək ki, Google teleservisin əvvəlki ilk partnyorlarından Yaponiyanın “Sony” və İsveçrənin “Logitech” şirkətlərinin adı açıqlanıb.İsveçrə şirkəti Google TV üçün “Revue” adlı video-qurğu buraxacaq. Google TV-nin dəstəklənməsində Samsung şirkəti də maraqlıdır.
Xatırladaq ki, Google TV-nin platforması 2010-cu ilin may ayında təqdim olunub. Plana görə, istifadəçilər internet-videoya baxmaqla yanaşı, şəbəkədə televizor köməkliyi ilə işləyə bilərlər. Bir çox televizor modellərinin Google TV-ni birbaşa dəstəklənməsi gözlənilir. Qalan televizor modelləri üçün isə xüsusi video-qurğu istifadəsi lazım olacaq.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*