Home » Texno, Ümumi » “Google Chrome”nin növbəti versiyası təqdim edildi

“Google Chrome”nin növbəti versiyası təqdim edildi

“Google” ictimaiyyətə “Chrome 10” brauzerini təqdim edib.

 Bu haqda şirkətin rəsmi saytında məlumat verilib. Yeni versiya Chrome 9 brauzerindən daha güclüdür. JavaScript işinin sürəti 66% artıb. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Chrome 10-da menyu servisi tamamilə dəyişib. Bu yeni versiya istifadəçilərin daxil etdiyi adlar, telefon nömrələri, ünvanlar və digər şəxsi məlumatları yadda saxlayaraq yeni veb-əlavədə açılır. Google şirkəti həmçinin, menyu bölməsinə axtarış üçün yer ayırıb. Onun köməkliyi ilə menyuda müxtəlif bölmələri tapmaq olar. Axtarış yeri veb-əlavənin sol tərəfində yerləşir. Bir sıra digər dəyişiklik və əlavələrin edildiyi « Chrome 10 » baruzerində internet saytları indi daha sürətlə açılır.
“Chrome” dünyada sayca üçüncü ən məşhur brauzer hesab edilir. “StatCounter”in faktlarına əsasən o, “Internet Explorer” və “Mozilla Firefox” göstəricilərini geridə qoyub.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*