Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » “Google” şirkəti “Nexus 7” ni təqdim etdi

“Google” şirkəti “Nexus 7” ni təqdim etdi

“Google” şirkəti “Apple” şirkətinin “iPad” planşet kompüterinə rəqib ola biləcək öz planşetini təqdim edib. “Nexus 7” adlanan məhsul ABŞ-ın San-Fransisko şəhərində texnologiya-sevərlərə təqdim olunub. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, məxsusi olaraq “Google”un film, musiqi, kitab və digər məzmunların satışı ilə məşğul olan “Google Play” onlayn-mağazası üçün dizaynlaşdırılıb. “Nexus 7” “Google” Android əməliyyat sisteminin “Jelly Bean” adlanan yeni versiyası ilə işləyəcək. 18 santimetr diaqonallı ekrana malik olan “Nexus 7”-nin buraxılışı çoxdan gözlənilirdi. “Nexus 7” “Apple” şirkətinin “iPad” planşet kompüterindən ucuz olduğundan, texnologiya bazarında “iPad”ə uğurlu rəqib olacağı proqnozlaşdırılır. Yeni məhsul satışa iyulun ortalarında çıxarılacaq və qiyməti 199 dollar olacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*