Home » Bölgələr, Ümumi » Gəncənin şəhər kimi mövcudluğuna dair yeni sübutlar üzə çıxır

Gəncənin şəhər kimi mövcudluğuna dair yeni sübutlar üzə çıxır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları tərəfindən qədim Gəncə ərazisində arxeoloji ekspedisiya işlərinə start verilib. Tədqiqatlar Gəncə Arxeoloji Ekspedisiyasının rəhbəri Arif Məmmədovun başçılığı ilə aparılır.

“Şəhər burnu” deyilən ilk Gəncənin mövcud olduğu ərazilərdə başlanılan qazıntılarda artıq bir sıra maddi-mədəniyyət nümunələri aşkar edilib. Belə ki, saxsı qablar, gümbəzlər və digər dəlillər Gəncənin tarxinin öyrənilməsində yeni səhifə açıb.
AgahMedia.Com portalının “SƏS” İnformasiya Agentliyinə istinadən məlumatına görə, ekspedisiyanın rəhbəri Arif Məmmədov deyir ki, arxeoloji qazıntılar Gəncənin şəhər kimi e.ə 9-cu əsrdən də öncə mövcud olduğunu sübuta yetirir. Bu vaxta kimi isə arxeoloqlar qədim şəhərin e.ə 9-cu əsrdə salındığını iddia ediblər. Araşdırma zamanı e.ə 3-4 cü əsrə aid olan maddi-mədəniyyət sübutlarının tapılması Gəncə şəhərinin antik və erkən orta əsrlərdə şəhər kimi formalaşdığını təsdiq edir.
Qeyd edək ki, ekspedisiya hələ bir neçə ay davam edəcək. Əldə olunan materiallar AMEA-ya göndəriləcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*