Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Gəncədə regionların inkişafı ilə bağlı elmi-paktik konfrans keçirilib

Gəncədə regionların inkişafı ilə bağlı elmi-paktik konfrans keçirilib

İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan regionlarının davamlı sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda Gəncə şəhərində keçirilən konfransda regionlarda görülən işlərdən ətraflı danışılıb.
AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, tədbirdə Prezident ilham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, Azərbaycanın iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrildiyi bildirilib. Təkcə ötən il 73 mindən çox iş yeri açılıb ki, bunun da 53 mini daimidir. Eyni zamanda 2009 – 2013-cü illərdə sosial-iqtisadi inkişafa dair dövlət proqramının davam etdirildiyi də diqqətə çatdırılıb. Yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun daha da inkişaf etməsi, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artması və sahibkarlıq fəaliyyətinin gücləndirilməsi konfransın əsas müzakirə mövzusu olub. Tədbirdə aparılan tədqiqatların praktiki əhəmiyyətinin artırılması üçün elmi-tədqiqat və layihə institutları ilə təsərrüfat subyektləri arasında əlaqələrin daha sıx qurulmasının labüd olduğu dilə gətirilib. Konfransda təkliflərlə bağlı müzakirələr aparılıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*