Home » Biznes sfera və iqtisadiyyat, Maraqlı, Texno, Ümumi » Google axtarış sisteminə malik olan eynəklər gələn ildən satışa çıxarılacaq

Google axtarış sisteminə malik olan eynəklər gələn ildən satışa çıxarılacaq

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, gələn ildən satışa çıxarılacağı deyilən GPS, kamera və internet bağlantısı olan yeni eynəklər Google axtarış sisteminə malikdir. Gerçəklik eynəkləri ətrafdakı insanlar haqda bütün məlumatları öz sahibinə operativ şəkildə ötürür. Məsələn, əgər kafedə oturmusunzsa qarşındakı şəxsin adı, soyadı, ünvanı, iş yeri, facebook və twitter səhifəsi kimi məlumatlarını eynək sizə ötürəcək. Hətta həmin adamın ən çox sevdiyi musiqi, filmi, bir sözlə zövqü haqda da öyrənəcəksiniz. Maraqlısı odur ki, ətrafınızdakı adamların geyindiyi tutaq ki, paltonu bəyənirsinizsə, bu paltoya baxanda onun markası və qiyməti barədə eynək sizə informasiya verəcək. Eyni zamanda bu paltodan hansı mağazada olduğunu, hətta onu kreditlə götürə bilmək imkanlarını hesablayıb açıqlayacaq. Qiyməti 250-600 dollar arasında olan gerçəklik eynəklərinə Android əməliyyət sistemi yüklənib. Eynəkdəki kamera əldə etdiyi görüntüləri mobil sistemə ötürəndən sonra ekranın vəzifəsi toplanan məlumatları eynəyin şüşəsinə əks etdirməkdir. Məhz bunun sayəsində eynək sahibi ətrafındakı obyektləri və insanları virtual mühitdəki məlumatlarıyla eyni vaxtda görə bilir. Qeyd edək ki, Android əməliyyat sistemi ilə yanaşı eynəyin Wi-fi, bluetooth, 1 Ghz prossesor, 256 meqabayt ram və 8 geqapiksel daxili yaddaşı var. Bundan başqa, bu sehrli eynəklər şəkil və video çəkir, gecə çəkilişi edə bilir, səs yazır. O naviqasiaya cihazı və mp3 pleyerlə də təmin olunub. İstehsalçılar bildirir ki, bu eynəklər insanların həyatında gerçəkdən də yeni bir səhifə açacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*