Home » Texno, Ümumi » “Google” televiziya tamaşaçılarını internetə cəlb edəcək

“Google” televiziya tamaşaçılarını internetə cəlb edəcək

“Google” korporasiyası “Google TV”layihəsini təqdim edib.

AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Google TV platforması televiziya tamaşaçılarına YouTube və başqa saytlarda müxtəlif musiqi çartlarının baxılmasına və hətta Chrome brauzerin köməkliyi ilə müxtəlif veb-səhifələrinə daxil olmağa imkan yaradacaq.Google TV sizə lazım olan film, klip və verilişləri axtarmağa imkan yaradacaq. Axtarış həm iternet-kontent, həm də sputnik və kabel kanallarında və hətta rəqəmli videorekorderlərin kontenti ilə görüləcək. Təxminlərə görə, axtarış sorğularını məsafədən pultla yığıraq və yaxud istifadəçinin smartfonundan həyata keçirmək olar.
Google TV-ni bəzi yeni televizorlar tutacaq. Qalan televizorlar üçün isə lazım olan funksiylarla əlavə olunmuş televiziya qurğusu (pristavka) təklif olunur. Bu cihazı qoşmaq üçün HDMİ elektrik birləşdirici və şəbəkəyə keçid lazım olacaq.Televiziya layihəsində “Google”-ın partnyorları Sony və Logitech olacaq. Google TV tutumu ilə ilk cihazlar ABŞ-da 2010-cu ilin payız aylarında satışa çıxarılacaq.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*